• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Dindarlıq

Burada məscidlər və XVIII-XIX əsrlərdə ruhani elmləri öyrədən mədrəsə fəaliyyət göstərmişdir. Biləvdə ruhanilik ta qədimlərdən mövcud olmuşdur. Adı şeyx sözündən götürülmüş Şıxyanı qəbiristanlığında 2 şeyxin qəbirlərinin olması və onların ziyarətgahlara ç

Biləvdəki XVI-XVII əsrlərə aid qəbirüstü abidəiərdə yazılanlardan (Hüseyn, Əli, Övliyaqulu, Zeynal, Bağır, Abid, Səfərəli və s.),1726-cı ildə tərtib edilmiş «Naxçıvan Sancağının müfəssəi dəftəri»ndə qeyd olunmuş 68 biləvli kişinin adından (Allahqulu, Mustafa, Məhəmməd, Əli, Əhməd, Həsən, Vəli, İmam, Mövlaverdi, Xəlil, Qasim, Mömin və s.)və başqa tarixi və çağdaş mənbələrdən aydın görünür ki, biləvlilər ta orta əsrlərdən bəri qatı dindar müsəlman şiə olmuşlar. Burada məscidlər və XVIII-XIX əsrlərdə ruhani elmləri öyrədən mədrəsə fəaliyyət göstərmişdir. Biləvdə ruhanilik ta qədimlərdən mövcud olmuşdur. Adı şeyx sözündən götürülmüş Şıxyanı qəbiristanlığında 2 şeyxin qəbirlərinin olması və onların ziyarətgahlara çevrilməsi buna sübutdur. Ancaq təəs- süf ki, о şeyxlər haqqında geniş məlumat bizim zamanımıza qədər gəlib çatmamışdır. Ancaq həmin şeyxlərin Bitəvin XVII- XVIII əsrlərdə fəaliyyət göstərmiş ruhaniləri olması şəksizdir.

Yuxarda dediyimiz kimi, biləvlilər tarixən həmişə qatı dindar müsəlman, şiə olaraq İslam dininə etiqad etmişlər. О ənənə indi də davam edir. Biləvlilər bu gün də qatı dindar müsəlman, şiə olaraq islam dininə etiqad bəsləyirlər. İslam dininin və şəriətin qayda-qanunlarına ciddi əməl edirlər. Alla- ha dua etmək, namaz qılmaq, oruc tutmaq, nəzir, zəkat, fitrə vermək, islamın müqəddəs - Məkkə, Mədinə, Nəcəf, Kərbəla, Məşhəd və s. şəhərlərini ziyarət etmək və s. ibadətlər yerinə yetirirlər. Qurban, ramazan və məhərrəm aylarında müxtəlif dini ayinlər icra edirlər. Hər hansı bir iş yerinə ye- tirəndə, hər bir məsələdə halallıq olmasını istəyirlər. Şəriət qaydalarına düzgün əməl olunmasını istəyirlər.

Biləvlilər qatı dindar müsəlman olsalar da, əvvəllər - XX əsrin sonlarına qədər onlardan nadir hallarda Məkkəyə Həcc ziyarətinə gedənlər olmuşdur. Yalnız 19-cu yüzillikdə Məkkəyə Həcc ziyarətinə gedən 5 biləvli Hacının adları yaddaşlarda qalmışdır. Bu da imkansızlıqla və keçmiş dövrlərin şəraiti ilə bağlı idi. Ancaq Qurban bayramı Biləvdə həmişə keçirilmişdir. Biləvlilər hər il bu bayramda öküz, dana, öyəc, erkək, qoç və s. kəsərək qurbanlıq ət yemişlər və onu paylamışlar. Bu bayramda daha kasıbları, xəstələri, tənha qocaları, yetim uşaqları yaddan çıxarmazdılar. Onlara qurban əti pay göndərərdilər. Camaat, xüsusilə yaşlı adamlar Qurban bayramı münasibətilə biri-birlərini təbrik edərdi. Gözaydınlığı verərdi, «Qurban bayramın mübarək olsun» deyərdi. Bayram 2-3 gün davam edərdi. Son illərdə Qurban bayramı Biləvdə daha yaxşı keçiriiir. Hər il biləvlilər televiziya vasitəsilə Həcc ziyarətini, onun ayrı-ayrı mərasimlərini və ayinlərini gündətik izləyirlər. Hər il bir neçə biləvli zəvvar həcc ziyarətinə gedir. Qayıdıb gələndə biləvlilərin bir çoxu onları təbrik edirlər, onların görüşünə gedirlər. Müxtəlif bişintiləriə, çərəzləriə zəngin oian süfrələr açılır, hacılar öz təəssüratlarını danışırlar.

