• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Xəbərlər

Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

Naxçıvan qədim tarixə və zəngin mədəniyyətə malikdir. Aparılan araşdırmalar nəticəsində burada tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar olunmuşdur. Xüsusilə, son illər beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyəti Naxçıvan tarixinin açılma­mış qatlarını üzə çıxarmış, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə imkan vermişdir. Kültəpə, Oğlanqala, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerləri bəşər sivilizasiyasının ilkin dövrünün yadigarlarıdır. Bu tarixi abidələr beynəlxalq ekspedisiyaların da diqqətini cəlb edir. Muxtar respublika ərazisində aparılan arxeoloji tədqiqatlarda dünyanın ayrı-ayrı elm ocaqlarından gəlmiş alim və tədqiqatçılar yaxından iştirak edirlər.
İyulun 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur rayonundakı Qız qalası qədim yaşayış yerinə gəlmiş, Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, arxeoloji ekspedisiyanın rəhbəri Vəli Baxşəliyev məlumat vermişdir ki, Qız qalası yaşayış yerinin Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyası üçün böyük əhəmiyyəti vardır. Son illər bu qədim yaşayış yerinin ətrafında aparılan araşdırmalar zamanı Boyalı qablar mədəniyyətinin Naxçıvanla bağlı olmasına aid yeni faktlar aşkar olunmuşdur. Belə faktlardan biri Qız qalası yaşayış yerində zəngin mədəni təbəqənin olması və bu təbəqədən monoxrom və polixrom boyalı qabların aşkar olunmasıdır. Artıq böyük bir sahədə Orta Tunc dövrü təbəqəsi aşkar olunmuş və həmin dövrə aid yaşayış binalarının qalıqları üzə çıxarılmışdır. Builki tədqiqatlar zamanı həndəsi ornament və heyvan rəsmləri ilə bəzədilmiş boyalı qabların aşkar olunması Naxçıvanın Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın digər regionlarına boyalı qabların məhz Naxçıvandan yayıldığını təsdiq edir. 
Qız qalası yaşayış yerində müdafiə divarının aşkar olunması da ən mühüm faktlardandır. Çünki indiyədək Cənubi Qafqazın Orta Tunc dövrünə aid yaşayış yerlərində müdafiə divarlarının qalıqlarına rast gəlinməmişdir. Bu dövrə aid yaşayış yerində qala divarlarının qalıqlarına Naxçıvanda II Kültəpə və Şahtaxtında da rast gəlinmişdir. 13 hektar sahəsi olan Qız qalası bu abidələrin üçüncüsü və ərazicə ən böyüyüdür. Daha bir mühüm yenilik isə Orta Tunc dövrünə aid kurqanlardan insan skeletinə aid qalıqların aşkar olunmasıdır. Onların tədqiqi Boyalı qablar mədəniyyətinin mənşəyinin müəyyən edilməsində mühüm rol oynayacaqdır. Kurqanların tədqiqi zamanı boyalı qablar, tunc qab, tunc nizə ucluğu, xəncər, obsidian ox ucluqları, tunc iynələr, xeyli miqdarda muncuqlar əldə edilmişdir. Tədqiqatların nəticələri göstərir ki, burada məskunlaşan insanlar Arpaçay vadisi boyunca yüksək dağlıq ərazilərə köç etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri arxeoloji ekspedisiya üzvlərini uğurlu tədqiqatlar və aşkar edilən qiymətli mənbələr münasibətilə təbrik edərək demişdir: Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar yalnız bu ərazinin deyil, ümumilikdə, bəşər sivilizasiyasının tarixinin öyrənilməsinə xidmət edir. Qədim zamanlarda insanlar ticarət əlaqələri yaratmaqla, bir yerdən digər yerə köç etməklə bugünkü dünya mədəniyyətini yaratmışlar. Bu baxımdan tədqiqatçılar dünya xalqlarının qədim mədəniyyətinin izlərini aşkar etməklə, ümumilikdə, bəşəriyyətə xidmət etmiş olurlar. 
Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarından olan alim və tədqiqatçıların Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşları ilə birlikdə arxeoloji tədqiqatlar aparmasının məmnunluq doğurduğunu bildirərək demişdir: Bir neçə ildir, muxtar respublika ərazisində bu ekspedisiya tərəfindən tədqiqatlar aparılır. Ekspedisiya üzvlərinin Naxçıvanda apardıqları arxeoloji tədqiqatlardan bəhs edən elmi məqalələri razılıq doğurur. Bu məqalələrin Amerika mətbuatında dərc olunması isə Azərbaycanın bir hissəsi olan Naxçıvanın dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. 
Ali Məclisin Sədri demişdir: Naxçıvan tarixi abidələrlə zəngin bir diyardır. Son illər yeni abidələrin aşkarlanması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Lakin Naxçıvanın qədim mədəniyyətinin aşkar olunması arxeoloqların üzərinə düşən vəzifədir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşları qısa müddət ərzində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetiriblər. Qız qalası yaşayış yerində aparılan qazıntılar və əldə olunan nəticələr tarixi nailiyyətdir. Qız qalası yaşayış yerindəki tapıntılar o dövr insanlarının mədəniyyəti haqqında ətraflı məlumat verir. Eyni zamanda bütün bunlar o dövrə aid yazılı mənbələri xeyli zənginləşdirəcəkdir. 
Amerika Birləşmiş Ştatlarının Emori Universitetinin professoru Hilary Gopnik ekspedisiya üzvlərinin fəaliyyəti üçün yaratdığı şəraitə və göstərdiyi diqqətə görə alim və tədqiqatçılar adından Ali Məclisin Sədrinə minnətdarlıq edərək demişdir: Naxçıvan ərazisində müxtəlif tarixi dövrlərə aid zəngin mədəniyyət formalaşmışdır. Burada tarixi-mədəni irsə diqqətlə yanaşılır, onlar qorunur. Aparılan arxeoloji tədqiqatlar yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə imkan verir. Arxeoloqların elmi tədqiqatlar üçün Naxçıvanı seçməsinin əsas səbəbi də məhz bu amillərdir.
Sonra Ali Məclisin Sədri beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri ilə xatirə şəkli çəkdirmiş və onlara hədiyyələr təqdim etmişdir.

