• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları

Biləvdə çoxlu sayda qoç heykəlləri var. Onlar, əsasən, qəbiristanlıqlarda qəbirüstü daş kimi qoyulmuş və Böyük məscidin divarlarına hörülmüşdür.

Biləvdə çoxlu sayda qoç heykəlləri var. Onlar, əsasən, qəbiristanlıqlarda qəbirüstü daş kimi qoyulmuş və Böyük məscidin divarlarına hörülmüşdür. Məscid və qəbiristanlıqlar ətrafında tikinti üçün və ya başqa məqsədlərlə qazırıtı işləri aparılarkən torpağın altından çıxan qoç heykəllər də olmuşdur. Təəssüf ki, Biləvdə qəbiristanlıqlar həmişə baxımsız, hasarsız, çəpərsiz olmuş, qorunmamış örüş kimi otarılmış, mal-heyvan tapdağında qalmışdır. Odur ki, qoç heykəllərin bir qismi sınıb parçalanmış, dağılmış, itib batmışdır.

Daş qoç heykəllərinin çoxu kənddəki Böyük qəbiristanlıqda idi. Yaxşı yadımdadır ki, (H. Aslanlı) keçən əsrin ortalarında buradakı qəbirlərin üstündə xeyli qoç heykəlləri vardı. Onların sayı 15-dən 20-yədək olardı. Heykəllərin böyük bir qismi bütöv idi. Ancaq sınmış, başlarının, quyruqlarının, bellərinin, yanlarının bir hissəsi qopub itmişləri də var idi.

Böyük ehtimalla güman etmək olar ki, daha çox qoç heykəlləri kənddəki indi uçuq vəziyyətdə olan Böyük məscidin divarlarına künc (rukun) daşları kimi qoyulmuşdur. Həmin məscidin Kəndiçi meydanına tərəf qalıq divarlarında 10-dan çox qoç heykəl son zamanlara qədər dururdu. Bu qoç heykəllərin bir hissəsi isə uçub tökülən divarların qalıqları içərisində, məscidin içərisindəki və yanlarındakı daş qalaqlarının altında qalmışdır.

Otay, Şıxyanı, Ağacanlı və Əmirkəndi qəbiristanlıqlarının hərəsində bir neçə və Pərdəşöyün qəbiristanlığında nekropolda 2 qəbirüstü daş qoçlar da vardı. Xaraba Cirəcirdəki qəbiristanlıq - nekropolda isə onların sayı nisbətən artıq olmuşdur.

Ümumilikdə Biləvdə 50-dən artıq qoç heykəlləri olmuşdur. Onların bir qismi (təxminən 1/3 qədəri) müxtəlif səbəblərdən sınıb qırılaraq ayrı-ayrı hissələrə bölünmüşlər. Sonra isə bu hissələrin də çoxu (xüsusilə kiçikləri) ətrafdakı daşlara, torpağa, quma, çınqıla qarışaraq itib batmışlar. Bütöv qoç heykəllərinin də böyük bir hissəsi son onilliklərdə Biləvdən Naxçıvan və Ordubad şəhərlərinə aparılmışdır. Na- xçıvan şəhərinin Əcəmi seyrangahındakı «Açıq Səma Altında Muzey» Biləvin daş qoç heykəlləri ilə əhəmiyyətli dərəcədə zənginləşmişdir. Hətta bizim tarixi və mədəni sərvətlərimizə sahib çıxmaq istəyən oğru ermənilər tərəfindən (bəzən nadan biləvlilərin də əli ilə) Biləvin qoç heykəllərindən İrəvana aparıldığı hallarda olmuşdur. Bütün bunlara baxmayaraq, bir xeyli daş qoç heykəli də kənd ərazisində qalmışdır.

Biləvin daş qoç heykəlləri xüsusi və hərtərəfli tədqiq olunmamışdır. Bizim qeyri-mütəxəssis qənaətimiz isə belədir: qoç heykəllər, о cümlədən Biləvdəki qoç daşlar orta əsrlərdə Qaraqoyunlu.Ağqoyunlu dövlətləri zamanı qoyun (qoç) totemi ilə əlaqədar olaraq hazırlanmışdır.

Biləvin qoç heykəlləri başlıca olaraq kənd ərazisində - Qızılqayada, Qayaaltında, Daşkəsəndə və başqa yerlərdə yayılmış çatsız, nisbətən yüngül, əsasən qırmızı çalarlı, massiv tuflardan, qəhvəyi rəngli tuflu qum daşlarından və qismən boz, gözlə görünməyən boşluqlu andezit-bazaltlardan və başqa tərkibli süxurlardan hazırlanmışdır. Onlar ibtidai üsullarla iri qaya şəklində qoparılıb və sındırılıb kobud blok formasına salındıqdan sonra sərt daşlarla - kvarsla, kvarsitlə, çaxmaqdaşı ilə yonulub hamarlanmışdır. Heykəllər hazırlandıqdan və yəqin ki, yoxlanılıb bəyənildikdən sonra qəbirüstü daş kimi və divar daşı kimi qəbiristanlıqlarda və məscid divarlarında öz yerlərini tutmuşlar. Qəbiristanlıqdakı qəbirüstü qoç daşların üstündə ərəb əlifbası ilə rnərhumun kimliyi və yaşadığı dövr sonradan qazılaraq yazılmışdır.

