Biləvlilər keçmiş zamanlarda
Biləvlilər keçmiş zamanda heyvandarlıqla, əkinçiliklə və bağçılıqla məşğul olmuşlar.
Biləvlilər həmişə heyvandarlıqla, əkinçiliklə və bağçılıqla məşğul olmuşlar. Bununla bərabər onlar lap qədim zamanlardan, ən geci orta əsrlərin əvvəllərindən başlayaraq möhtəşəm qalalar tikmiş, dağların döşü ilə çoxlu sayda su arxları inşa etmiş, çoxaşırımlı daş körpülər salmış, dəyirman, bəzir, zəyərək daşiarı, daş dibəklər, qəbirüstü sinə daşları, daş qoç heykəlləri yonub hazırlamış, karvansara, məscidlər tikmiş, xalça-palaz toxumuş, müxtəlif sənətkarlıqla, baramaçılıqla və s. məşğul olmuşlar. Biləvli memarlar, daşyonan ustalar, heykəltaraşlar, bənnalar, ağacişləmə sənəti üzrə ustalar, xərratlar, xalçaçılar və s. sənətkarlar çox olmuşlar. Təəssüf ki, onlardan XVI əsrə qədər yaşayanlar haqqında heç bir məlumat yoxdur.
XVII əsrlərdə yaşamış biləvlilər haqqında cüzi məlumatlar isə yalnız üstündəki yazıları oxunmuş bir neçə daş qoç heykəli əsasında əldə edilmişdir. XVIII əsrdə və XIX əsrin əvvəllərində yaşamış biləvlilər haqqında da məlumatlar azdır. Həmin məlumatlar da, əsasən, müxtəlif rəvayətlərə, söz-söhbətlərə və yalnız tək-tək yazılı mənbələrə əsaslanır. Odur ki, burada söhbət başlıca olaraq XIX-XX əsrlərdə, ayrı-ayrı hallarda isə XVIII əsrlərdə yaşamış biləvlilərdən gedir.
XVI əsrdə yaşamış biləvlilər haqqında məlumat yalnız ondan ibarətdir ki, orta əsrlərə aid nekropolda tapılmış səndiqənin üstündə Hüseyn oğiu Əlinin adı və 909 (1503- 1504)-cu il oxunmuşdur.
XVII əsrin birinci yarısında naməlum heykəltaraş tərəfindən Zeynal bəyə, Əvvəlağaya və başqalarına daşdan qəbirüstü qoç beykəlləri yonularaq hazırlanmışdır.
- əsrdə yaşamış biləvli heykəltaraş Abid öz müasirləri olan bir çox sayılıb seçilən, görünür həm də irrıkanlı və nüfuzlu həmkəndlisinə, о cümlədən:
- Zeynal Bağır bəyə,
- Övliyaquluya,
- Nəcəf Niyazalı oğluna,
- Səfərəliyə,
- ...Gasım oğluna
və başqalarına qəbirüstü daş qoç heykəli hazırlamışdır.
Başqa bir daşyonan usta tərəfindən hicri təqvirnlə 1101-ci ildə (miladi 1689-1690-cı illər) hazırlanmış qəbirüstü lövhədə onun sahibi Pərinin adı yazılmışdır.
XVIİ-XVÜI əsrlərdə Məkkəyə həcc ziyarətinə getmiş iki biləvli hacı müəyyən edilir:
- adı biləvlilərin söz-söhbətlərində çox dövlətli adam kimi hallanan Hacı Heydər,
- adı Biləvin bir toponimində - «Hacı Həsən oyuğu» toponimində səslənən Hacı Həsən.
Bunlar da yəqin ki, о dövrdə Biləvin varlı və nüfuzlu insanlarından oimuşlar. Çünki о zaman Biləvdən Məkkəyə gedib qayıtmağa bir ilə qədər vaxt və xeyli vəsait lazım idi. Zəvvarın evində də bu müddət üçün ailəsinə yetdik dolanışıq xərci olmalı idi. Buna da yalnız tək-tək adamların imkanı çatarmış.