Biləvdə Ramazan ayına orucluq ayı, Ramazan bayramına isə Oruc bayramı deyiriər. Qadınların və kişilərin böyük əksəriyyəti oruc tutar. Oruc tutanlar həm də rnütləq namaz qılarlar. Orucluq ayında pis əməl etməkdən, pis iş görməkdən, spirtli içküər qəbul etməkdən daha çox çəkinəriər. Oruc tutmayanlar da oruc tutanların yanında qida qəbul etməzlər, siqaret çəkməzlər. Satış məntəqələrində spirtli içkilərin satışı dayandırılar. Toy etməzlər, başqa xeyir işləri də təxirə salalrar. Biləvin əhalisinin bir-birinə qarşı münasibətində istiləşmə baş verər. Bu ay müddətində adətən axşamlar məsciddə və ya evlərdə təkyələr olar, mərsiyələr oxunar, dini mouzələr söylənər. Oruc tutanların bir çoxu iftardan sonra bu təkyələrə gələr, oxunan mərsiyələrə, mouzələrə qulaq asarlar. Əhya gecələri ruhanilər, ağsaqqallar, yaşlı adamlar xeyli, bəzən ta səhərə qədər oyaq qalariar. Oruc bayramı günü oruc tutanlar bir-birlərini təbrik edərlər, «oruc bayramın mübarək olsun», «oruc-namazın qəbul olunsun», «Allah ibadətini qəbul eyləsin» söyləyərlər. Oruc tutmayan gənclər, cavanlar və hətta yerıiyetmələr də oruc tutanları bayram günündə təbrik edər, onlara «bayramın mübarək olsun» deyəriər. Bayram günü yaxşı yeməklər bişirərlər, şən əhvai-ruhiyyədə olarlar, bir-birlərinə qonaq gedərlər.

Son illərdə Biləvdə orucluq və oruc bayramı daha yaxşı keçirilir. Dini qaydalara və ayinlərə ciddi əməi olunur. Yaşlı əhaiinin başlıca hissəsi oruc tutur və başqa ibadətlər edir.

Biləvlilərdə dünyanın başqa şiə müsəlmanları kimi hicri- qəməri təqvimi ilə hər ilin məhərrəm ayı İmam Hüseynə və onun əhli-əyalına yas saxlayarlar. Məhərrəm ayının 1-ci günü İmam Hüseynin yaxın aclamları ilə birlikdə Kərbəlada Yəzidin qoşunları tərəfindən mühasirəyə aiınmasının və 9 gün mühasirədə qaldıqdan sonra rnəhərrəmin 10-cu (aşura) günü şəhadətə yetirilməsinin ildönümü Biləvdə hər dəfə hüznlə, matəmlə qarşılanar və bu, imamın şəhidliyindən 40 gün keçənədək davam edər.

Əvvəlki dövrlərdə yüziilikiər müddətində məhərrəmin ilk günündən başlayaraq axşamlar kənd camaatı Böyük rnəscidə və ona bitişik Kəndiçi meydanına toplaşardı. Məsciddə mollalar və başqa ruhanilər (XIX-XX əsrlərdə Mir Həsən Divanə, Hacı Abdulla, Mir Məşkur ağa, Molla Məhəmməd, Molla Yusif, Molla Kərəm, Molla Gülmalı, Kəlbə Əziz, Molla Əbdüləli, Molla Murtuz və s.) Kərbəlada İmam Hüseynin və onun əhli-əyalırıın çəkdiyi müsibətlərdən söhbət açardılar, yanıqlı səslə sinəzənlər, növhələr, mərsiyələr oxuyardılar. Ürəyi yumşaq olan möminlər, xüsusilə də qadınlarağlaşardılar, sinələrinə, dizlərinə döyərdilər. Kəndiçi meydanında kişilər, gənc və yeniyetmə oğlanlar şaxsey gedərdilər. Biləvdə zəncir vurmaq adət olmamışdır. Ancaq qızğın şaxsey gedərdilər, sinələrinə, dizlərinə şapalaqla vurardılar. XX əsrin 1-ci yarısında və ortalarında şaxsey gedən dəstənin başında həmişə Hüseynqulu kişi durardı.

