Ağacanlı nəsli və eyniadlı kənd
Biləvdə Gilançayın (Uluçayın) sağ sahilində Ağacanlı adlı bağ-bağat sahəsi, taxıl əkini zəmiləri və mal-davar üçün ağıl, küz və örüş yerləri olan ərazi vardır.
Biləvdə Gilançayın (Uluçayın) sağ sahilində Ağacanlı adlı bağ-bağat sahəsi, taxıl əkini zəmiləri və mal-davar üçün ağıl, küz və örüş yerləri olan ərazi vardır. Qoyun və quzu sürülərinin qışlaması üçün burada qazılmış 3 küfül də keçən əsrin ortalarına qədər salamat qalmışdı. Sonralar onlar uçub dağıldılar. Təxminən 18-20 ha qədər sahəsi olan bu ərazidə ən geci XV əsrin birinci yarısında sahnmış və XVIII əsrin əvvəllərinədək yaşayış olmuş kiçik kəndin (kənd içərisində kəndin - binənin) xarabalıqları indi də izlənilir. Bir neçə evdən ibarət olan Ağacanlı kəndinin ayrıca qəbiristanlığı olmuşdur. Bu qəbiristanlıqda bir neçə qəbirin üstürıdə daş qoç heykəli də varmış. Həmin daş qoç heykəllərindən 2-si indi də Ağacanlı qəbiristanlığında durur. Onlardan biri də hansısa bir səbəbdən yaxınlıqdakı su arxına düşərək orada qalmaqdadır. Buradakı qəbirüsütü daş qoç heykəlləri hələ XVII əsrdə Ağacanlı kəndinin rnövcudluğunu göstərir. Acaq, XIX əsriıı ortalarında həyata gəlmiş qocalar və qarıiar (Əmir Heydər oğlu, Kəlbə Əziz Nağı oğlu, Anaxnırn Kalba Abdulla qızı və s.) Ağacanlıda yaşayış olduğunu xatırlamırdılar. Görünür burada yaşayış XIX əsrin əvvəlllərinə qədər olmuşdur.
Kolxoz dövründə Ağacanlı ərazisi yayda bağ-bağat və taxıl əkini sahələri kimi, qışda isə qışlaq kimi istifadə olunmuşdur. Ağacanlının bağ-bağat sahəsinirı bir hissəsi 2009- cu ildə tikilib istifadəyə verilmiş Biləv hidroelektrik stansiyasının su anbarı ilə artıq örtülmüşdür. Burada su anbannın şimal-qərb sahilində indi tək-tək yeni evlər tikilməkdə və yenidən məhəllə salınmaqdadır.
Ağacanlı haqqında məlumatlar yalnız XVIII-XIX əsrlərin tarixi mənbələrində rast gəlinir. XVIII əsrdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Biləv kəndi həm də «Ağacanlı» adlandırılmışdır. Buna da əsaslanaraq B.Budaqov və Q.Qeybullayev «Naxçıvan diyartnın yer yaddaşı» kitabında göstərmişlər ki, Biləv kəndi «Biləv adlı yerdə Ağacanlı adli nəslin məskunlaşması nəticəsində yaranmışdır». Əlbəttə ki, burada yanılışlığa yol verilmişdir. Belə ki, «İrəvan əyalətinin icmal dəftəri»ndən xeyli əvvəi tərtib olunmuş (1720-ci illərdə) «Naxçıvan sancağının müfəssəl dəftəri»ndə Biləv haqqında geniş məlumat olduğu halda «Ağacanlı»nın adı belə çəkil- məmişdir. XIX əsrə aid tarixi mənbədə - «Статистическое описание Нахичеванской провинции» («Naxçıvan əyalətinin statistik təsviri») məcmuəsində də «Xəlfəli» ilə bərabər «Ağacanlı»nın da adı Biləvin tərkib hissəsi kimi göstərilmişdir. Naxçıvan xanlığı dövrünə aid arxiv materiallarında da «Biləv» sözü dəfələrlə rast gəldiyi halda «Ağacanlı» sözünə təsadüf olunmur.
Bütün bunlar bir daha göstərir ki, Ağacanlı XVI əsrin ortalarına qədər Biləvdə, kənddən aralıda salınmış və XIX əsrin ortalarınadək yaşayış olmuş məhəllə və ya kənd içə- risində kənd (binə) adıdır. Bu ağalara sədaqətli, ağaları seven mənasından götürülmüş ad və yaxud Ağacan və onun törəmələrini bildirən nəsil adı ola bilər. Ancaq, XIX əsrin ortalarından bəri Biləvdə nə Ağacan adlı, nə də Ağacanlı soyadını daşıyan kimsə yaşamamışdır. Müqayisə üçün deyək ki, Xəlfəli soyadını daşıyan bir kimsəni də indii Biləvdə xatırlayarı və ya о haqda eşidən yoxdur. Amma Xəlfəlilər kütləvi surətdə kəndin qədim yaşayış sahəsinə köçdükdən sonra da vəfat etdikdə onları Xəlfəlidəki Şıxyanı qəbirstanlığında dəfn edirdilər. Bu da onların müəyyən edilməsinə imkan vermişdir.
Ağacanlının nəsil adı olması barədə, həmin nəslin banisi, nümayəndələri və törəmələri barədə nə hər hansı yazılı məlumat, nə də biləvlilərin yaddaşında qalmış şifahi məlumat yoxdur. Bizə elə gəlir ki, Ağacanlı ayrıca nəsil adı yox, Naxçıvan xanlığı dövründə Biləv mahalındakı ağalara - xanın naibinə, nümayəndələrinə qulluq edən, onlara sədaqətli olan bir və ya bir neçə adama (ailəyə) qoyulmuş ayama olmuşdur və xanlıqdan sonrakı dövrdə unudulmuş- dur. Belə ki, XVIII əsrin sonlarında və XIX əsrdə Biləvdə yaşamış nəsillər, onların baniləri, nümayəndələri biləvlilərin yaddaşlarından hələ də silinməmişdir. Hətta ayrı-ayrı nəsillərin törəmələri indi də əksər hallarda mənsub olduqları nəsillərin adları ilə tanınırlar. Həm də Ağacanlının suvarılan hissəsinin XIX əsrin 2-ci yarısından ta kolxoz dövrürıədək müxtəlif nəsillərin nümayəndələrinə (Əsgəralı nəslindən Həbiyə, Fərəcli nəslindən Cəbrayıl oğlu Əliyə, Kərimli nəslindən Kəlbə Yaquba və s.) mənsub olması hələ də yaşı 90-1 haqlamış biləvlilərin (Mirhüseyn Mir Məşkur oğlu, Əsəd Molla Kərəm oğlu, Hacı Seyfullah Kəlbə Əziz oğu, Baba Babaxan oğlu və s.) yaddaşlarından silinməmişdir. Bütün bunlar da bir daha göstərir ki, «Ağacanlı» nəsil adı yox, bir və ya bir neçə adama qoyulmuş ayama olmuşdur.
- Tarix:2015-05-27