XVIIİ-XX əsrlərdə
- Qayıbəli (Qeybəli),
- Müslüm Pəhləvan,
- Hacı Pirtəkənqulu oğlu,
- Məmmədkərim,
- Hacı Məmmədkərim oğlu
tanınmış güclü pəhləvanlar olmaqla bərabər, həm də biləvliləri, onların əmiakını, biləvlilərə məxsus mal- davar örüşlərini, yaylaqları, əkin sahələrini yadlardan, basqınçılardan, quldurlardan qorumuşlar.
XVIII-XX əsrlərdə Biləvdə kəndxudalıq etmiş olaniardan
- Kətda (Kəndxuda) Həsərı,
- Hacı Xudayar,
- Kəlbə Məhəmmədəli,
- Kəlbə Məmmədhəsən,
- Məmmədrəhim Məmmədkərim oğlu,
- Aimurad Kalbarza oğlu Rzayev
ədalətli və qətiyyətli olmalan, Biləvdə qayda-qanun yaratmaları və kəndi abadlaşdırmaları ilə biləvlilərin rəğbətini, hörmətini və sevgisini qazanmışlar.
XIX əsrdə Biləvdən Məkkəyə həcc ziyarətinə getmiş hacılar da kəndin sayılıb-seçilən varlı və nüfuzlu insanları olmuşlar. Onların siyahısı belədir:
- Hacı Abdulla (ali ruhani təhsilli, Biləvdəki dini məktəbdə dərs vermiş ruhani);
- Hacı Alməmməd ağa (Məmmədhəsən ağanın atası, Gilançay kəndində yaşayan Saday Məmmədovun ulu babası);
- Hacı Baxşəli (Maşa Nabatalının atası, biiəvli Fətəliyevlərin ulu babası);
- Hacı Xudayar (Nasir, Nazim və Nadir Həsənovların ulu babası).
Naxçıvan xanlığı dövründə Biləv mahalını idarə edən Kəngərli tayfasının nümayəndələri unudulsa da, onların Çar Rusiyası dövründə Biləvi idarə edən törəmələri arasında:
- Əliməmməd bəy,
- Məmmədhəsən ağa,
- Kərim Sultan ağa
daha nüfuzlu, hörmətli, tədbirli, həm də Biləv ərazisinin, onun sərhədlərinin qoruyucusu olmuşlar və kənddə sakitlik, əmin-amanlıq yaratmışlar. Xanlıq dövründə Biləvin mahal mərkəzi olması kəndin böyüklüyü və əlverişli mövqeyi ilə bağlıdırsa, Naxçıvan qəzasında dünyəvi elmləri öyrədən ilk məktəblərdən birinin (Naxçıvan və Ordubad şəhərlərindən sonra,) XIX əsrin axırlarında məhz Biləvdə açılması isə həmin ağaların xidməti sayəsində olmuşdur.
XIX əsrin ortalarında yaşamış Mir Həsən Divanə Biləvdə ruhaniçilik etməklə yanaşı, həm də Ordubad ədəbi mühitinin tanınmış nümayəndələrindən biri olmuşdur. İlk təhsilini Ordubadın nüfuzlu ruhanilərindən biri olan atası Mir Tahir- dən alan Mir Həsən Divanə, sonra Təbrizdə ruhani təhsilini tamamlamışdır. Təbrizdən qayıtdıqdan sonra o, öz dini şeirləri ilə xalq arasında şöhrət qazanmışdır. Mir Həsən Divanə gənc yaşlarından Fəqir Ordubadi tərəfindən təşkil olunmuş «Əncüməni-şüəra» ədəbi məclisinə cəlb olunmuş və onun ədəbi yaradıcılığı, əsasən, bu məclislə bağlı olmuşdur. Ədəbi irsindən məlum olur ki, Mir Həsən Divanə öz ordubadlı müasirlərindən fərqli olaraq daha çox dini məzmunlu şeirlər qələmə almışdır.