Şaxsey gedənlər qarşı-qarşıya dayanan 2 sıraya düzülərdilər. Asta və yanakı addımlarla meydanda dövrə vuraraq, dizlərinə, sinələrinə döyə-döyə qışqırardılar. Bir dəstə «şaxsey» qışqıranda о biri dəstə «vaxsey» qışqırardı. Birinci dəstə «Həsən» deyəndə ikincisi «Hüseyn» deyərdi, «Əli» deyəndə, «Heydər», «məzlum» deyəndə «bikəs» deyə və s. cavab eşidilərdi. Beləliklə «şaxsey-vaxsey», «Həsən- Hüseyn», «Əli-Əkbər», «məzlum-bikəs» və s. sədaiars dəfələrlə təkrar-təkrar eşidilərdi və kəndi bürüyərdi. Kişilər də sinələrini, dizlərini şapalaqlayaraq qıpqırrmzı qızardardılar.

Bütün bunlar məhərrəmin 10-cu - aşura günü yaxınlaşdıqca daha da qızışardı, genişiənərdi, kütləvi şəkil alardı.

Aşura günü səhər tezdən bütün Biləv camaatı Böyük məscidə və Kəndiçi meydanına toplaşardı. Behruddan və Gilançay kəndindən də bura çox adam gələrdi mərsiyələr deyilərdi, sinəzənlər, novhələr oxunardı. Ruhanilər Aşura günündə İmam Hüseynin, Əli Əkbərin, Həzrət Abbasın və s. rəşadətli şəhidliyindən, Əli Əsgərin, Səkinənin, Zeynəbin, İmam Zeynal Abidinin müsibətlərindən mouzə edərək camaatı ağladardılar. Kəndiçi meydanında şövqlə şaxsey gedərdilər. Şaxsey gedənlər böyük dəstəiərdən ibarət olardı. Baxmayaraq ki, kəndiçi meydanı əvvəllər indikindən də çox böyük olub, bəzən şaxsey gedənlər heç о meydana da sığmazdılar. Şaxsey gedən dəstələr əvvəlki axşamlardan fərqli olaraq, Aşura günü ən çox «Heydər-Səftər» və:

«Necə qan ağlamasın daş bu gün, daş bu gün?

Kəsilib Kərbəlada yetmiş iki baş bu gün, baş bu gün!» deyərdilər.

Hər il Aşura günü Biləvdə şəbih düzəldərdilər. Şəbih Kərbəla hadisələrinin teatrlaşdırılmış səhnələr şəklində göstərilməsinə deyiriər. Şəbih göstərəniər içərisində ruhanilər, о cümlədən mollalar fəai iştirak edərdilər. Molia Kərəm, Mir Həsən ağa, Kəibə Əziz, Molla Əbdüləli, Molla Murtuz, Hidayət Alı oğlu və başqaları ayrı-ayrı vaxtlarda müxtəiif roilarda çıxış ediblər. Bu şəbihlərdə ən çox cənabi Qasimin şəhidlikqabağı toyu, Hürrün peşmarı olub gəlib İmam Hüseynə yalvarması, Səkinənin əsir aparılması, Əli Əsgərin boğazından oxlanması, həzrət Abbasın qolunun qələm olması (qılıncla vurulub kəsilməsi), İmam Hüseynin at üstündə düşmənə qarşı həmləsi və s. səhnələr göstərilərdi.

