• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Xəlfəli kənd adi - oykonimi

Biləvdəki orta məktəb sahəsini və onun ətrafını tutan bağlıq ərazi «Xəlfəli» adlanır. Orta əsrlərdə burada karvansara, XVII-XIX əsrlərdə isə eyniadlı məhəllə və ya «kənd içərisində kənd» (kiçik kənd) də olmuşdur.

Biləvdəki orta məktəb sahəsini və onun ətrafını tutan bağlıq ərazi «Xəlfəli» adlanır. Orta əsrlərdə burada karvansara, XVII-XIX əsrlərdə isə eyniadlı məhəllə və ya «kənd içərisində kənd» (kiçik kənd) də olmuşdur. Biləvin Böyük qəbiristanlığının Xəlfəlidən 1 km məsafədə yerləşməsinə baxmayaraq, onun özünün də ayrıca qəbiristanlığı olmuşdur. Burada dəfn olunan 2 şeyxin məzarları ilə birlikdə həmin qəbiristanlıq indi də durur və Şıxyanı (Şeyxyanı) qəbiristanlığı adlanır.

Bu qəbirstanlıqda da qəbirüstü daş qoç heykəlləri qoyulmuşdur. 1990-cı illərdə qəbirstanlığın keçmiş sovxoz sahəsinə bitişən aşağı hissəsində bir kiçik (yəqin ki, uşaq qəbri üstündə qoüulmuş) daş qoç heykəlinin də torpağın altından çıxdığını mən (H. aslanlı) özüm görmüşəm. Onu Rizvan Hüseyn oğlu Şıxəliyev pay torpağında təsərüfat işləri görərkən tapmışdı. Qəbirüstü daş qoç heykəlləri də Biləvdə XVII əsrdə hazırlanırmış. Buna əsaslanaraq deyə bilərik ki, Biləvdəki Xəlfəlidə ən geçi XVII əsrdə yaşayış olmuşdur. Xəlfəli adının (oykonimin) Xəlifə və yaxud Xəlfə sözləri ilə əlaqədar olaraq yaranması ehtimalı vardır.

Bir tərəfdən güman etmək olar ki, indi Babək qalası adlanan Biləvdəki möhtəşəm qalaya sığınmış xürrəmilərə qarşı vuruşmaq üçün xəlifənin göndərdiyi qoşunlar və ya xəlifənin nümayərıdəsi burada yerləşmişdir. Ona görə də bura «Xəlifəli» adlanıb. Axı, qədim qala kompleksinə aid (və ya bitişik) olan döyüş meydanından (indi də о düzənlik sahə Meydan adlanır) şərqdə «Şəhidlər qəbiristanlığı»nın - xilafət uğrunda vuruşaraq şəhid olanların məzarlarından ibarət qəbiristanlığın, qərbdə «Qalanın dibi» adlanan yerdə isə adsız qəbiristanlığm - xilafətə qarşı vuruşan «kafirlərin» məzarlarından ibarət qəbiristaniığın mövcudluğu da belə güman eiməyə əsas verir. Baxmayaraq ki, ərəb xilafəti dövrünə aid tarixi mənbələrdə Biləv ərazisindəki tarixi qala haqqında belə məlumatlar əldə edilməmişdir.

Digər bir tərəfdən güman etmək olar ki, Biləv ərazisin- dəki «Xəlfəü» məhəllə və yaxud «kənd içərisində kənd» adı keçmişdə Qarabağda yaşamış xəlfələrin, başqa sözlə desək Xəlfəii tayfasının adı ilə bağlı əmələ gəlmişdir. Bir çox faktlar da bunu təsdiq edir. Belə ki, Azərbaycanın bir çox yerlərində, о cümlədən İmişli, Sabirabad və Şuşa rayonlarında Xəlfəli kəndləri (oykonimləri), Xocalı və Şuşa rayonlarında Xəlfəli çayları (hidronimlər), Şabran və Masallı rayonlarında isə Xəifələr kəndləri (oykonimlər) vardır. Tədqiqatçıların fikrincə bütün bu sadalanan kəndlər də xəlfələr nəslinin məskunlaşması nəticəsində yaranmışdır.

Başqa və daha cəlbedici faktlar da vardır. XVIII əsr mənbələrinə («İrəvan əyalətinin icmal dəftəri», «Naxçıvan sancağının müfəssəl dəftəri») görə Naxçıvan əyalətinin Qışlağat nahiyyəsində «Xəlfəli» və «Xəlifə», Naxçıvan nahiyyəsində «Xəlifədüzən» (Hacıabad kəndinin yaxınlığında), İrəvan əyalətinin Karbi nahiyyəsində (indi Naxçıvan MR-ın Şərur rayonunda) «Xəlfəkənd» kəndləri olmuşdur. Tədqiqatçılar (B.Budaqov və Q.Qeybullayev) bu kəndlərin adlarıni Şahsevənlərin 400 alaçıqdan ibarət Sərxanlı tayfasının Xəlfəli tirəsinin adı ilə bağlayırlar.

Bizim fikrimizcə Biləv ərazisindəki Xəlfəli məhəlləsinin (və ya kəndinin) adı da Xəlfəlilər nəsli ilə bağlı olaraq yaranmışdır. Böyük ehtimalla güman etmək olar ki, XVI əsrin sonlarında və ya XVII əsrin əvvəllərində Naxçıvan diyarındakı yuxarıda adı çəkilən kəndlərdən bir neçə xəlfəli ailəsinin hər hansı bir səbəbdən gəlib (və ya köçüb) Biləv ərazisində məskunlaşması ilə Xəlfəli məhəlləsinin əsası qoyulmuşdur. Sonra bu məhəllə tədricən böyüyərək kiçik kəndə çevrilmişdir. Biləv ərazisindəki xəlfəiiyə dair məlumatların yalnız XVII-XIX əsrlərə aid mənbələrdə rast gəlməsi də dediklərimizi təsdiq edir.

Beləliklə Xəlfəli oykoniminin də eyniadlı tayfa adından götürüldüyü aydın olur.

  • Tarix:2015-05-27

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.