Seyid nəsiiləri
Biləvdə 2 seyid nəsli yaşayır. Mir Həsən Divanə nəsli və Minban nəsli.
Biləvdə 2 seyid nəsli yaşayır. Mir Həsən Divanə nəsli və Minban nəsli.
Güman edirik ki, XIX əsrə qədər Biləvdə seyid yaşamamışdır. Burada ilk məskunlaşan seyid Mir Həsən Divanə Ordubadi olmuşdur. Təbrizdə ruhani təhsilini tamamlayan gənc Mir Həsən Ordubadi XIX əsrin ortalarında Biləvə köçmüş və burda ruhanilik etmişdir. О Biləvdə yaşadığı vaxtlarda Qönçə adlı bir qızla evlənmiş, bu qızdan onun Mir Şəkur, Mir Məşkur və Mir Daməd adlı üç oğlu və Pərvər adlı bir qızı olmuşdur. Zaqatalanın tanınmış maarif işçilərindən olan mərhum Hüseyn Baqi və Sumqayıtda, Füzulidə qəzet redaktoru olmuş, şairlik etmiş mərhum Nemət Mir Həsən Ordubadinin nəvələri və Pərvər xanımın oğullarıdır.
Mir Həsən Ordubadi Biləvdə axundluq etmiş və Böyük məscidin zimistanında ruhani elmlərindən dərs demişdir. Biləv və Behrud kəndlərinin tanınmış ruhanilərinin bir çoxu - Mir Məşkur ağa, Molla Kərəm, Molla Gülmalı, Molla Məhəmməd, Kəlbə Əziz və s. öz dini təhsillərini Mir Həsən Ordubadidən almışlar.
Mir Həsən Ordubadi «Divanə» təxəllüsü ilə çoxlu dini şeirlər yazmışdır. Ona görə də o, ədəbi aləmdə Mir Həsən Divanə Ordubadi kimi tanınır.
Mir Həsən Ordubadinin oğlu Mir Məşkur ağa XIX əsrin 70-ci illərində Biləvdə anadan olmuşdur. İlk dini təhsilini Biləvdə, Böyük məscidin zimistanindakı ruhani məktəbində atasından almış Mir Məşkur ağa sonralar ruhani təhsilini Nəcəfdə davam etdirmişdir. Nəcəfdən qayıtdıqdan sonra o, Biləvdə həm mollalıq, axundluq etmiş, həm də burdakı dini məktəbdə ruhani elmlərindən dərs demişdir. Onun behrudlu Molla Məhəmmədlə, kırnalı Şeyx Hüseynlə, ordubadlı ruhanilərlə sıx əlaqəsi olmuşdur.
Tanınmış seyid ailəsindən olan, yarımali ruhani təhsilli axund, möhkəm etiqadlı mömin Mir Məşkur ağa Biləvdə və ətraf kəndlərdə böyük nüfuz sahibi olmuşdur. Hamı onun yanına məsləhətə gələrmiş. Böyük məscidin minbərində hikmətli mouzələr söylərmiş. Əbdüləli Cəbiyev, Murtuz Murtuzov, Həsən Alməmmədov (Behrudlu) kimi mollalar və başqaları Mir Məşkur ağadan ruhanilik dərsi almışlar, şəriyət qaydaların öyrənmişlər. Mir Məşkur ağa 1934-cü ildə vəfat etmişdir. Onun dəfnində təkcə biləvlilər deyil, həm də qonşu kənd və uzaq yerlərdən çoxlu adamlar iştirak etmişlər. Onun qəbri Biləvdəki Böyük qəbiristanlıqdadır.
1900-1980-ci illərdə yaşamış Mir Həsən ağa atası Mir Məşkur ağadan sonra Biləvdə ən hörmətli və ən nüfuzlu dindarlardan olmuşdur. О, рак, təmiz, xeyirxah, ibadətçil mömin, həlimxasiyyətli birseyid idi. Cavan yaşlarında kolxozda, sonralar isə öz təsərrüfat işlərində çalışardı. Mir Həsən ağanı orta yaşlarından başlayaraq, kəndin bir rıömrəli ağsaqqah hesab etmişlər. O, ətraf kəndlərdə, Ordubad və Culfa şəhərlərində də tanınan və hörmət edilən, sayılıb-seçilən seyid olaraq böyük nüfuz sahibi idi. Ona Naxçıvan MR-in hər yerindən nəzir göndərirdilər, gətirirdilər, verirdilər. Mir Məşkur və oğlu Mir Həsən ağaların ocağı bütün Naxçıvan diyarında tanınmış və sınanmış seyid ocağı sayılırdı. Onun qüdrətinə çox inanırdılar.