Təəssüf ki, Mir Həsən Divanənin ədəbi irsi itib-batmış, yaradıcılığından yalnız 20-yə yaxın dini şeirlər qorunub saxlanmışdır. Bu şeirlərində Mir Həsən Divanə Kərbəla şəhidlərinin müsibətini qəsidə, sinəzən, novhə və mərsiyə formalarında yanıqlı lirik dillə nəzmə çəkmişdir.
XVIII əsrin sonlarından XX əsrin əvvəllərinədək - avtomobil və hava nəqliyyatı olmadan Kərbəla və Məşhəd şəhərlərinə ziyarətə getmək də asan məsələ deyildi. həmin müqəddəs yerləri ziyarət etmək üçürı aylarla vaxt və xeyli xərc tələb olunurdu. Buna da yalnız tək-tək biləvlilərin imkanı çatırdı. Həmin dövrdə Kərbəlaya ziyarətə getmiş biləvlilər bunlardır:
Kalba Abdulla (Əlabbas, Ramiz, Zeynal və s. Abdullayevlərin babası və ulu babass),
Kalba Alqulu (Məşədi Mürvət, Rauf, Eynulia, Xəlil, Azad və s. Alquliyevlərin ulu babası),
Kalba Allahyar (indi Ukraynada yaşayan Aqil Babayevin babasi),
Kalba Anaxanım (Səlim və Dilavər Zalovların anasının nənəsi, Müslüm Pəhlivanın qızı),
Kalba Balaxanım (Əli, Nüsrət və s. Hüseynovlann nənəsi),
Kəlbə Cəbi (Rafayıl, Fərrux, Azər, Naği və s. Cəbiyevlərin ulu babası),
Kəlbə Cəbrayıl (Əyyub, Əli, Adil və s. Fərəcovlarırı babası və ulu babası),
Kəlbə Cəfər (Bəhram və Teymur Əsgərovların ulu babası),
Kəlbə Cəfərqulu (Həsən, Oruc, Cəfər və s. Alməmmədovların babası),
Kalba Dərgah (Soltan, Kamal və s. Quliyevlərin, Mənsurə və Ziyafət xanımların ulu babası),
Kəibə Ələkbər (Həmid Aslanlınsn, Hərrızə, Asian, Babək və s. Aslanovların, Fərhad Mirzəyevin ulu babası),
Kəlbə Əli (Asif, Əbülfət, Müqəddəs Məmmədovların, Aydın, Həsən, Kirman və s. Həsənovların babası),
Kəlbə Əli (Həsən, İbrahim, Əşrəf Əliyevlərin babası),
Kəlbə Əsəd ( Məşədi Əsəd və Hüseynalı Əsədovların babası),
Kəlbə Əziz (Hacı Seyfuliahın atası, Əziz, Qafur, Orxan və s. Nağıyevlərin babası),
Kəlbə Fərzəli (Səfər, Ramiz, Elrnan, Əli, Rişad və s. Səfərovların ulu babasi),
Kəlbə Fətəii (İbrahim, Asian, Əmrah, Salman və s. Fətəliyevlərin ulu babası),
Kəlbə Heydər ( Hacı Səftər, Məşədi Əjdər, Zəfər Heydərovların babası),
Kəlbə Hüseyn (Hüseyn Nəsirovun, Nübar Quliyevanın ana babası),
Kəlbə Hüseyn (Hüseyn, Qafar, Habil Hüseynovların babası, ulu babası),