Bu daş heykəllərin ölçüləri müxtəlifdir. Onların uzunluğu əsasən 60 sm-dən 90 sm-ədək , eni 35 sm-dən 45 smə-dək, hündürlüyü isə 45 sm-dən 60 sm-ədəkdir. Bunlardan başqa kiçik bir qəbirüstü qoç daşı Şıxyanı qəbiristanlığında təxminən 10 il bundan əvvəl biz (H.Aslanlı) öz gözlərimizlə görmüşük. Güman etmək oiar ki,o, uşaq qəbiri üstə qoyulubmuş.

Biləvdəki qəbirüstü abidələrin az bir qismi bu sahə üzrə məşhur tədqiqatçı Məşədixanım Neymət tərəfindən öyrənilmişdir. Onun tərtib etdiyi kataloqdakı nömrələrlə həmin abidələrin təsvirini veririk,

1040. Orta əsrlərə aid nekropolda saxlanılmış az miqdar- dakı qəbirüstü sənduqələrin birində olan yazı qismən qalmış- dır. Ölçüləri 1,42x0,29x0,30 m olan bu sənduqənin yuxarı his- səsindəki yazının əvvəli uzun zaman üzündən pozulub oxun- masa da, axırındakı bu sözlər oxunur: «sahibi...b. Hüseyn /o. Əli 909-cu il». Hicri 909-cu il=1503-1504-cü illər.

1112. Orta əsrlərə aid qəbiristanlıqda qəbirüstü daş qoç. Onun ölçüləri 1,06x0,56 m, belinin eni 34 sm-dir. Qarnının (yəqin ki, beli ilə birlikdə) diametri 1,43 m-dir. Sağ böyründə «1038-ci ii, sahibi...» mərhumun adı pozulmuşdur. 1038-ci il. Hicri=1628-1629-cu illər

1126. Qırmızımtıl daşdan qoç fiquru. Ölçüləri 0,80x0,35x0,27 m, qarnının diametri 1,15 m-dir. Buynuzları dövrələnmişdir. Arxa və qabaq qıçları və burun hissədən sifəti qopmuşlar. Sol böyründə ərəb əlifbasının nəsx xətti ilə yazılmış yazı «sahibi Övliyaqulu, 1075-ci il». Hicri 1075-ci il=1664-1665-ci illər. Böyük qəbirstanlıqda idi.

  • Qırmızı çalarlı daşdan hazırlanmış quyruqlu qoç fiquru. Ölçüləri 1,30x60x0,76 m. Qarnının diametri 1,12 m. Fiqurun arxa və qabaq qıçları qopmuşdur. Buynuzları dövrələnmişdir. Sol böyründə ərəb əlifbasının nəsx xətti ilə yazılmışdır «sahibi Zeynal Baqiri bəy 1078-ci il». 1078-ci il hicri=1667-1668-ci illər. Böyük qəbirstanlıqda şimal-şərq tərəfdə qoyulmuşdu.
  • Qırmızımtıl daşdan hazırlanmış quyruqlu qoç heykəli, ölçüləri 0,76x0,22x0,36 m. Böyründə ərəb əlifbası ilə qazılmış yazı «sahibi Nəcəf b. Niyazalı. 1080-ci il» 1080-ci il hicri=1669-1670-ci illər Böyük məsciddə olmuşdur indii Ordubad şəhərində muzeydədir.
  • Qoç fiquru məsciddə yerləşir. O, Böyük məscidin divarındadır.
  • Daş qoç heykəlindən ibarət qəbirüstü abidə. Ölçüləri 1,10x0,28 m. Üstündəki yazı «sahibi Səfər Əli 1088-ci il. Düzəldib Abid» 1088-ci il hicri=1677-1678-ci illər. Böyük qəbirstanlığın şimal-şərq hissəsində qoyulmuşdu.

1144. Köhnə qəbiristanlıqda qoç daş heykəldən ibarət qəbirüstü abidə. Ölçüləri 0,64x0,66 m. Qarnının diametri 1,25 m. Fiqurun aşağı hissəsi qopmuşdur «sahibi ... 1094» yazısı oxunur. 1094-cü il hicri=1682-1683-cü illər.

1150. Boz çalarlı daşdan ibarət yazılı lövhə. Ölçüləri 0,54x0,40 m. Yuxarısı yarımdairə formasındadır. Yazı nəsx xətti ilədir «qəbirin sahibi Pəri, 1101-ci il».

1101-ci il hicri=1689-1690-cı illər.

