Biləv tayfası
Biləvdə ən qədim və ən böyük tayfa elə «Biləv» tayfasıdır.
Biləvdə ən qədim və ən böyük tayfa elə «Biləv» tayfasıdır. Bu tayfa buradakı yaşayış məskəninin əsasını qoyaraq kənd salmışdır ki, bu kənd də burada məskunlaşan elə həmin tayfanın adı ilə də «Biləv» adlanmışdır. Biləv tayfası uzun müddət (6-8 əsr) burada yaşayan yeganə tayfa olmuşdur. Sonralar zaman-zaman burada başqa tayfalar məskurılaşsalar da əhalinin əsas hissəsi - 2/3 - dən çoxu yenə də «Biləv» tayfasına məxsus olmuşdur. İndinin özündə də burada çoxsaylı tayfalar və yeni nəsillər yaşasalar da kəndin əhalisinin yarısına qədərini «Biləv» tayfasından törənmiş sonrakı tayfalar və nəsillər təşkil edirlər.
Biləv tayfası kəndin ən qədim yaşayış sahəsində məskunlaşaraq burada minüliklər boyu yaşamışdır. Bu tayfanın indiki davamçılan da ta son əsrlərə qədər, əsasən, kəndin ən qədim məhəllələri olan Kəndiçi, Keçəçi, Keçidərəsi, Qayaaltı, Yuxarı və Aşağı məhəllələrində yaşamışlar.
Orta əsrlərdə də BiSəv tayfası kəndin ictimai və təsərrüfat həyatında apancı rol oynamışdır. Biləvin əsas meydanı olan Kəndici meydanının və о dövrdə kəndin yeganə məscidi olan Böyük məscidin Biləv tafasının rnəskunlaşdığı qədim kərıdin mərkəzi hissəsində yerləşməsi və Böyük qəbistanlığın da bu mərkəzi hissənin yaxınlığında salınması dediklərimizə əyani sübutdur. Bunu, başlıca olaraq Biləv tayfasından olanların dəfn olunduğu qədirrı Böyük qəbiristanlıqdakı qəbirüstü abidələrdən də görmək olar. О zaman kəndin böyük tayfaiarından olan Abdallar Ağacanli, Əmirkəndi və Ottay qəbiristanlıqlarında, Xəlfəlilər isə Şıxyanı qəbiristanlıqlarında dəfn olunmuşlar. Bununla belə Biləvdə olan təxminən 50-yə qədər qəbirüstü daş qoç heykəlinin 20-dən çoxu və nisbətən əzəmətliləri Böyük qəbiristanlıqda və 10-dan artığı, Böyük məscidin divarlarında aşkar edilmişdir. Eləcə də Biləvdə müəyyən edilmiş və orta əsrlərə aid edilən bir neçə üstü yazılı qəbirüstü lövhə və sənduqənin də hamısı Böyük qəbiristanlıqda tapılmışdır. Müqayisə üçün deyək ki, Abdal, Şamlı, Xəlfəli və Gödəkli tayfalarından olanların uyuduğu Ağacanlı, Əmirkəndi, Otay, Şıxyanı və Pərdəşöyün (Nalbənd) qəbirstanlıqlarında isə cəmi 15-ə qədər qəbirüstü daş qoç heykəlləri qoyulmuşdur. Bütün bu qəbirüstü abidələr də yəqin ki, Biləvli tayfalarından olanların sifarişi ilə Biləvli heykəltaraşlar-Abid və başqaları tərəfindən hazırlanmışlar. Tarixi oçerkdə qeyd etdiyimiz kimi, bu qəbiüstü abidələr başlıca olaraq XVI-XVII əsrlərdə hazrlanmışdır. Nəzərə alsaq ki, ağır zəhmət və məsrəf hesabına başa gələn daş qoç heykəli heç də hər qəbir üçün hazırlanmırdı və yalnız tək-tək imkanlı və nüfuzlu adamların qəbirləri üçün hazırlanırdı, onda о zaman Biləv tayfasının başqa tayfalara nisbətən kənddə daha imkanlı və daha nüfuzlu olduğu qənaətinə gəlirik. Qədim Kəndiçi meydanından və XVIII əsrin başlanğıcında tikilmiş Böyük məsciddən başqa, XVIII əsrin axrlarında tikilmiş 2-ci və nisbətən kiçik məscidin də Biləv tayfasının ilkin məskunlaşdığı və əsrlərlə yaşadığı məhəllələrin aralığında yerləşməsi də göstərir ki, sonrakı yüzilliklərdə də Biləv tayfası kəndin öndə gedən və aparıcı tayfası olmuşdur.