Kalba Xudakərim (Xırdaxanım, Hacı Nazifə, Pəri və Tap- dığın (Xudakərimin) analarının babası),
Kəlbə Qibləli (Həsən, Əhsən və s. Əliyevlərin ulu babası),
Kalba Quiamrza (Xalıqverdi Rzayevin ana babası), Kəlbə Məcnun (Cəmil, Rəhim və Cəül Rəhimovların babası),
Kəlbə Məmməd (Məmməd Sevdiməliyevin atası Cabbarın əmisi),
Kəlbə Məhəmmədəli (Fərrux, Azər, Nağı və s. Cəbiyevlərin ulu babası),
Kəlbə Məmmədhəsən (Həsən Alməmmədovun, Muxtar Qasımzadənin və s. ana babası),
Kəlbə Mirzə (Mirzəuşağı nəslinin banisi, Kalba Abdulla, Kəlbə Ələkbər və Kalba Rzanın atası),
Mir Məşkur ağa (biləvli seyidlərin atası, babası), Kalba Muxtar (Vilayət, Hidayət, Şəmil, Şücaət Muxtarovların ulu babası),
Kalba Muradxan (Əfqan, Məmmədxan, Murad, Xaqani və s. Quliyevlərin babası),
Kalba Musarza ( Rzayev Məşədi Məmməd müəllimin atası, Məşədi Əli, Qənbər və s. Rzayevlərin babası),
Kalba Nazlı (biləvli Novruzovların, Heydərovların, Məcid və Cəlil Rzayevlərin ana nənəsi),
Kalba Rza (Məcid, İdris, Soltan, İlqar, Cəlil və s. Rzayevlərin babası və ulu babası),
Kalba Rza ( Məşədi Məmməd, Hacı Mirzə, Kərbəlayı Həmzə, Vaqif, Rövnəq, Qənbər və s. Rzayevlərin babası və ulu babası),
Kəlbə Rəhim (Kəlbə Məcnunun atası, Cəmil, Rəhim, Cəlil Kərimovların ulu babası),
Kalba Sadıq (Səlim, Dilavər Zalovların, Roza və Firuzə xanımların ulu ana babası),
Kəlbə Səfər (Məşədi Firidun, Famil, Rizvan, Yalçın və İbrahim İsmayılovların babası və ulu babası),
Kəlbə Səfər (Səfər, Ramiz, Elman, Qafar, Əli və s. Səfərovların ulu babası),
Kəlbə Şahmərdan (Asif, Əbülfət, Müqəddəs Məmmədovların ana babası),
Kalba Şıxalı ( Hacı Yavər, Şahbaz, Qəhrəman, İmran və s. Şıxəiiyevlərin ulu babası),
Kəlbə Vəli ( Məşədi Mürvət, Eynulla, Xəlil, Azad və s. Alquliyevlərin babası və ulu babası),
Kalba Yəhya (Məcid Rzayevin, Qurban Novruzovun, Hacı Səftər Heydərovun ana babası),
Kalba Yaqub (Kəlbə Məcnunun qardaşı), Kalba Yusif (Əli, Nüsrət və s. Hüseynovların babası), Kalba Zeynal (Məzəddin, Hacı İbrahim, Məşədi Cahang- ir Zeynalovların babası və ulu babası),
Kalba Zeynal (onun törəməsi olmayıb, qohumlarını müəyyənləşdirə bilmədik).
