Eldarlıq
Biləvliləri səciyyələndirən xüsusiyyətlərdən biri də onların eldarlığıdır. «Eldar» sözü indi əksər yerlərdə öz əvvəlki mənasını itirərək arxaikləşmişdir və yalnız kişi (oğlan) adı kimi istifadə olunur.
Biləvliləri səciyyələndirən xüsusiyyətlərdən biri də onların eldarlığıdır. «Eldar» sözü indi əksər yerlərdə öz əvvəlki mənasını itirərək arxaikləşmişdir və yalnız kişi (oğlan) adı kimi istifadə olunur. Biləvdə isə «eldar» sözü özünün ilkirı mənasını hələ də itirməmişdir. Xəzinə idarə edənə «xəzinədar», anbar müdirinə «anbardar», mal, heyvan saxlayıb becərənə «maldar», «heyvandar», hesablama ilə məşğul olana «hesabdar», ev işləri ilə məşğul olanlara «evdar» deyildiyi kimi, əvvəllər ellik işlərlə məşğul olana, ei işlərində (ümumi işlərdə) iştirak edənə, fəallıq göstərənə, eli yola verənə və s. «eldar» deyərmişlər. El dedikdə Biləvdə kənd camaatı, icma nəzərdə tutulmuşdur. Biləvdə «eldar» sözü indi də bu mənada işlənir. Tez-tez eşitmək olar ki, «... filankəs eldar adamdır», «filankəs eldardır», «eldarlığı hər adam bacarmaz» və s. Burada «elat» sözü, «Elti» dağ adı da «el» sözündən yaranmışdır.
El işi, ellik iş dedikdə isə bütün kənd camaatının istifadəsi üçün məscid, məktəb və s. tikilməsi, yol çəkilməsi, körpü salınması, pəyə, agıl, arxac, küfül təmiri, su arxlarının çıxarılması (qazıiıb, kürənməklə dərinləşdirilməsi), kəndə içməli su kəmərinin çəkilməsi, ehtiyac olan yerlərdə arxlara nov salınması və s. nəzərdə tutulur. Başqa sözlə el işi dedikdə kənd və ya kənd əhalisi üçün lazım olan və pulsuz, muzdsuz yerinə yetirilən iş nəzərdə tutulur. Tək-tək istisnalar nəzərə alınmazsa bu vaxta qədər Biləvdə yuxarıda adları sadalanan və onlara bənzər işlərə nə dövlət və ya yerli hakimiyyət tərəfindən, nə də hər hansı bir təşkilat və ya sponsor tərəfindən maliyyə vəsaiti, pul verilməmişdir.
Та orta əsrlərdən bəri Biləvdə qala, körpü, məscid və s. tikilməsi elliklə həyata keçirilmişdir. 1920-ci illərin əvvəllərində ermənilər tərəfindən yandırılıb uçurulmuş bütün evlər və başqa təsərrüfat binalarının qısa müddətdə yenidən tikilib bərpa olunması biləvlilərin elliklə çalışması və bir-birinə qarşılıqlı yardım etməsi sayəsində mümkün olmuşdur. 1920- ci illərin ortalarında tikilmiş kənd soveti idarəsi və kiub, 1930- cu illərdə tikilmiş kənd mağazası, 1950-ci illərdə sökülərək öz yerində 2-ci dəfə daha münasib formada tikilmiş klub, kitabxana, mağaza, kənd soveti idarəsi biləvlilər tərəfindən muzdsuz, iməciliklə tikilib başa çatdırılmışdır.
Hətta SSRİ-nin nisbətən yaxşı vaxtı, 1960-cı illərin əvvəllərində dövlətdən maliyyə vəsaiti ayrılmadan biləvlilər tərəfindən orta məktəb binası tikilib istifadəyə verilmişdir.
