Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
Biləvdə «Şarnlı» adı ilə tanınan və 4 nəsildən ibarət olan bir tayfa yaşayır. Güman edirik ki, burada «Biləv» və «Abdal» tayfalanndan sonra məskunlaşan «Şamlı» ailələri olmuşdur.
Biləvdə «Şarnlı» adı ilə tanınan və 4 nəsildən ibarət olan bir tayfa yaşayır. Güman edirik ki, burada «Biləv» və «Abdal» tayfalanndan sonra məskunlaşan «Şamlı» ailələri olmuşdur.Əvvəlki fəsildə yazdığımız kimi tarixi mənbələrə görə «Şamlı» Teymurləngin 1402-ci ildə türk sultanı İldırım Bəyazid üzərindəki qələbəsindən sonra о zaman Şam adlanan Suriyadan (Suriya və onun paytaxtı Dərnəşq şəhəri qədim dövrlərdə və orta əsrlərdə Şam adlanmışdır) əsir apardığı səlcuq-oğuz mənşəii Bəydili tayfasına mənsub olan ailələrə verilmiş addır. Həmin əsir ailələri Teymuriəng Səfəvilərin ulu babası Şeyx Əliyə bağışlamışdır. О da onları Azərbaycanın cənub əraziiərində yerləşdirmişdir. Sonralar Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində Şamlılar fədakarlıqla iştirak etmişlər. Səfəvi şahları da bu tayfaya Azərbaycanda ərazilər bağışlamışlar. Orta əsrlərdə müxtəlif istiqamətlərdə uzanan karvan yollarının qovuşağında yerləşən Biləv kəndində də bir neçə şamlı ailəsinin məskunlaşması bu yolla baş vermişdir. Şamlıların Biləvdə məskunlaşması XV-XVI əsrlərdə baş vermişdir. Sonra Şamlı ailələr başqa ailələrlə qohurn olmuş, çoxalmış, və tədricən Biləv və Abdal tayfalarına qoşularaq kəndin daimi sakinləri olmuşlar.
Şamlılar da, əsasən, Biləvin nisbətən sonrakı məhəllələrində yerləşmişlər. İndi Biləvdə yaşayan Heydərli (Heydərovlar və Ağakişiyevlər), Məhərrəmli (Məhərrəmovlar və Əliyevlər), Muxtarlı (Muxtarovlar) və Nəsirli (Nəsirovlar və Rəsulovlar) nəsilləri həmirı Şamlı ailələrinin sonrakı törəmələrinə aid edilirlər.
4.1.4. Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
Biləvdə kəndin əsas yaşayış sahəsindən 0,6-0,7 km aralıda «Xəlfəli adlı yaşayış yerinin mövcudluğu və burada XVII- XIX əsrlərdə yaşayış olması göstərir ki, Xəlfəlilər də burada sonralar məskunlaşmışlar. Cəmi 1 km-ə qədər uzaqlıqda qə- dim Biləvin Böyük qəbiristanlığı olduğu halda, Xəlifəlilər özləri üçün daha yaxınlıqda ayrıca qəbiristanlıq salmışlar. Burada 2 şeyxin qəbri olduğu üçün sonralar həmin qəbiristanlıq Şıx- yanı (Şeyxyanı) adlanmışdır.
«Xəlfəli» oykoniminin araşdırılması göstərir ki, «Xəlfəli» adı keçmişdə Qarabağda yaşamış Xəlfələrin, başqa sözlə Xəlfəli tayfasırıın adı ilə bağlıdır. Güman edilir ki, təxminən XVII əsrin axırlarında - XVIII əsrin əvvəllərində о zamarıkı Naxçıvan əyalətinin Qışlağat nahiyəsindəki «Xəlfəli» və «Xəlifə», Naxçıvan nahiyəsindəki «Xəlifədüzən», İrəvan əyalətinin Karbi nahiyəsindəki (İndi Naxçıvan MR-in Şərur rayonunda) «Xəlifkənd » kəndlərindən bir neçə Xəlfəli ailəsinin hər hansı bir səbəbdən gəlib (və ya köçüb) Biləv ərazisindəki karvansarada və ya onun yaxınlığında məskunlaşması ilə burada Xəlfəli yaşayış yerinin əsası qoyulmuşdur. Sonra Xəlfəlilər getdikcə çoxalmış və bu məhəllə tədricən böyüyərək kiçik kəndə çevrilmişdir, Biiəv ərazisindəki Xəlfəliyə dair məlumatların yalnız XVIII-XIX əsrlərə aid mənbələrdə rast gəlməsi də dediklərirnizi təsdiq edir.
XIX əsrin 2-ci yarısında Biləvdə və ətraf kəndlərdə sabitlik və sakitlik pozulduğundan kəndin ərazisindəki başqa kiçik kəndlərdə (kənd içində kəndlərdə) olduğu kimi, Xəlfəlidə də yaşayış dözülməz olmuşdur və onun əhalisi tədricən köçüb Biləvin əsas yaşayış sahəsində məskunlaşmışdır. Xəlfəlilər, əsasən, Biləvin sonradan salınmış məhəllələrində - Çuxur məhəllədə, Aşağı məhəllədə və onların aralığındakı boş sahələrdə kompakt yeriəşmişlər. Yalnız XX əsrin əvvəllərində Kəngərii ağalar nəsli Biiəvdən çıxıb gedərək Gilançay qışlağında kənd salıb daimi məskunlaşdıqdan sonra Xəlfəlilərin birqismi Xanlıq məhəlləsində yerləşmişlər. Ancaq onlar bundan sonra yenə də öz ölüiərini, əsasən, Şıxyanı qəbiristanlığında dəfn edirrrıişlər. Bu ənənə Xəlfəlilərdə indi də davam edir. Biləvin adları yuxarıda sadalanan məhəllələrində yaşayan indiki Abbaslı (Abbasovlar), Əlili (Əliyevlər), Əsgərii (Əsgərovlar), Həsənuşağı (Həsənovlar), Hüseynli (Hüseynovlar), Murtuzlu (Murtuzovlar və Qasımovlar) və Usubalıuşağı (Hüseynovlar) nəsillərini Xəlifəlilərin sonrakı törəmələrinə aid etmək olar.
- Tarix:2015-05-26