XVIII əsrin sonlarından başlayaraq XX əsrin əvvəllərinədək gedib Məşhədi ziyarət etmiş biləvlilərdən bizə bəlli olanlar bunlardır:
Məşədi Abbas (Söhrab Abbasovun ulu babası), Məşədi Ağababa (Əsəd İbadovun dayısı), Məşədi Alcəfər (Zakir, Xaqani və s. İbrahimovların ana babası),
Məşədi Alqulu (Hacı Şıxalı, Qəhrəman və s. Şıxəliyevlərin, Rafayıl, Fərrux və s. Cəbiyevlərin ulu babası),
Məşə Bədəl (Məşədi Əsəd, Hüseynalı Əsədovların, Ruslan,Xıdır Məmmədovların ulu babası),
Məşədi Əli ( Məşədi Əsəd və Hüseynalı Əsədovların əmisi),
Məşədi Əli (İbrahim, Salman, Eldar Fətəliyevlərin ana babası),
Məşə Gövhər (Kamalın, Vilayətin, Hüseynalının, Mənsurənin və s. nənəsi),
Məşədi Hüseyn (Məşə Möhsün və Məşə Gövhərin oğlu), Məşədi İmaməli (Fəxrəddin, Polad, Aydın Səfərovların babası),
Maşa Qulamhüseyn (Hüseynalı, Əli, Məhərrəm Məhərrəmovların atası),
Maşa Möhsün (Kamahn, Mənsurənin, Ziyafətin babası), Maşa Qurban (İbrahim Salmanovun ulu babası), Maşa Musa (biləvli Şıxəliyevtərin babası və ulu babası), Maşa Musa (biləvli Əzimovların və Kazımovlann babası və ulu babası),
Maşa Müseyib (Mıiseyib, Ənvər Məhərrəmovların babası),
Maşa Nabatalı (biləvli Fətəliyevlərin uiu babalarının qardaşı),
Məşədi Oruc (Məşədi Əlinin atası), Məşədi Rübabə (Vasif Abbasovun nənəsi), Maşa Sadıq (Cəfər, Mürsəl, Elmar və s. Vəliyevlərin ulu babası),
Məşə Təhməz (Yaşar, Etibar, Şəhriyar, Şahsuvar və s. Muxtarovların babası).
XVIII əsrin axirlarında kənddə çoxsaylı törəmələri və böyük nüfuzu olanların:
- Biləv tayfasından Məmməd Mirzə oğlunun,
- Abdal tayfasından Allahqulu Qulu oğlunun,
- Biləv tayfasından İmanın,
- Abdal tayfasından Məmmədtaharın
başçılıq etdiyi Məmmədli, Allahquiuuşağıjmanlı (İmanuşağı) və Taharlı tayfalarının əsası qoyulmuşdur. XIX əsrin ortalarında isə, sonradan yaranmış həmin tayfaların nümayəndələri:
- Kalba Alqulu Məmmədli,
- Kəlbə Cəbi Alquitı oğlu,
- Kalba Şıxalı Alqulu oğlu,
- Kəlbə Mirzə Abdulla oğlu,
- Zeynaf Baba oğlu,
- Ağarza Qoca oğlu,
- Ağayar İmanlı,
- Kəlbə Fətəli HacıBaxşəli oğlu,
- Kalba Xudayar İmanlı,
- Kəlbə Dərgah Hüseyinquiu oğlu,
- Məmməd Kərim Pirtəkənquiu oğlu,
- Zialxan Allahqulu oğlu,
- Kəlbə Qibləli (Qeybəli),Məmmədtahar oğlu
- Salman Maşa Qurban oğlu,
- Kəlbə Səfər Məmmədtahir oğlu,
- Əsgər Kəlbə Cəfər oğlu
çoxsaylı törəmələri ilə birlikdə Alquluuşağı, Cəbiuşağı, Şıxalıuşağı, Mirzəuşağı, Zeynaluşağı, Ağarzauşağı, Ağayaruşağı, Fətəliuşağı, Xudayaruşağı, Kəlbə Dərgah, Məmmədkərimli (Rəzgəlilər), Ziyalxanuşağı, Qeybəliuşağı, Salmanlı, Səfərli və Əsgərli nəsillərinin əsasını qoymuşlar.
Ondan sonra Biləv tayfasından:
- Emin,
- Əhməd,
- Ələsgər,
- Əli,
- Əsgəralı,
- Fərzəli,
- İban (İbrahim)
- Qurbət,
- Mərdan,
- Muxtar,
- Nağı,
- Rəfi,
- Vəli.
çoxsaylı törəmələri ilə Eminuşağı, Əhmədli, Ələsgərli, Əliuşağı, Əsgəralı, Fərzəliuşağı, İbanuşağı, Qürbətuşağı, Mərdanlı (Əlmərdanuşağı), Muxtarlı, Nağızadə, Rəfili və Vəliuşağı nəsillərini yaratmışlar.