Aşura günü günortaya yaxın meydan daha da qızışardı. Şaxsey gedən dəstələrə «ağ köynəklər» dəstəsi qoşuiardı. Bu dəstədə olanlar ağ köynək geyrniş və bir azdarı sonra başları yanlacaq adamlardan ibarət olardı. Ağ köynək və ya yuxansı cırılaraq boğaza salınmış ağ parçadan ibarət xalat geyərdilər ki, qan töküləndə qaian paltarlarını bulamasın. Bu dəstədə yaşlı kişilər, cavanlar, yeniyetmələr və hətta 8-12 yaşlı oğlan uşaqları da olardı. Bu uşaqlann «ağköynək» olmalarını adətən valideynləri nəzir edərmişlər və onlann başlannın ortasım ülgüclə başqa kişilər çərtərdilər (1948-ci ildə 8 yaşı olanda bu kitabın həmmüəllifi H.Aslanlını da beiə «ağköynək» edərək başının ortasını ülgüclə çərtmişdilər.). XX əsrin əvvəHərindən ortalarınadək «ağköynəklər» dəstəsinin başında yenə də Hüseynqulu kişi durardı. O, hər il aşurada başını şövqə yarardı. Dərin yara əmələ gəlməsin deyə, baş yarılası anda Hüseynqulunun və onun kimi qızışanların xəncərlərinin qabağına çubuğ uzadardılar. Günorta olanıda bir neçədəfə «Heydər...», «Heydər...» deyərək qızışıb başlarını yarardıiar. Ondan sonra meydan və eləcə də məscid yavaş- yavaş boşalardı. Aşuranın axşamı yenə camaat məscidə toplaşardı və orada təziyə saxlardılar.

Aşuradan sonrakı 40 gün müddətində də biləvlilər İmam Hüseynə vəonun əhli-əyalına yassaxiayardılar, Bu rnüddətdə imam ehsaniarı verərdilər, evlərdə təziyələr saxlardılar. Məscidə toplaşıb rnərsiyələr, məclislər keçirərdiiər. Elçiliyə getməzdiiər, nişan qoymazdılar, toy etrrıəzdilər. Hətta təzə şey alrrıaqdan, təzə paltar geyinməkdən, səfərə çıxmaqdan da çəkinərdilər. Heç cür şənlik, şadyanalsq etməzdilər. Bu müddətdə günah qazanmaqdan daha çox qorxardıiar, çəkinərdilər.

Məhərrəmiik, aşura mərasimlərini indi də Biiəvdə keçririər. indi lüzumsuz şaxsey getmək, baş yarmaq halları xeyii dərəcədə azalsa da və ya tamamiylə aradan götürülsə də, imamın yasını saxlamaq, imam ehsanları vermək, evlərdə təziyəiər saxlamaq, sinəzənlər, mərsiyələr oxumaq, dini mouzələr etmək halları daha da çoxalmışdır. İndi məhərrəmlik dövründə Biləvdə ruhanilər - Hacı Mir Möhsün ağa.Məşədi Əsəd Əsədov, Kərbəiayı Həmzə, Hacı Mirzə, Vilayət Muxtarov və başqaları kənd camaati ilə birlikdə fəaiiyyətdə olan 2»ci məscidə tez-tez toplaşaraq dini söhbətSər, mouzələr edirlər, təkyələr saxlayırlar, dini ayinlər yerinə yetirirlər, ibadətlə məşğu! olurlar. İmkarıı olan biləvlilər məhərrəmliyin əvvələrində Kərbəlaya İmam Hüseynin və onunla birlikdə şəhid oimuş müqəddəsiərin məzarlarını ziyarət etməyə gedərdiiər. XIX əsrin 2-ci yarısında və XX əsrin əvvələrində Kərbəla ziyarətinə getmiş 50-yə qədər büəvli kərbəlayının adları hələ də yaddaşlarda qalmışdır. Müstəqillik dövrünün ilk illərində də onlarla biləvli Kərbəlaya zəyirətə getmişdir. İraqda sabitlik pozulduqdan sonra biləvlilərin ora getməsi səngimişdir.

Biləvdə dəfn və ehsan mərasimlərində də islam dininin tələblərinə və şəriət qaydalarına tam əməl olunması gözlənilir. Kimsə vəfat etdikdə bunu eşidən kənd camaatı onun evinə, həyətinə toplaşar. Hər kəs onun ailəsinin, yaxın qohumlarının dərdinə, kədərinə şərik olmağa çalışar, vəfat edənin dəfni üçün əlindən gəiən köməyi əsirgəməz. Kənddə ayrıca camadar - meyityuyan olmaz. Meyiti yumağı mərhumun ailəsindən, qohumlarındarı, qonşularından, dost-tanışlarından biri könüiiü olaraq öz öhdəsinə götürər. Cavan kişilər özləri könüllü olaraq gedib qəbir qazarlar. Meyit yumağa, qəbir qazmağa qətiyyən pul almazlar. Kişilər tabutu çiyinlərində, bir-birlərini dəyişə-dəyişə qəbiristanhğa apararlar. Şəriət qaydalarına tam əməl olunmaqla mərhumu dəfn edərlər. Dəfn etmək və yas saxiamaq mərasimlərinin ayrı-ayrı rnərhələsində qadınlar və bəzərı kişilər də ağılar, bayatılar deyərək ağlaşarlar. Biləvdə peşəkar ağıcılar və ağı demək üçün (ediləmək üçün) onların dəfrı mərasimlərinə dəvət oiunması ənənəsi olmamışdır. Adətən mərhumun ailə üzvləri, qohumları, qonşuları, dost-tanışları və yaxırı adamlan ağı, bayatı deyərlər. Ancaq bunu kim istəsə о da edə bilər. Heç bir qadağa yoxdur.

