• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Xəbərlər

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlmişdir. Bu dövrdən etibarən ölkəmizdə iqtisadi və sosial həyatın bütün sahələrində kompleks tədbirlər görülmüş, Azərbaycanın gələcək müstəqilliyinin əsası qoyulmuşdur. Bu yüksəliş və tərəqqi səhiyyə sisteminin də inkişafına səbəb olmuşdur. Ulu öndərin rəhbərliyi ilə həmin dövrdə ölkəmizin bütün şəhər, rayon və kəndlərində yeni xəstəxanalar istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunmasına xidmət edən ardıcıl tədbirlər görülmüşdür. Dahi şəxsiyyətin müəllifi olduğu səhiyyə islahatları bu gün də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir, müasir avadanlıqlarla təmin olunmuş tibb müəssisələri tikilərək əhalinin istifadəsinə verilir.

İyulun 14-də, ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 46-cı ildönümündə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirin­də iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması xidmətin səviyyəsini xeyli yaxşılaşdırmışdır. İxtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması isə vətəndaşların sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. Təkcə 2014-cü ildə və 2015-ci ilin 6 ayı ərzində muxtar respublikada, ümumilikdə, 18 səhiyyə müəssisəsi tikilmiş, 3 müəssisə yenidən qurulmuşdur. Yoluxucu Xəstəliklər Mərkəzi üçün yeni tikilmiş bina da həyata keçirilən səhiyyə quruculuğu tədbirlərinin davamıdır. Niyazi Novruzov səhiyyə sisteminin müasirləşdirilməsi və əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublikanın səhiyyə işçiləri adından min­nətdarlıq etmişdir.
Həkim-reanimatoloq Xeyrənsə Babayeva demişdir ki, Yoluxucu Xəstəliklər Mərkəzi əvvəllər lazımi tibbi avadanlıqlarla təchiz olunmayan köhnə binada, eləcə də şəhərin mərkəzində yerləşirdi. Bu da əhaliyə göstərilən tibbi xidmətin və aparılan profilaktik tədbirlərin səviyyəsini aşağı salırdı. Mərkəzin yeni binası ekoloji cəhətdən sağlam ərazidə tikilmiş və lazımi tibbi avadanlıqlarla təchiz edilmişdir. Burada yaradılan şərait kollektivin səmərəli fəaliyyət göstərməsinə, səhiyyə xidmətinin nümunəvi təşkilinə, insanların sağlamlığının etibarlı şəkildə qorunmasına imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada vacib sahələrdən biri olan Yoluxucu Xəstəliklər Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafın tərkibində əhalinin sağlamlığının qorunması mühüm yer tutur. Ölkəmizin hər bir bölgəsində diaqnostika-müalicə mərkəzləri, xəstəxanalar tikilərək istifadəyə verilmiş, tibb müəssisələri müasir səhiyyə avadanlıqları ilə təmin edilmiş, həkimlərin peşə hazırlığı diqqət mərkəzində saxlanılmışdır. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da səhiyyənin inkişafına xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada səhiyyə sistemi əsaslı şəkildə yenidən qurulmuşdur. Ötən dövrdə şəhər, rayon və kəndlərdə 200-dən artıq səhiyyə müəssisəsinin tikilib istifadəyə verilməsi, onların lazımi tibbi avadanlıqlarla və ixtisaslı kadrlarla təmin olunması muxtar respublika səhiyyəsinin tamamilə müasirləşdirilməsinə səbəb olmuşdur. 
Ali Məclisin Sədri demişdir: Səhiyyə sistemində quruculuq tədbirlərinin həyata keçirilməsi, müasir iş şəraitinin yaradılması işin bir tərəfidir. İşin əsas tərəfi isə yaradılmış tibb müəssisələrinin təyinatı üzrə fəaliyyətini təmin etməkdən ibarətdir. Səhiyyə müəssisələrinin kollektivləri insanların xəstələnib onlara müraciət etməsini gözləməməlidirlər. Onlar xəstəliklərin vaxtında qarşısının alınması üçün tədbirlər görməli, əhali arasında olmalı, maarifləndirmə işinə üstünlük verməlidirlər. Bu gün istifadəyə verilən Yoluxucu Xəstəliklər Mərkəzinin də əsas təyinatı əhalini bu xəstə­liklərə yoluxduqdan sonra müalicə etmək deyil, onların bu xəstəliklərə yoluxmamaları üçün vaxtında maarifləndirmə və profilaktiki tədbirlərin aparılmasından ibarət olmalıdır. Muxtar respublikada bu işlərin görülməsi üçün geniş imkanlar vardır. Həkimlər tele­viziya və qəzet vasitəsilə çıxışlar etməli, müvafiq təşkilatlarda maarifləndirici söhbətlər aparmalıdırlar. Mərkəzdə fəaliyyət göstərən yoluxucu xəstəliklər, QİÇS-lə mübarizə və dəri-zöhrəvi xəstəlikləri şöbələri üzrə hər hansı bir xəstəlik aşkarlandığı zaman həmin xəstələr dərhal qeydiyyata alınaraq müalicəyə cəlb olunmalı, aid nazirliklər xəstəliyin aşkarlandığı ərazini və həmin xəstəni ciddi nəzarətdə saxlamalıdırlar. 