Həmçinin Abdal tayfasından:
- Əlinin,
- Əmirin,
- Əzimin,
- İbadın,
- Hətəmxanın
- Kalba Xudakərimin
törəmələri müvafiq olaraq Əlili, Əmirli, Əzimuşağı, İbadlı, Hətəmxanuşağı, Kalba Xudakərim nəsillərini əmələ gətirmişlər.
Bunlarla bərabər Şamlı tayfasından:
- Kəlbə Heydər,
- Kalba Muxtar,
- Məhərrəm,
- Nəsir
və Xəlfəli tayfasından:
- Abbas,
- Həsən,
- Murtuz,
- Usubalı,
- Əsgər
sonradan törənmiş davamçıları ilə birlikdə müvafiq olaraq Heydərli, Muxtarlı, Məhərrəmli, Nəsirli, Abbaslı, Həsənuşağı, Murtuzlu, Usubalıuşağı, Əsgərli nəsillərinin əmələ gəlməsinə səbəb olmuşlar.
Bunlardan başqa:
Gödəkli tayfasından Gödək Məmməd, Kəngərli tayfasından Kərim Sultan ağa və Əli ağa, Seyidlərdən Mir Həsən Divanə, yeni yaranmış ailəiərdən Mehbalı kişi törəmələri ilə birlikdə uyğun olaraq, Gödəkli, Kərim Sultan, Əli ağa, Mir Həsən Divarıə və Mehbalıuşağı nəsillərini əmələ gətirmişlər.
Çar Rusiyası dövründə biləvlilər içərisində Kəngərli ağaiardan sonra
- Hacı Baxşəli,
- Hacı Xudayar,
- Məmməd Kərim,
- Maşa Musa,
- Kəlbə Məmmədhəsən,
- Hətəmxan Ziyalxan oğlu,
- Kəlbə Məhəmmədəli,
- Məhəmmədəli Ələsgər oğlu,
- Maşa Nabatalı ən varlılar, mülkədarlar olmuşlar. Bunlardan başqa:
- Müslum pəhləvanın, onun qızı Anaxanımın və nəvəsi Teymurun,
- Kəlbə Fərzəli Kəlbə Səfər oğlunun,
- Əliuşağı nəslindən Əsgər kişinin,
- Keçəçilər nəslirıdən Məmmədhəsənin,
- Məmmədli tayfasından Kalba Alqulunun,
- Gödəkli nəslindən Kalba Rzanırı,
- Həsənuşağı nəslindən Kəlbə Hüseynin,
- Əzimuşağı nəslindən Kazımın
geniş taxıl əkini zəmiləri, meyvə bağı sahələri vardı.
- Kəlbə Ələkbərin,
- Zeynal oğlu Qulamın,
- Heydər oğlu Əmirin,
- Xudakərimin
yüzlərlə baş qoyunu və keçisi olan sürüləri, çoxlu qaramalı və yük heyvanı vardı.
- Gödəkli nəslindən Hənifə kişinin,
- Əlmərdan oğlu Hüseynalının,
- Molla Gülmalı Mehbalı oğlunun,
- Zeynal Mehbalı oğlunun
hər biri yüzlərlə səbət arı pətəkləri becərirmişlər.
- Muxtar oğlu Məhəmmədin,
- Ziyalxan oğlu Teymurun,
- Tarverdi ilə Əkbər Səfərovların,
- Kəlbə Ələkbərin dəyirmanları varmış.