1960-cı illərin əvvələrində Biləvdə orta məktəb hələ də yaradılmamışdı. Artıq 8 illik məktəbin orta məktəbə çevrilməsi çox vacib idi. Buna mane olan əsas səbəblərdən biri isə, orta məktəb üçün sinif otaqlarının çatışmaması idi. Odur ki, məktəbə əlavə hissə, əlavə sinif otaqları tikmək lazım idi. Aidiyyəti olan təşkilatlarla razılaşdıqdan sonra bu işə Biləv məktəbinin müəllim kollektivi və texniki işçiləri özləri başladılar. Onların bu fədakarhğına yuxarı sinif şagirdləri, kənd camaatı da qoşuldu, kolxoz da köməklik etdi. Təşkilatçılıq işini isə məktəbin direktoru Mirhüseyn Mirməşkur oğlu öz boynuna götürmüşdü. Məktəbin tikintisi üçün lazım olan tirlik, qətləlik, pərdilik ağac materialı kolxoz bağlarındakı qələmə (ağcaqayın, tozağacı, qovaq) və tut ağaclarından kəsilirdi. Tikinti materiallarını daşımaq üçün parağaçay mədənindən avtomaşınlar verilirdi. Kənd camaatı, xüsusilə də cavan kişilər, yuxarı siniflərdə oxuyan yeniyetmə oğlanlar və məktəb kollektivi lazım olan fiziki işləri könüllü olaraq və təmənnasız yerinə yetirirdilər. Beləliklə dövlət vəsaiti ayrılmadan, direktor Mirhüseyn Mir Məşkur oğlunun təşəbbüsü, təşkilatçılığı və əzmkarlığı, məktəb kollektivinin fədakarlığı, Biləv kolxozu və Parağaçay mədən müəssisəsinin köməkliyi sayəsində, kənd camaatının əməyi və yerli tikinti materialları hesabına 1964- cü ildə Biləv məktəbinə kifayət qədər sinif otaqiarı tikilib əlavə olundu. Bununla da Biləvdə orta məktəb yaradıldı.
1980-cı illərdə isə uzun müddət baxımsızlıq ucündan uçub dağılmış qədim məscid binası biləvliiər tərəfindərı yenidən tikilərək dindarların ibadətgahına çevrilmişdir. Bu işlərdə biləvliiər nəinki haqq almadan, pulsuz işləmişlər, üstəlik mal, material üçün lazım olan külli miqdarda maliyyə vəsaitini də özləri toplayıb ödəmişlər. Xeyli miqdarda əmək, tikinti materialı və vəsait hesabına başa gələn bu xeyirxah tədbirdə təşəbbüs, təşkilatçılıq, təchizat, icraya və vəsaitə nəzarət işlərirıi, əsasən, Mirhüseyn Mir Məşkur oğlu, Məmməd Kərbəlayı Musarza oğlu, Rza Məmmədrza oğlu, Məşədi Ramazan Zeynal oğlu, Əli Məhərrəm oğlu, Kərbəlayı Həmzə Məmmədrza oğlu və Hacı Mir Möhsün ağa yerinə yetirmişlər. О zaman Parağaçay dağ-mədən idarəsində direktor işləyən Əli Əbil oğlu Fətəliyev tikintinin ağac-taxta materialla təmin oiunmasına böyük köməklik göstərmişdir. Başqa biləvlilər də fiziki və maddi imkanları daxilində heç nə əsirgəmədən fədakarlıqla çalışmışlar.
Kolxoz dövründə də taxıl biçini, ot biçini, üzüm bağlarının bellənməsi, dəyirmana novsalınması, qoyun qırxını, küfüllərin və pəyələrin təmiri ellik iş sayılaraq, əsasən, iməciliklə yerinə yetirilirdi.
Biləvdə eldarlıq dedikdə həm də ellə - kənd adamları ilə həmrəy olmaq, əlbir iş görmək, onlarla xoş rəftar etmək, onlara qaynayıb qarışmaq, həmkəndlilərin xeyir və şər işlərində fəal iştirak etmək, onlara qayğı göstərmək, yaxşı münasibət bəsləmək, onların işlərinə yaramaq, orıları yola vermək nəzərdə tutulur. Kənddə eldarlıq sözü daha çox bu mənalarda işlədilir. Та XX əsrin axırlarınadək biləvlilər heç bir işdə pulla fəhlə tutmazdılar. Tək və ya az (2-3) adamla yerinə yetirilməsi mümkün olmayan işlərqarşılıqlı, kömək və iməcilik yolu ilə görülərdi. Biləvlilər lazım olduqda biri-birlərindən ərklə kömək istərdilər və biri-birlərinə həvəslə köməkiik göstərərdilər. Müəyyən edilmiş qaydalara uyğun oiaraq pay bölgüsündə razılaşardılar və birlikdə əkib becərərdilər, mal- davar saxlardılar, tərəvəz və bostan becərərdilər, dəhnə salardılar, bənd düzəldərdilər.
Kolxoz dövründə təbii fəlakətlər rıəiicəsində tez-tez kolxozun mal-davarında tələfat olardı. Bunun əvəzində biləvlilər özlərinin mal-davarını kolxoza verərək çalışardılar ki, heyvandarlıq fermasının müdirini həbs etməsinlər.