«Naxçıvan çancağının müfəssəl dəftəri»ndə 18-ci yüzilliyin əvvəllərində (1726-cı ildə) Biləvdə yaşayan 29 ailədəki 68 kişinin adları və atalarının adları sadalanmışdır. Həmin adlara və ata adlarına uyğun olmaqla (adətən baba adlarının nəvələrə və bəzən nəticələrə qoyulması ilə adların təkrarlanması) onlardan 18 ailənin sonrakı davamçılarını böyük ehtimalla müəyyən etmək mümkündür. Bu ailələrdən də 12-sinin sonrakı davamçıları Biləv tayfasından törəyən indiki tayfalar və nəsillərdir. Güman edirik ki,
- Məmmədli tayfası Mirzə və oğlu Məmməd ailəsinin,
- Kəndxuda Həsən nəsli Məmməd və oğlu Əli ailəsinin,
- İmanlı(İmanuşağı) tayfası İman və oğulları Qasım və Məlik ailəsinin,
- İbanuşağı (İbrahimovlar) nəsli Ibrahim və oğlu Həsən ailəsinin,
- Vəliuşağı (Vəliyevlər) nəsli Əhməd və oğulları İsaxan və Vəli ailəsinin,
- Sonralar köçüb Behrudda məskunlaşan və indi də orada yaşayarı - Rəfili (Rəfiyevlər) nəsli Hüseyn, oğlu Rəfi və rıəvəsi Qasım ailəsinin, Kərimli (Kərimovlar) nəsli Saleh və oğulları Mömin və Kərim ailəsinin,
- Sevdimalı (Sevdimalıyevlər) nəsli Məmməd və oğlu Əhməd ailəsinin,
- Hacılı (Hacıyevlər) nəsli Hacı və oğlu Haşım ailəsinin,
- Eminuşağı nəsli Zaman və oğlu Emin ailəsinin,
- Bayramlı nəsli Bayram və oğlu Məmməd ailəsinin indiki davamçılarıdır.
Yuxarıda adları çəkilən Məmmədli və İmanuşağı tayfaları da nəsillərə ayrılırlar. Məmmədli tayfasından 5 nəsil - Alquluuşağı (Alquluyevlər), Cəbiuşağı (Cəbiyevlər), Şıxəliuşağı (Şıxəliyevlər), Mirzəuşağı (Mirzəyevlər, Rzayevlər, Aslanovlar, Aslanlılar)və Zeynaluşağı (Zeynalovlar)nəsilləri ayrıiır. İmanuşağı tayfasından da 4 nəsil - Xudayaruşağı (Həsənovlar), Ağayaruşağı (Ağayarovlar), Ağarzauşağı (Rzayevlər) və Fətəliuşağı (Fətəliyevlər) nəsilləri ayrılırlar.
Adları sadalanan tayfa və nəsillərdən başqa da çoxsaylı nəsillər vardır ki, onlar da Biləv tayfasından törəmiş sonrakı nəsillərdir. Bunlar Bayramlı, Eminuşağı, Əliuşağı (Əliyevlər), Əhmədli (Əhmədovlar), Ələsgərli (Əsgərovlar), Əsgəralı, Fərəcli (Fərəcovlar), Fərzəliuşağı (Fərzəliyevlər), Hacılı (Hacıyevlər), İbanuşağı (İbrahimovlar), İsmayıllı (İsmayılovlar), Keçəçilər, Kalba Şahmərdan, Kəndxuda Həsən (Həsənovlar və Məmmədovlar), Kərimli (Kərimovlar), Qurbətuşağı, (Qürbətovlar, Hümbətovlar) Məmmədli (Məmmədovlar), Mərdanlı (Mərdanovlar), Məşədi Alcəfər, Məşədi Oruc, Mirzə törəmələri, Muxtaruşağı (Muxtarovlar), Müslüm Pəhləvan törəmələri, Nağızadə (Nağıyevlər), Rəfili (Rəfiyevlər), Sevdimalı (Sevdimalıyevlər) Səfərtörəmələri və Vəliuşağı (Vəliyevlər) nəsilləridir.
