• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir”. 
Bu gün Əlahiddə Ümumqoşun Ordunun dağ şəraitində və yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılmışdır. Çətin dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər torpaqlarımızı etibarlı qoruyurlar. Güclü maddi-texniki təminat, yüksək xidmət şəraiti və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Bu sahədə həyata keçirilən tədbirlər Şahbuz rayonunun yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrini də əhatə etmişdir.

İyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Batabat bölgəsindəki hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanmışdır.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir. 
Ali Məclisin Sədri əsgərləri salamlamış, Azərbaycan-Ermənistan sərhədində xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkür edərək demişdir: Bu gün Azərbaycan Respublikasının Prezidenti ölkə­mizdə ordu quruculuğuna xüsusi diqqət yetirir. Vaxtilə bu ərazilərdə əsgərlər çox ağır şəraitdə xidməti vəzifələrini yerinə yetirirdilər. Lakin ölkəmiz inkişaf etdikcə, ordunun əsgəri-məişət şəraiti və silah-sursat təminatı da xeyli yaxşılaşdırıldı. Ucqar dağlıq ərazidə sizin üçün yaradılan xidməti şərait də ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Sosial-məişət problemlərinin həll olunması və hərbi hissələr üçün yaradılan şərait qarşıya bir vəzifə qoyur. O da xidməti vəzifələri layiqincə yerinə yetirmək, vətən sərhədlərini və torpaqlarımızı etibarlı müdafiə etməkdən ibarətdir. 
“Vətən o zaman vətən olur ki, o həm qorunur, həm də vətən torpağından səmərəli istifadə olunur”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, vətən torpağının qorunması, eyni zamanda torpaqlardan səmərəli istifadə olunması bu gün ölkəmizin vətəndaşlarının və ordunun üzərinə düşən vəzifələrdir. Çünki sərhədlərimiz qorunursa, insanlar da öz vəzifələrini, işlərini rahat yerinə yetirə biləcəklər, öz zəhmətləri ilə ölkəmizin inkişafına töhfə verəcəklər. Əsgərlər xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə bu ərazilərdən səmərəli istifadə olunur. Xidmət olunan ərazilərdə heyvandarlar və arıçılar üçün əlverişli şərait vardır. Onlar burada rahat və təhlükəsiz şəkildə təsərrüfatları ilə məşğul olurlar. Birgə fəaliyyətin nəticəsi olaraq isə ölkəmiz abadlaşır, inkişaf edir. 
Ali Məclisin Sədri şəxsi heyətin bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, xidməti uğurla, qarşılıqlı hörmət və intizam əsasında başa vuracaqlarına əminliyini bildirmişdir.
Əsgər Aydın Salmanov demişdir ki, hərbi hissədə vətənpərvər, dövlətinə, xalqına sədaqətli gənclər xidmət edirlər. Əsgərlər yüksək döyüş qabiliyyətinə və mənəvi-psixoloji hazır­lığa malikdir. Şəxsi heyət istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə qadirdir. Düşmənlə təmas xəttində xidmətin normal təşkili üçün yaradılan şərait əsgər və zabitlər tərəfindən razılıq hissi ilə qarşılanır. Onların məsuliyyətini daha da artırır. Eyni zamanda bugünkü görüş əsgərləri qürurlandırır, onları vətənin keşiyində ayıq-sayıq dayanmağa sövq edir.