Mir Məşkur ağanın 2-ci oğlu, 1924-cü ildə anadan olmuş Mir Hüseyn ağa Biləvdə ilk orta ixtisas təhsilli (1940-cı il), sonralar Naxçıvan Müəllimlər İnstitutunu ilk bitirən (1949-cu il) və daha sonra ilk ali pedaqoji təhsilli (1959-cu il) müəllimlərdən biri olmuşdur. 1940-cı ildə Biləv məktəbində müəllimlik fəaliyyətinə başlayan Mir Hüseyn Mir Məşkur oğlunu çox keçmədən müharibəyə apanrlar. Müharibədən qayıtdıqdan sorıra о yenə də Biləv məktəbində pedaqoji fəaliyyətə başlayır və bunu ta 1987-ci ilə qədər davam etdirir. 1955-1973- cü illərdə həmin məktəbdə direktor vəzifəsində çalışan Mir Hüseyn müəllim Biləv məktəbinin yeni tikili əlavə olunmaqla böyüdülməsində, onun yenidən orta məktəbə çevrilməsində və respublika səviyyəsində tanınan qabaqcıl, nümunəvi mək- təb səviyyəsinə qaldırılmasında, onun məzunlarının əksəriyyətinin ali məktəbiərə daxil ola bilməsində fədakarlıqla çalışmış və vəzifə öhdəliyindən əlavə, həm də başlıca təşəbbüskar, ilhamverici və istiqamətləndirici qüvvə rolu oynamışdır. Mir Hüseyn Mir Məşkur oğlu həm də bir ziyalı, maarifpərvər, vətənpərvər ağsaqqal kimi Biləvin ictimai-mədəni həyatında fəal iştirak etmişdir.
1987-ci ildən pensiyaya çıxmış Mir Hüseyn ağa hal- hazırda Bakıda yaşayır. Mir Məşkur ağanın 3-cü oğlu Mir Möhsün ağa 1928-ci ildə anadan olmuşdur. О da Biləvin pedaqoji ixtisaslı ilk müəllimlərindən, ilk ziyalılarından biri olmuş, Biləvdə məktəb müəllimi və kənd soveti sədri işləmişdir. Pensiyaya çıxdıqdan sonra isə ruhaniliklə məşğuldur. Müstəqillik dövründə Məkkəyə Həcc ziyarətinə gedən ilk bi- ləvli olan Hacı Mir Möhsün ağa bir necə ildən sonra 2-ci dəfə Həcc ziyarətinə getmişdir. O, ömrünün yaşlı vaxtlarında heç bir növ muzd, əməkhaqqı almaqdan imtina etməklə Biləvdə, ətraf kəndlərdə və yeri gələndə Bakıda yas mərasimləri aparır, hüzürləri idarə edir. Hacı Mir Möhsün ağa xoş xasiyyəti, gözəl rəftarı və elə təmənnasız xidməti ilə böyük hörmət və nüfuz qazanmışdır.
Mir Məşkur ağanın qızları, Biləvin hörmətli ağbirçəkiəri İmmihanı xanım Həsənova və Qonça xanım Səfərova Kərbəla ziyarətinə, Leyla xanım Əhmədova isə Məkkə ziyarətinə gedərək Kərbəlayıxanımlar və Hacıxanım olmuşlar. On- ların övladları da kənddə sayılıb - seçilən və hörmətli ailələr yaratmışlar.
Biləvdə başqa bir seyid ocağı da vardır. Bu, Mir İban ağa və onun övladlarıdır. 1946-cı ildə kolxozdakı «polutorka» yük avtomobilini sürmək üçün Biləvə gələn Mir İban (Mir İbrahim) buranı bəyənmiş və bu kənddə daimi məskunlaşmışdır. Sonralar o, Parağaçay mədənində işləmişdir və ömrünü Bi- ləvdə başa vurmuşdur. Onun oğulları Mir Əli, Mir Vəli, Mir Yusif, Mir Mehdi, Mir Yaqub və qızıları Fatma və Şükufə xanımlar Biləvdə böyüyüb başa çatmış və ailə sahibi olmuşlar. Mir İbanın övladları və nəvələri Biləvdə və qismən Bakıda yaşayırlar. Bu Seyid ocağı da biləvlilər tərəfindən sevilən və hörmət edilən nəsillərdən biridir.
Biləvli seyid nəsillərinin indiki nümayəndələri əsasən kənddə, Bakı və Naxçıvan şəhərlərində yaşayırlar.
Onların arasında ruhanilər, müəllimlər, həkimlər, mühəndislər, yüksək çinli zabitlər, iş adamları və s. çoxdur.
- Tarix:2015-05-26