Beləliklə Biləv tayfasının sonrakı törəmələri 37 nəslə ayrılır. Bunlardan 5 nəsil Məmmədli tayfasında, 4 nəsil isə İmanlı tayfasında birləşirlər. Qalan 28 nəslin tayfa və tayfadaxili qohumluq əlaqələri artıq yaddaşlardan silinmişdir və bərpa olunması da rnümkün deyildir. Bu nəsillərin əsass başlıca olaraq 19-cu yüzilliyin 1-ci yarısında, tək-tək hallarda həmin əsrin əvvəllərində, nadir hallarda isə 18-ci yüzilliyin sonlarında qoyulmuşdur.
Biləv tayfasından törənmiş sonrakı nəsillər də XIX-XX əsrlərdə kənddə imkan və nüfuz sahibləri olaraq, birtərəfdən də sayca çoxluq təşkil edərək həlledici rol oynamışiar. Belə ki, о dövrdə Biləvin kəndxudalarının əksəriyyəti (6-sından 4-ü - Hacı Xudayar, Kəndxuda Həsən, Kəlbə Məhəmmədəli və Almurad Kalba Rza oğlu) Məkkə ziyarətinə gedən 6 hacıdan 4-ü (Hacı Heydər, Hacı Xudayar, Hacı Baxşəli və Hacı Həsən), Kərbəlaya və Məşhədə ziyarətə getmiş kərbəlayıların və məşhədilərin yarıdan çoxu, kəndin ən varlı adamları (Maşa Nabatalı, Hacı Xudayar, Maşa Musa, Əsgər kişi, Kəlbə Məhəmmədəli, Ələsgər oğlu Məhəmmədəli və s.), haqqında rəvayətlər danışılan və adı əfsanələşmiş Müslüm Pəhləvan, Biləvin ilk kənd soveti sədri, Naxçıvan MSSR MİK üzvü, Biləvə hələ 1920-ci illərdə avtomobil yolu çəkdirmiş Həbi Cəfərov, Qrdubadda raykom katibi, Naxçıvan Vilayəti partiya komitəsinin katibi, Azərbaycan kommunal təsərrüfatı naziri işləmiş Hüseyrı İbrahimov, Biləvin ilk nisbətəıı savadlı, dünyagörüşlü, maarifpərvər adamları - Molla Kərəm, Qulu kişi, İslam kişi, Məşə Təhməz və s., ilk biləvli al'mlər- Həmid Aslanlı, Hacı YavərŞıxəliyev, Nazim Həsənov, Cəfər Vəliyev, Cavanşir Zeynalov, Həsən Həsənov və b., ilk mühəndislər - Əli Fətəliyev, Asif Məmmədov, Zakir İbrahimov, Rüstəm Məmmədov və b., ilk biləvli general Mürsəl Vəliyev, ilk biləvli hərbi təyyarəçi Elnur Məmmədov, biləvli müəllimlərin, həkimlərin, kənd təsərrüfatı mütəxəssislərinin, yüksək çinli zabitlərin, iş adamlarının və s. və i.a. təxminən yarısı Biləv tayfasından törəmiş sonrakı nəsillərin nümayəndələridir.
Naxçıvan heykəltaraşlıq məktəbinin layiqli davamçıların- dan biri, XVII əsr daş qoç heykəllərini yaradan heykəltəraş Abid və orta əsrlərdə Biləv ərazisində qalalar, körpülər, məscidlər tikmiş, qəbirüstü abidələr yapmış naməlum memarlar, heykəltəraşlar və ustalar da Biləv tayfasının nümayəndələri olmuşlar. Bir çox zərif xovlu xalça toxuyanlar, о cmlədən XIX-XX əsrlərdə yaşamış İmmi Kalba Rza qızı və Anaxanım Kalba Abdulla qızı da Biləv tayfasının sonrakı törəmələrindən olan Məmmədli tayfasından çıxmışlar.
- Tarix:2015-05-26