• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Xəbərlər

Batabat yaylaqlarından səmərəli istifadə olunur

Muxtar respublikada insanlar harada yaşamasından asılı olmayaraq dövlətin qayğısını öz üzərində hiss edir, qurub-yaradır, təsərrüfatla məşğul olurlar. Səfalı yaylaqlarda oba quran kənd adamlarının xoş güzəranı bunu bir daha təsdiq edir. Obalarda təsərrüfatla məşğul olan insanlar təkcə uca dağların deyil, həm də hərtərəfli dövlət qayğısının əhatəsində yaşayırlar. Onlarla mütəmadi görüşlərin keçirilməsi, yaylaqlarda səyyar tibbi və iaşə xidmətlərinin təşkili muxtar respublikada insan amilinə göstərilən diqqətin ifadəsidir. 
İyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Batabat yaylaqlarına gəlmiş, burada məskən salan oba sakinləri ilə görüşmüşdür.

Heyvandarlardan Mətləb Nəcəfov, Həsən İsmayılov, Elçin Əliyev və Abdulla İsayev oba sakinləri adından minnətdarlıq edərək demişlər ki, bir zamanlar yaylaqlarda məskunlaşmaq insanlarda qorxu hissi yaradırdı. İndi isə vəziyyət tamam başqadır. Bu gün sərhədlərin etibarlı qorunması insanlara arxayınlıq, bu yerlərə isə yeni həyat bəxş edib. Yay aylarında obalara köç edənlərin sayı hər ötən il daha da artır. Kənd adamları dövlətin verdiyi kreditlərdən istifadə edərək təsərrüfatlarını genişləndirir, öz gün-güzəranlarını yaxşılaşdırırlar. Digər tərəfdən burada sakinlər mütəmadi olaraq tibbi müayinədən keçirilir. Baytarlıq və səyyar ticarət xidməti də hər birimizdə razılıq doğurur. Yaylaq sakinləri üçün yaradılan bu şərait insanları daha əzmlə çalışmağa sövq edir. Hər kəs məhsul istehsalını artırmaqla kənd təsərrüfatının inkişafına öz töhfəsini verməyə çalışır. 
Oba sakinlərini salamlayan Ali Məclisin Sədri demişdir: Ölkəmizdə kənd adamlarına, torpaq mülkiyyətçilərinə, heyvandarlıq və maldarlıqla məşğul olan sahibkarlara hərtərəfli qayğı göstərilir. Kənd adamlarının Batabat yaylaqlarından səmərəli istifadə etməsi, burada rahat və təhlükəsiz yaşaması üçün bütün şərait vardır. Çünki torpaqlarımız etibarlı müdafiə olunur. Eyni zamanda buradakı ailə­lərə qayğı göstərilir, onların sağlamlıqlarının qorunması, öz təsərrüfatlarını genişləndirmələri diqqət mərkəzində saxlanılır. Bütün bu tədbirlər kənd adamlarının yaşayış səviyyəsini yaxşılaşdırmaqla yanaşı, həm kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, nəticədə isə ölkəmizin hərtərəfli inkişafına xidmət edir. 
Ali Məclisin Sədri heyvandarlıqla məşğul olanlara bundan sonra da hərtərəfli qayğı göstəriləcəyini bildirmiş, onların ailə üzvlərinə və uşaqlara hədiyyələr təqdim etmiş, məişət şəraitləri ilə maraqlanmışdır. 
Məlumat verilmişdir ki, hazırda Batabat yaylaqlarında Şərur rayonunun Dizə, Babək rayonunun Cəhri, Gülşənabad, Şıxmahmud, Kəngərli rayonunun Çalxanqala, Xok və digər kəndlərindən olan 30-a yaxın ailə heyvandarlıqla məşğul olur. Ümumilikdə onların təsərrüfatında 10 mindən artıq xırdabuynuzlu heyvan və mindən artıq iribuynuzlu mal-qara saxlanılır. Oba sakinlərinə mütəmadi olaraq tibbi xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları isə mütəmadi olaraq obalarda olur və yoluxucu xəstəliklərə qarşı tədbirlər görür, heyvandarlar arasında maarifləndirici söhbətlər edirlər.

www.nakhchivan.az

  • Tarix:2015-07-31

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.