Ali Məclisin Sədri demişdir: Sosial-iqtisadi inkişafın əhatə dairəsinin genişləndirilməsi, səhiyyədə yenidənqurmanın ardıcıl xarakter alması ona görə mümkün olur ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin yolu uğurla davam etdirilir. Ölkəmizdə iqtisadi inkişaf və sabitlik vardır. Ən əsası isə Azərbaycan 1969-cu il 14 iyul tarixindən ulu öndərimizin siyasi yolu ilə gedərək bugünkü inkişafa qovuşub. 14 iyul hər bir Azərbaycan vətəndaşının həyatında unudulmaz tarixi gündür. Ona görə ki, bu tarix Azərbaycanın yenidən dünyaya gəlməsi, özünəqayıdış tarixidir. Azərbaycanın inkişafının və gələcək uğurlu yolunun əsasının qoyulduğu gündür. Belə bir əlamətdar gündə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binasının istifadəyə verilməsi də ulu öndərin yoluna səda­qətin və bu yolun uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur.
Ali Məclisin Sədri kollektivi və muxtar respublika əhalisini ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin ildönümü münasibətilə təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir. 
Məlumat verilmişdir ki, mərkəzin yeni binası 4 mərtəbədən ibarətdir. Binada müa­sir iş və sinif otaqları, laboratoriyalar, pala­talar və ayrı-ayrı kabinələr olmaqla, 154 otaq vardır. Mərkəzdə yoluxucu xəstəliklər, QİÇS-lə mübarizə və dəri-zöhrəvi xəstəlikləri şöbələri fəaliyyət göstərəcəkdir. Binanın əlavə girişlərinin olması xəstələrin şöbələr üzrə qəbuluna imkan verəcəkdir.
Binada tibbin ən son yenilikləri tətbiq olunmuş, müasir avadanlıqlar quraşdırılmışdır. Mərkəz mobil rentgen qurğusu, avtoklav, quru hava sterilizatorları, bakteriosid lampalar, deionizə su qurğusu ilə təchiz edilmişdir. Reanimasiya üçün süni tənəffüs, EKQ aparatları, funksional çarpayılar, defibrillyator, pulsoksimetr, oksigen konsentratoru, fizioterapiya üçün isə fototerapiya, D′Arsonval, ultrasəs və ultrayüksək tezlikli elektroterapiya cihazları və digər avadanlıqlar qoyulmuşdur.
Mərkəzdə fəaliyyət göstərən laboratoriyalar da müasir tibbi tələblər nəzərə alınmaqla qurulmuşdur. Burada hemotoloji, immunoferment, biokimya, PZR analizatorları, spektro­fotometr, qlükometr, luminisent və bino­kulyar mikroskoplar, sentrifuqa, termostat, su distillə sistemi və digər avadanlıqlar vardır. Bu da analizlərin dəqiq aparılmasına, müayinə və müalicə üçün düzgün diaqnoz qoyulmasına imkan verəcəkdir.
Ali və orta ixtisas məktəblərinin tibb ixtisası tələbələrinin dərs keçməsi üçün nəzərdə tutulan sinif otaqları proyektorlarla təmin edilmişdir. Həmçinin binada xəstələrin və tibbi heyətin rahatlığı da nəzərə alınmış, elektron çağırış sistemi yaradılmışdır.
Bina mərkəzi qaz və kompüter şəbəkəsi, istilik və su sistemləri ilə təchiz olunmuş, lift quraşdırılmışdır. 
Bina ilə tanışlıqdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri demişdir ki, 1926-cı ildə əsası qoyulan Yoluxucu Xəstə­liklər Mərkəzi uzun müddət uyğunlaşdırılmış binalarda fəaliyyət göstərmişdir. Lakin bu gün Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binasında kollektiv üçün lazımi iş şəraiti yaradılmışdır. Eyni zamanda binanın yerləşdiyi ərazi və malik olduğu tibbi avadanlıqlar xəstələrin müalicəsinin hərtərəfli təşkilinə imkan verəcəkdir. Bu sahədə çalışan həkim və tibb işçiləri də səhiyyə maarifi işini və profilaktika tədbirlərini gücləndirməlidirlər. 
Ali Məclisin Sədri demişdir: Mərkəzdə yaradılan şərait, istifadəyə verilən sinif otaqları bu sahə üzrə tibbi kadrların hazırlanmasına da şərait yaradıb. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində təhsil alan tələbələr mərkəzdə dərslər və təcrübi məşğələlər keçməli, ixtisaslı kadrlar kimi hazırlanmalıdırlar. 
Mərkəzin həkimi Sevil İbrahimova yaradılan şəraitə görə kollektiv adından min­nətdarlıq etmişdir. 
Müasir görkəmi ilə seçilən binanın həyətində də geniş abadlıq işləri görülmüşdür. Burada çirkab suların təmizlənməsi və tibbi tullantıların yandırılması üçün xüsusi qurğular qurulmuşdur.

www.nakhchivan.az

  • Tarix:2015-07-31

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.