Sonra Ali Məclisin Sədri əsgərlərin məişət şəraiti ilə maraqlanmışdır. 
Bildirilmişdir ki, hərbi hissədəki binada idman zalı, tibb otağı, məişət guşələri, təlim sinfi, silah, ideoloji və ayrı-ayrı xidməti otaqlar və 2 əsgər yataqxanası vardır. Təlim sinfində əsgərlərə taktiki, kəşfiyyat, mühəndis, atəş, rabitə və tibbi hazırlıq, eləcə də hərbi topoqrafiya üzrə təlimlərin nəzəri əsasları öyrədilir. İdeoloji otaqda isə əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılmış, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, stendlər, qəzet və jurnal materialları qoyulmuşdur. Binada taksofon quraşdırılmışdır. Əsgərlərin vaxtlı-vaxtında qidalanmasına xüsusi diqqət yetirilir. Bunun üçün anbarda kifayət qədər ərzaq ehtiyatı yaradılmışdır.
Baxış zamanı Ali Məclisin Sədri şəxsi heyətin mövsümə uyğun olaraq qidalanmasına, onların tibbi müayinədən keçirilməsinə və şəxsi heyət arasında səhiyyə maarifi işinin aparılmasına dair tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin Sədri hərbi birləşmənin əhatə etdiyi postlarda olmuş, xidmətin təşkili ilə maraqlanmışdır.
Müşahidə məntəqəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mövqelərimizin vəziy­yəti və taktiki şərait haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, bu gün sərhədlərdə etibarlı müdafiə sistemi qurulmuş, xidmət üçün zəruri olan hər bir şərait yaradılmışdır. Postlar ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq yerləşdirilmiş, lazımi yerlərdə müxtəlif mühəndis-istehkam qurğuları və maneələr yaradılmış, ön xəttin müdafiə qüdrəti xeyli gücləndirilmişdir. Dayaq məntəqələri və postlar arasında yol və dayanıqlı rabitə əlaqələri yaradılmış, onların hər biri müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunmuşdur. Müşahidə zonasının daimi nəzarətdə saxlanması təmin edilmişdir. Müasir müşahidə cihazları vasitəsi ilə qarşı tərəfin mövqeləri istənilən hava şəraitində müşahidə olunur. 
Maddi-texniki təminatla yanaşı, yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin döyüş hazırlığına da diqqət yetirilir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın daim möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqətdə saxlanılır, əsgər və zabitlər xidməti vəzifələri şərəf və ləyaqətlə yerinə yetirirlər. 
Ön xətdə yerləşən postlarda xidmət aparan əsgərlərlə görüşən Ali Məclisin Sədri demişdir: Nizam-intizama ciddi riayət olunması və şəxsi heyət arasındakı qarşılıqlı hörmət hərbi xidmətin əsasını təşkil edir. Dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən bu hərbi hissələrdə xidmətin normal təşkili üçün hər cür şərait yaradılmışdır. Bu da xidmət apardığınız ərazilərə yaxın yaşayış məntəqələrində insanların rahat və təhlükəsiz yaşamasına imkan verir. 
“Torpağı, vətəni qorumaq müqəddəs vəzifədir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, cəsur Azərbaycan əsgəri ön xətdə xidməti nümunəvi təşkil etməklə bu vəzifənin öhdəsindən layiqincə gəlir. Onlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdirlər. Bu da ölkəmizdə həyata keçiri­lən ordu quruculuğu siyasətinin daha bir ifadəsidir. 
Ali Məclisin Sədri xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkürünü bildirmişdir.
Əsgərlərdən Hafiz Zeynallı, İbrahim Qocayev, Emin Məhərrəmli, Nurlan Xanbabalı və digərləri demişlər ki, bu gün torpaqlarımız etibarlı qorunur. Əsgərlərdə böyük ruh yüksəkliyi vardır. Buna səbəb müstəqil Azərbaycanın inkişafı, ordumuzun qüdrəti və ölkə­mizdə xalq-ordu birliyinin möhkəm olmasıdır. Yüksək zirvələrdə, düşmənlə üz-üzə təmas xəttində mətin və hər an ayıq-sayıq dayanan Azərbaycan əsgəri dövlətin qayğısını daim öz üzərində hiss edir. Bugünkü görüş də əsgərləri ruhlandırır, onların əzm və iradəsini artırır. Əsgərlər hərbi xidmətin nümunəvi təşkili üçün yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq etmişlər. 
Sonra Ali Məclisin Sədri əsgərlərlə xatirə şəkli çəkdirmişdir. 
Ön xətdəki postlarda xidməti və yaşayış binaları müasir tələblərə uyğun qurulmuş, şəxsi heyət üçün normal şərait yaradılmışdır. Bu da xidmətin daha səmərəli təşkilinə imkan verir. 
Gətirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilmişdir.

  • Tarix:2015-07-31

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.