Xəlfəli tayfasının Abbaslı nəslindən çıxmış Qaçaq Süleyman XIX əsrin axırlarında ətrafdakı qaçaqları başına toplayaraq qaçaq dəstəsi yaratmış və həmin dəstəyə başçılıq etmişdir. Bu dəstə çar Rusiyasının üsul-idarəsinə və məmurlara qarşı mübarizə aparmışdır. Qaçaq Süleymanın dəstəsində Biləvdərt, Behruddan, 'T'ividən başqə Zəngəzur qəzasının kəndlərindən də qaçaqlar varmış. Həmin kəndlərdən birində də Qaçaq Süleymanın ikinci arvadı və uşaqları varmış. Onların davamçıları indi Zaqatala və Gəncə şəhərlərində yaşayırlar. Qaçaq Süleymanın Biləvli arvaddan olan oğlu Yunus Abbasov söyləyirmiş ki, «atam Biləvdəki və Behruddakı qaçaqlara nəsə demək və ya xəbər vermək üçün gecə yarısı məni göndərərdi və öz qılıncını da mənim belimə bağlardı. О vaxt mən balaca idim, qılıncın qınının ucu da hərdən yerə toxunurdu. Qılıncını ona görə belimə bağlayırdı ki, mən qorxmayım və qorxaq böyüməyim, həm də qaçaqlar hərrıin qılıncı tanıyırdılar».
Kəngərli tayfasından Məmmədhəsən ağanın övladları:
- Əbil ağa,
- Balabəy ağa
XIX əsrin axırlarında Tiflisdə və Qoridə təhsil aldıqdan sonra Biləvdəki dürıyəvi elmləri öyrədən və sonralar «rus- müsəlman məktəbi», «rus-tatar məktəbi» adlandırılan «uşqolda» (şkola sözündən) riyaziyyatdan və rus dilindən dərs demişlər və biləvlilər içərisində ilk peşəkar müəllimlər olmuşlar.
XIX əsrin sonlarında - XX əsrin əvvəllərində
- İslam Mirzə oğlu (İslam kişi),
- Qulu Məmməd oğlu (Qulu kişi),
- Təhməz Muxtar oğlu (Məşə Təhməz),
- Molla Kərəm
Bakıya gedərək bir müddət orada yaşamışlar, rus dilini bir qədər öyrənmişlər, qayıdıb kəndə gəldikdən sonra isə kənddə yeniləşmə tərəfdarı olmuşlar, maarifçilik, demokratiya və sosializm ideyalarını təbliğ etmişlər. Onlardarı
- Molla Kərəm
- Qulu Məmməd oğlu
pedaqoji təhsiliəri olmasa da, bilikləri münasib sayıldığı üçün və müəllim kadrlar olmadığı üçün 1920-ci illərdə Biləv məktəbində dərs də demişlər.
1918-ci ilin yayında Maşa Nabatalı Parağalı Petrosdan, Məmmədkərim də Parağalı Qəzərdən xəlvəti eşitmişdilər ki, Andronikin qoşunu sabah səhər tezdən hücum edib Biləv və Behrud camaatını qıracaq. Onlar da biləvliləri və behrudluları xəbərdar etmişdilər. Həmin gecə
- Mustafa Kəlbə Ələkbər oğlu,
- Qasım Murtuz oğlu,
- Paşa-ağa Fərəc ağa oğlu,
- Məmmədrza Kalba Rza oğlu,
- Maşa Musa Kalba Şıxalı oğlu,
- Hüseynalı Kalba Dərgah oğlu,
- Ramazan Düməmməd oğlu,
- Məmmədrəhim Məmmədkərim oğlu,
- Məhərrəm Qibləli oğiu,
- Məhəmmədəli Ələsgər oğlu
- H.Həsənov Qəzənfər Kəlbə Məmmədhəsən oğlu,
- Məsmud Fətəli oğlu,
- Qulam Zeynal oğlu və başqaları
münasib yerlərdəki təbii səngərlərdə müdafiə olunaraq, quldur erməni daşnaklarından ibarət nizami orduya qarşı mərdliklə, rəşadətlə vuruşmuşlar, ordunun kəndə qəfil hücum etməsinə imkan verməmişlər, bununla da Biləv və Behrud kəndlərinin əhalisinin qaçıb canını qurtarmasına şərait yaratmışlar.
- Tarix:2015-05-26