Biləvlilər bir-birlərini ələ verməzdilər, üzünə durmazdılar. 1970-ci illərdə belə bir hadisə olmuşdu. О vaxtlar bir çox adamlar çöllərdə, dağlarda gəvən yağı yığırdılar, tədarükata verirdilər. Bu əziyyətli iş olsa da gəlirli sahə sayılırdı. Biləv- li Fətəliyev Əbil də gəvən yağı qəbul edib pulunu ödəyirdi və sonra onu dövlətə təhvil verirdi. Ordubadda gəvən yağı saxlanılan anbarı yarıb 1 tona yaxın gəvən yağı aparmışdılar. Bu işi araşdıranlar da oğrunu tapmaq əvəzinə tədarükatçıların saxtakarlıq edərək artıq yazma versiyası üzərində dayanmışdılar. Odur ki, Əbilin və Dizəli Hidayətin kağızlarını yoxladılar, Sən demə onlar da gəvən yağını çoxlu adamlardan, о cümlədən uzaq kəndlərdən gəlib Biləv kəvşənində bu işlə məşğul olanlardarı alıb, sonra onların adlarını, soyadlarını və s. düzüb qoşa bilmədikləri üçün yaxşı tanıdıqları həmkəndlilərinin adlarını yazıblarmış. Belə biləvlilərdən biri də Kərim Kərimov idi.Kərimdən izahat alındıqda о da Əbilin yazdığını təsdiqlədi. Onun üzünə durmayacaqdı ki... Ancaq Kərim məhkəmədə bunu sübut edə bilmədi. Dolaşıq sözlər dedi. Məhkəmə sədri ona dedi ki, sən gəl bu ifadərıi dəyiş, onsuz da sənin bu ifadən Əbilin işinə heç bir təsir etmir və etməyəcək, heç olmazsa sənin özünü yalan ifadə verməkdə təqsirkar bilməyək. Kərim isə «mən kəndlimin üzünə dura bilmərəm, sonra onun üzünə necə baxa bilərəm?» deyib ilkin ifadəsini dəyişmədi ki, dəyişmədi. Hətta Əbil də ona bu ifadəni dəyişməyi məsiəhət gördü, Kərim isə inadından dönmədi. Nəticədə Əbil həbs oiunaraq 6 il azadlıqdan məhrum edildi, üstəlik Kərimə də yalan ifadə verdiyi üçün 3 il həbs kəsdiiər. Kərim 3 il həbsdə qaldıqdan sonra azadlığa çıxanda da ifadəsini dəyişmədiyinə peşman deyildi və «mən Əbilin üzünə dura bilməzdim» deyə ifadəsirıi dəyişmədiyinə haqq qazandırırdı. Buna bənzər hadisələr yenə olmuşdur.
1930-cu illərin axırlarında Biləvdə və ətraf kəndlərdə bir çoxları kolxoz quruluşunun əleyhinə mübarizə aparırdılar. Onlardan, əlindən xəta çıxmış Üstüpüiü Hüseyn, Düylünlü Tağı və başqaları dəstə yaradaraq qaçaqlıq edirdilər. Üstüpülü Hüseyn biləvli Salman oğlu Tağı kişinin ögey qardaşı idi. Qaçaqlar Biləv ərazisində, kəndin ətrafında çox hərlənirdilər. Tağı kişi də Ortayol bağ sahəsində çalışırdı və hərdən axşamlar ora gələn qaçaqlara yemək verirdi. Hökümət adamları da qaçaqları Biləvdə axtarırdılar. Tağı kişidən şübhələnirdilər ki, qaçaqları о gizlədir. Onu güdürdülər. Ancaq əllərində faktik sübut yox idi. Odur ki, kasıb adamlara ərzaq verib, onlardan yalançı şahid kimi istifadə etmək istəyiblər. Evində heç bir dirriyi olmayan Kəlbə Məcnuna deyiblər ki, «sənə 2 pud buğda veririk, deyərsən ki, mən gördüm, Tağı kişi qaçaqlara yemək verdi.» bu təklifi eşidəndə gözü işıqlanan Kəlbə Məcnun «evdə yeməyə heç nə yoxdur, buğdanı bu başdan verin» deyə taxılı alıb yeyir. Məhkəmədə Kəlbə Məcnundan soruşurar ki, «sən Tağının qaçaqlara yemək verdiyini görmüsənmi?» Kəlbə Məcnun da «onu görənin ...» dalınca da elə bir çoxmərtəbəli söyüş söymüşdür ki, hamını çaş - baş saimışdır. Hakimin «bəs deyirlər axı sən görmüsən?» sualına Kəlbə Məcnun «onu deyənin...» və dalınca daha qəliz bir söyüş işlətmişdir. Bununla da məhkəmə iclası pozulmuşdur və Tağı kişini azad etmişdilər. Sonralar Kəlbə Məcnun deyərmiş ki, «yoxsa mən nəinki Tağı kişinin, heç elin üzünə çıxa bilməzdim.» göründüyü kimi, burada düzlüklə, səmimiliklə bərabər, eldarlıq da müəyyən rol oynamışdır.
- Tarix:2015-05-26