Bunlar Biləvdəki qəbirüstü tarixi abidələrin heç də hamısı deyildir və az bir qismini əhatə edir. Təsvir olunanlardan başqa Biləvdəki müxtəlif (o cümlədən qırıq) qəbirüstü daş qoç heykəllərinin üzərində «Əvvəlağa...1011-ci il » (1603- 1604-cü illər), «...1025-ci il» (1616-1617-ci illər) «sahibi... Qasım oğlu 1018-ci», «sahibi...Zeynal...bəy 1036-cı il» (1627-1628-ci illər) adlarını və tarixlərini oxuyanlar da olmuşlar. Yazıları korlanıb pozulduğu üçün oxunmayan daş qoç heykəlləri də çoxdur.

Biləvli qocaman ixtiyar ziyalı Mirhüseyn Mir Məşkur oğlu söhbət edir ki, «Məşədixanım Nemət Biləvdə olanda onu mən müşaiyət etmişəm. О yalnız Böyük qəbiristanlığın ətəklərində və Keçidərəsi tərəfində, sonra da Böyük məsciddə gördüyü qəbirüstü daş qoç heykəllərinin şəkillərini çəkə bildi. Onlardan da bəzilərinin - qismən yerə batanların və yazılı böyrü yerə düşərək yıxılanların şəkillərini çəkmək məqsədə- uyğun sayılmadı. Vaxtının azlığından və ya hansısa səbəb- dənsə Məşədixanım Otay, Şıxyanı, Ağacanlı, Əmirkəndi və Cirəcir qəbiristanlıqlarına heç gedib çıxa da bilmədi. Halbuki, о qəbiristanlıqlarda da qəbirüstü daş qoçlar var idi».

Beləliklə, əldə olunan məlumatlara əsasən Biləvdəki qəbirüstü abidələr XVI-XVII əsrlərə (1503-1690-cı illərə) aid edilir. Ondan əvvəlkilər olsa da onlar sınıb dağılaraq itib batmışlar və yaxud da yazıları korlanıb oxunmaz hala düşmüşlər.

Hicri tarixlə 1088-ci ildə (1677-1678-ci illər) vəfat etmiş Səfərəlinin qəbri üstündəki daş qoç heykəlində heykəltaraş Abidin imzası vardır. Arıcaq ondan əvvəl də Biləvdə qəbirüstü abidələr yonub hazırlayan heykəltaraşlar olmuşlar. Bunların da hamısı şəksiz ki, Biləvii olmuşlar. Çünki XVI-XVII əsrlərdə Naxçıvan diyarının başqa heç bir yerində Biləvdəki qədər qəbirüstü daş qoç heykəlləri hazırlanmamışdır.

Cədvəl 1. Biləvdəki oxunan və qismən oxunan tarixi- arxeoloji qəbirüstü abidələrin siyahısı

Sıra №

M.Nemətin kataloq Ns-si

Abidənin növü

Abidənin yeri

Abidənin sahibi

Tarix

 

Heykəl- taraşın adı

 

 

 

 

 

Hicri

Miladi

 

1

1040

Sənduqə

Böyük qəbiristanlıq

...b. Hüseyn/o. Əli!

909

1503- 1504

yoxdur

2

1112

Qoç

heykəli

 

pozulmuşdur

1038

1628- 1629

 

3

1126

 

 

Övliyaqulu

1075

1664- 1665

 

4

1130

 

 

Zeynal Baqiri bəy

1078

1667- 1668

 

5

1131

 

Məscid

Nəcəf b.Niyazalı

1080

1669- 1670

 

6

1132

 

Məscidin divarı

Yazılı tərət divarın görünməyən hisspsindariir

 

 

 

7

1133

 

Böyük qəbi- ristanlıq

Səfərəli

1088

1677- 1678

Abid

8

1144

 

 

Oxunmur

1094

1682- 1683

yoxdur

9

1150

qəbirüstü Irivha

 

Pəri

1101

1689- 1690

 

10

 

Qoç heykəli

 

Pozulmuşdur

1011

1603- 1604

 

İndi Biləvdəki «Böyük» qəbristanlıqda bir neçə və о biri qəbristanlıqlarda tək-tək, özü də, əsasən bir tərəfi qırıq daş qoçlar qalmışdır. Ancaq, biz inanırıq ki, xalqımızın qiymətli maddi-mədəni sərvəti olan və uzaq keçmişlərdən xəbər verən bu daş qoç heykəllərinin mühafizə olunması, qorunması və elmi tədqiq olunması indən belə lazımı səviyyədə həyata keçiriləcəkdir.

Bu daş qoç heykəllərinin hazırlanması heç də asanlıqla və ucuz başa gəimirdi. Sözsüz ki, incəsənət əsəri olan bu heykəllər böyük maddi vəsait hesabına yaranırdı. Bunları yalnız imkanlı və sayılıb-seçilən, nüfuzlu adamlar düzəltdirirdilər. Buradan belə bir qənaətə gəlmək olar ki, XVI-XVII əsrlərdə imkanlı və nüfuzlu biləvlilər çox olmuşdur. Bu, heykəllərdəki yazlardan da görünür, «Zeynal Baqiri bəy», «Əvvəlağa...» və s.

  • Tarix:2015-05-26

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.