Dindarlıq biləvlilərin gündəlik həyatmda da əsas rol oynayır. Dindar biləvlilər hər gün namaz qılıb Allaha dua etməkdən və ramazan ayı oruc tutmaqdan başqa, gündəlik həyatda da müsəlmanlıqlarını bir an belə unutmazlar.

Böyük Allah həmişə onların ürəklərində və şüurlarındadır. Onlar Allahı, peyğəmbərləri, 12 imamı, Quranı, məscidi və çörəyi ən müqəddəs sayırlar. Biləvlilər Aüahdan qorxaraq haqsızlıq etməkdən, haram yeməkdən, günah iş tutmaqdan və s. pis əməllərdən çəkinərlər. Onlarırı dillərində «la ila hə illallah», «bismillahir rəhman ir rəhim», «Allahu əkbər», «iənət şeytana», «Allah rəhmət eyləsin», «maşallah», «inşallah», «şükür Allaha», «Allah bilən məsləhətdir» və s. ifadələr həmişə və ən çox işlənən sözlərdir. Biləvlilər bütün işlərdə, xüsusilə də, mal, əmlak, miras məsələlərində şəriət qaydalarına tam əməl edəriər. Çalışarlar ki, alverdə, muzdla iş gördükdə, nəyisə icarəyə verdikdə, şərikli iş yerinə yetirdikdə, kirnsə bir iş gördükdə, ailədə, qohumlar arasında, qonşuluqda və s. hər şey razıhqla, haialhqla olsun. SSRİ dövründə biləvlilərin torpaqlarını əüərindən alıb kolxoz sahəsi etdikdən sonra hər ailəyə bir qədər dirrik torpağı vermişdiiər. Biləvliiər həmin dirrik torpağının əvvəlki, əsil sahiblərini razi salaraq onlardan halailıq almışdılar. Yadımdadır 1954- cü iidə və sonrakı iilərdə ev tikən biləvlilər tir üçün pulunu koixoza ödəyərək kəsdikləri ağaclarm olduğu yerlərin də əvvəiki, əsl sahiblərindən halallıq alırdılar. Məmmədhəsən ağanın nəvəsi Gilançay kəndində yaşayan Saday söhbət edirdi ki, «babamın Xanlıq məhəlləsində olan yerindən bir hissə sonralar Murtuz Qasım oğluna dirrik torpağı verilmişdi. Orada da bir cəviz ağacı var. Bir dəfə Murtuz dayı о ağacdan bir xeyli cəviz yığıb Gilançaya bizə gətirmişdi ki, halallıq alsın. Biz də halal eylədik». Piri Aslanov vaxtilə Nəsirov Yusifin olmuş, kolxoz dövrü isə ona verilmiş öz dirrik yerində tikdiyi evin halallıği üçün oranın əvvəlki sahibinin oğlu Salman müəllimə yanında quzusu olan bir qoyun vermişdi. Xudaqulu Alquluyev də əvvələr Qasım oğlu Murtuzun olmuş yerində tikdiyi evin halallğı üçün ona bir qoyun vermişdi. Belə haliar nə qədər desən olmuşdur.

Biləvlilər özgənin, xüsusilə də yetimin və seyidin malına toxunmazlar. Mirhüseyn Mirməşkər oğlu söhbət edirdi ki, «bizim Ağalıq bağından yuxarıda Yenicədə bağ sahəmiz var idi. Yolla keçənlər bizim ağacdan tökülən cəvizləri yığaraq bağımıza tullayırdılar ki, itib-batmasın, özümüz yığaq».

  • Tarix:2015-05-26

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.