Gödəkli tayfa (nəsil) adı - etnonimi
«Gödəkli» Biləvdə tanınmış tayfalardan birinin adıdır. Bu adın (etnonimin) necə yaranması barədə 2 fərziyyə yürütmək olar:
«Gödəkli» Biləvdə tanınmış tayfalardan birinin adıdır. Bu adın (etnonimin) necə yaranması barədə 2 fərziyyə yürütmək olar: 1. XVIII əsrdə bu tayfanın nüfuzlu nümayəndələrindən biri gödəkboylu olduğu üçün kənd içində Gödək Məmməd kimi tanınmışdır. Onun mənsub olduğu tayfa da Gödəkli adlanrnışdır. 2-ci fərziyyə daha çox cəlbedici və daha çox inandırıcıdır. Məsələ burasındadır ki, Azərbaycanda «Gödəkli» və «Gödəklər» kənd və məhəllə adları (oykonimlər, etnotoponimlər) geniş yayılmışdır. Xaçmaz rayonunda «Gödəkli» kəndi, İmişli rayonunun Xələc inzibati ərazi vahidliyində «Gödəkli» yaşayış məntəqəsi, Şəkidə və Zaqatalada «Gödəklər» məhəllələri, Beyləqan və Qubadlı rayonlarında «Gödəklər» kəndləri bunlara misal ola bilər. Bütün bu adların (oykonimlərin və etnotoponimlərin) əmələ gəlməsi də tədqiqatçıların (Azərbaycan toponimlərinin enslklopedik lüğəti, Bakı, 2007) fikrincə keçmişdə yayı Bazarçay sahilindəki Güney adlı yerdə, qışı isə Mil düzündə keçirmiş Xələclərin Gödəkli qolunun (tirəsinin) adı ilə bağlıdır.
Böyük ehtimalla güman etmək olar ki, XVI-XVII əsrlərdə haqqında danışdığımız Xələclərin Gödəkli qolundan bir və ya 2-3 ailə karvan yolları ilə gələrək Biləvdə məskunlaşmışlar. İndi Biləvdə yaşayan Gödəklilər də onların törəmələridirlər.
- Tarix:2015-05-27