Biləv tayfasınırı məskunlaşması
Biləv oykoniminin araşdırılması göstərdi ki, kəndin adı burada ilk məskunlaşan tayfanın adından götürülmüşdür.
Biləv oykoniminin araşdırılması göstərdi ki, kəndin adı burada ilk məskunlaşan tayfanın adından götürülmüşdür. Başqa sözlə, kənddə ilk məskunlaşan Biləvtayfası olmuşdur. Bu tayfa qədim Biləvin indiki Kəndiçi meydanı və Böyük məscidin ətraflarını əhatə edən sahəsində məskunlaşaraq burada kənd əmələ gətirmişdir. Məskunlaşmaq üçün bu sahə о dövrdə (b.e.-dan əvvəl 1-2-ci əsrlərdə və ya b.e.-nın əvvəllərində) daha münasib sayılmışdır. Bura cənub tərəfdən hündürlüyü 15-20 m olan şaquli bütöy qaya ilə, qərb tərəfdən çayın (Parağa çayının) yatağından başlayaraq 200 - 300 m uzanan dik yamacla əhatələnən dağ ətəyi sahədir. Belə təbii şərait də həmin tayfanın özünün və başlıca əmlakı olan mal- heyvanın çayın daşqınından, seldən, dağ uçqunundan və müəyyən dərəcədə oğrudan, qaçaq-quldurdan, canavardan, tülküdən və s. qorunması üçün vacib idi (sonralar uca, dik qayanın bəzi yerlərdə parçalanması və yarılması və XX əsrin əvvəllərində salınmış avtomobil yolu buranın təbii görkəmirıi dəyişmişdir). Çox güman ki, qədim dövrlərdən yaşayış sahələrinin seçilməsi üçün orta meyillikli yamaclar daha münasib sayılmışdır. Çünki, metal alətlərin olmadığı və ya geniş yayılmadığı qədim dövrlərdə belə yamaclarda torpaq qazmalann və dəyələrin tikilməsi nisbətən asan olmuşdu.
Qəfil basqınlardan qorunmaq və qohum-qonşunun biri- birinə həyan olması üçün qədim Biləvdə evlər, daxmalar, torpaq qazamaları, dəyələr tövlələr bir-birinə bitişik tikilmiş, həyətlər kiçik olmuş və yaxud heç olmamış, kəndin əhalisi sıx yaşamışdır. Əkin və bağ sahələri yaşayış sahəsindən aralıda və nisbətən uzaqlarda sonralar salınmışdır.
Burada Biləv tayfasının əsas məşğuliyyəti heyvandarlıq olsa da, о həm də əkinçiliklə, bağçılıqla, tikinti və quruculuqla (o cümlədən istehkam və qaia məqsədli) məşğul olmuşdur. Bu tayfa həm də Gilançaydan ayrılan arxla qədim Gilan şəhərini su iiə təmin etmişdir.
Biləv tayfasının başqa bir qolu da о dövrlərdə indiki Şərur rayonunun Axura kəndi yaxınlığındakı başqa bir Biləv kəndində məskunlaşaraq Albantəpə, Qoşatəpə, Axura Kültəpəsi kimi qədim yaşayış yerlərində öz izlərini qoymuşdur.
Burada məskunlaşan Biləv tayfası isə əsrlər boyu inkişaf edərək, sonradan törənmiş çoxsaylı tayfalara və nəsillərə çevrilmiş və kəndin yaşayış yerini Qayaaltı, Keçidərəsi, Aşağı məhəllə və s. istiqamətlərində xeyli genişləndirmişdir. Biləv tayfasının sonrakı törəmələrinə indiki İmanuşağı və Mərnmədli tayfalarını və tayfa əlaqələri artıq unuduimuş çoxsaylı (otuzdan artıq) nəsilləri aid etrnək olar.
- Tarix:2015-05-26