Ümumi məlumat
Biləv Ordubad rayonunda kənddir. Biləv bələdiyyəsinin mərkəzidir.
Biləv Ordubad rayonunda kənddir. Biləv bələdiyyəsinin mərkəzidir. Kəndin özü (yaşayış sahəsi) rayon mərkəzindən şimal-qərb istiqamətli düz xətlə 25 km, əsas əlaqə vasitəsi olan avtomobil yolu ilə isə 35 km məsafədə, Ordubad-Bist və Ordubad-Parağa avtomobil yollarının üstündədir. Bura Gilançayın (Uiuçayın) orta axınının, əsasən, şərq və qismən qərb sahillərində, onun əsas qolu olan Parağaçayia (Kəndçayı ilə) qovuşağının 1-2 km-lik əhatəsini tutur. Kəndin əsas, mərkəzi hissəsi isə Parağaçayın üstündə, onun mənsəbindən 1,0-1,5 km qədər yuxarı dərəsinin yamaclarında yerləşir. Kənddə 20-dən çox məhəllə ayrılır. Bu məhəllələrdə 200- dən artıq ev, onların həyətləri və köməkçi təsərrüfat tikiiiləri - təndirəsər, anbar, tövlə, hin, ot damı, ayaqyolu və s. vardır.
Biləvin əhalisi 2000-ci ildə 1188 nəfər hesablanmışdır. Keçən əsrin sonlarında onun sayı daha çox olmuşdur. Ancaq sonrakı illərdə kəndin ailələri tədricən Bakıya, Naxçıvana və başqa şəhərlərə köçmüş və bunun nəticəsində əhalinin sayı 800 nəfərə qədər azalmışdır. Əhali, əsasən, bağçılıq, heyvandarlıq, quşçuluq, arıçılıq və əkinçiliklə məşğuldur.
Müxtəlif xidmət və tikinti-quruculuq sahələrində çalışanlar da vardır.
Biləvdə fəaliyyətdə olan 2 məscid, tibb məntəqəsi, rabitə şöbəsi, ATS, mağazalar və bir sıra məişət və iaşə obyektləri, kəndin ətrafında bir neçə qəbiristanlıq vardır. Son zamanlar tikilib istifadəyə verilən orta məktəb binası, və böyük ictimai bina, Biləv hidroelektrik stansiyasının su anbarı kəndin gör- kəmini daha da gözəlləşdirmişdir. Bu anbarın suyu Biləv ərazisinin cənubunadək kanalla axıdılır və buradakı derivasiya HES-ni işlədir.
Biləv kəndi Gilançayın sol sahili boyu şimaidan cənuba doğru uzanan avtomobil yolu ilə Gilançay, Başdizə, Sabir-kənd, Yuxarı Aza kəndləri ilə və sonra avtomagistralla şərq tərəfdə Ordubad, qərb tərəfdə Culfa və Naxçıvan şəhərləri ilə, həmçinin Giiançayın sağ sahili ilə aşağıdan yuxarıya- şimala doğru gedən avtomobil yolu ilə tivi, Bist, Nəsirvaz, Xurs kəndləri ilə, Parağaçayın sahilləri boyu şimal-şərq istiqamətdə yuxarı qalxan avtomobil yolu ilə Behrud, Parağa kəndləri, Parağaçay qəsəbəsi və yaylaqlarla əlaqə saxlayır. Qaradərə (Cərəcir) çayı hövzəsirıdən keçən cənub-qərb istiqamətli torpaq yolla isə Culfa rayonunun Kərimqulu Dizə, Yaycı və Əlincəçay hövzəsindəki kəndləri ilə əlaqə saxlanılır. Çoxlu piyada yolları və cığırlar da kəndi ayrı-ayrı sahələrlə birləşdirir.
Biləv ərazisinin genişliyinə görə Ordubad rayonunun ən böyük kəndidir. Bu kəndin ərazisi hələ əvvəllər daha da geniş olmuşdur. (bu barədə «Biləv» kitabında ətraflı məlumat verilib.)
Kəndin ərazisi rayonun qərb və şimal-qərb hissələrində yerləşir. Bu ərazi biri-birindən aralıda yerləşən 2 hissəyə ayrılır: əsas ərazi və yaylaqlar.
Biləvin əsas ərazisi Ordubad rayorıunun Behrud, Parağa, Tivi, Bist, Gilançay, Baş Dizə, Çənnəb və Culfa rayonunun Kərimqulu Dizə, Şurut, Gal kənlərinin ərazilərinin aralığında yerləşir və hazırda sahəsi 145 km2 təşkil edir. Bu ərazi şimal- şərqdən cənub-qərbə 15 km-dən artıq və şərqdən qərbə doğru 12 km-ə qədər uzanaraq, Qaradərə (Cərəcir) çayının orta axını hövzəsinin şərq sahili hissəsini və Gilançayın orta axını hövzəsini əhatə edir.
Kəndin ərazisində 100-lərlə ha meyvə bağı, 10 ha- dan artıq üzüm bağı, 10-larla ha meşəlik və kolluq sahələri, 10-larla ha biçənək sahəsi, bir neçə ha-ya yaxın oazis sahələri, 100-lərlə ha taxıl əkini zəmiləri, 10-larla ha tərəvəz və bostan əkini sahələri və 1000-lərlə ha otlaq, qışlaq, örüş sahələri mövcuddur. Əvvəllər bütün bu sahələrin hər biri ayrı-ayrılıqda indiki ölçülərindən xeyli artıq olmuşdur.
Yaylaqlar Biləvin əsas ərazisindən 5-10 km şimal-şərqdə, Zəngəzur dağ silsiləsinin cənub-qərb yamacında yerləşir. Nəsirvazçayın yuxarı şərq qollarının və Parağaçayın yuxarı şimal və şimal-qərb qollarının mənbələrində yerləşən və biri-birinə qarışan yuxarı yaylaqlar (Qaranquş, Nəzağa, Qız- gəlin çuxuru, Ayıdərəsi, Qovurmadərə və s.) 3-4,5 km enində zolaq şəklində Zəngəzur silsiləsinin cənubi-qərb yamacı boyu şimal-qərbdən cənub-şərqə doğru 6,5-7 km məsafədə uzanır və 25 km2-ə qədər sahəni tutur. Yuxarı yaylaqlarsn çox hissəsi artıq son illərdə (2003) yaradılmış akademik Həsən Əliyev adına Ordubad Milli Parkı ərazisinə düşür. Xəzəryurd yan silsiləsinin cənub-qərb ətəklərində yerləşən aşağı yaylaqlar da (Cacıqlı, And, Daşlıyurd və s.) bir-birinə qarışaraq 6-6,5 km2 ərazini əhatə edir.
Beləliklə Biləvin yaylaqlarla birlikdə ümumi ərazisi təxminən 175-180 km2 sahəni əhatə edir. Bu kənd ümumi əra- zisi ilə birlikdə 39°00° - 39°10° şimal, 45°43° - 46°03°şərq en dairələri arasında yerləşir.
- Tarix:2015-05-26