* * *

Həmin gün Ali Məclisin Sədri Şərur rayonundakı Ovçular təpəsi tarixi abidəsində də olmuşdur.
Məlumat verilmişdir ki, Eneolit və Erkən Tunc dövrünə aid olan bu abidənin sahəsi 10 hektara yaxındır. Qazıntılar zamanı Eneolit və Erkən Tunc dövrünə aid dairəvi və dördkünc formalı evlər, müxtəlif maddi-mədəniyyət nümunələrinin qalıqları və təsərrüfat-məişət kompleksi aşkar olunmuşdur. Yaşayış evlərinin tikintisində daşdan və çiy kərpicdən istifadə edilmişdir. Burada Eneolit dövrünə aid keramika nümunələrinə də rast gəlinir. Çaxmaq daşı, dən daşları, həvəngdəstələr, tuncdan və sümükdən hazırlanmış əmək alətləri Ovçular təpəsi yaşayış yerində insanların 500-300 min il bundan əvvəl məskunlaşdığını təsdiq edir. Bütün bunlar da bir daha göstərir ki, Arpaçay vadisindəki Ovçular təpəsi yaşayış yeri Kür-Araz mədəniyyətinə aid ən qədim abidədir. 
Muxtar respublika ərazisindəki qədim yaşayış yerlərində arxeoloji tədqiqatların və konservasiya işlərinin davam etdirilməsinin vacibliyini vurğulayan Ali Məclisin Sədri bu işlərə gənc tədqiqatçıların cəlb olunmasının əhəmiyyətini qeyd etmiş, Qız qalası və Ovçular təpəsi yaşayış yerləri haqqında elmi məqalə və kitabların yazılması, o cümlədən aşkarlanan eksponatların sənədləşdirilərək nümayiş etdirilməsi barədə tapşırıqlar vermişdir.

www.nakhchivan.az

  • Tarix:2015-07-31

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.