Abdal tayfası
Abdal tayfası Biləvdə həm qədimiiyinə görə, həm də böyüklüyünə görə Biləv tayfasından sonra 2-ci tayfadır.
Abdal tayfası Biləvdə həm qədimiiyinə görə, həm də böyüklüyünə görə Biləv tayfasından sonra 2-ci tayfadır. Güman edirik ki, Abdal tayfasımn Biləvdə məskunlaşması bizim erarıın 1-ci minilliyinin axırlarında və yaxud XI-XII əsrlərdə baş vermişdir. Bu tayfa Biləvdə, əsasən, çayın şimal-qərb sahilindəki Rəzgə, Qtay, Qurddərəsi adlanan məhəllələrdə və qismən də çayın cənub-şərq sahillərindəki çaylaq sahələrdə məskunlaşmışdır.
Abdal tayfasının indiki davamçıları Allahquluuşağı və Taharlı tayfaiarı, Əlili (Əliyevlər), Əmirü (Əmirovlar), Əzimuşağı (Əzimovlar və Kazımovlar) və İbadlı (İbadovlar) nəsilləri ilə təmsil olunurlar. Adı çəkilən tayfaların hər biri də bir neçə nəslə ayrılır. Allahqulu uşağı tayfasına Kəlbə Dərgah (Quliyevlər), Kalba Xudakərim, Məmmədkərim (Quliyevlər) və Ziyalxanuşağı (Zalovlar) nəsilləri daxildir. Taharlı tayfası isə Əsgərli (Əsgərovlar), Qeybəli uşağı (Əliyevlər), Qulamalı (Quliyevlər və Tahirovlar), Salmanlı (Salmanovlar) və Səfərli (Səfərovlar və Abbasovlar) nəsillərindən ibarətdir. Beləliklə Abdal tayfasınırı indiki davannçıları 13 nəslə ayrılırlar.
Abdal tayfasının sonrakı törəmələri olan bu nəsillərdəki kişilərin adlarırıı 1726-cı ildə Biləvdə yaşamış ailələrdəki kişilərin adları i!ə (Naxçıvan sancağınm müfəssəl dəftərinə əsasən) tutuşduraraq böyük ehtimalla güman edirik ki, Allahquiuuşağı tayfası Qulu və oğulları Mustafa və Allahqulu ailəsinin, Taharlı tayfası Qaibqulu və oğlu Tağı aiiəsinin, İbadh (İbadoviar) nəsli Qubad və oğlu Uğurlu ailəsinin indiki davamçılarıdır. Abdal tayfasınm və ondan törəmiş sonrakı tayfalərın və nəsillərin Biləvin tarixində və biləvlilərin həyatında və formalaşmasında əhəmiyyətli rolu olmuşdur.
- Abdalların Biləvdə məskunlaşması ilə burada yeni məhəllələr- Otay, Rəzgə və Qurddərəsi məhəllələri safınmışdır ki, bununla da kəndin yaşayış sahəsi xeyii böyümüşdür.
- Abdal tayfasi Biləv tayfası ilə qaynayıb qovuşaraq bu kəndin əhalisinin xeyli artmasına səbəb olmuşdur.
- Abdalların əvvəl yaşadığı və əkinçilik üçün, otlaq və örüş kimi istifadə etdiyi yeriər - Abdal dağlarının ətəkləri, Təndirli, Yuxarı Pəyələn, Aşağı Pəyələn, Təksöyüd, Şələqapır, Qızılsüd, Gəraybadan, Əmir kəndi, Ağacanlı, Sürsür, Musa kəndi, Zağadərə, Təpə arası, Şah yeri və s. sahələri yenə də onlar tərəfindən istifadə olunmuşdur və tədricən Biləvin ərazisinin bir hissəsinə çevrilmişdir. Beləliklə də Abdallar Biləvin əkin, otlaq və örüş sahələri əhəmiyyətli dərəcədə genişlənmişdir.
- Abdal tayfasından törəmiş sonrakı tayfa və nəsiiiərin əii ilə və yaxud onların fəal iştirakı ilə Karalı, Zağadərə, Sürsür, Gəraybadarı, Ağacanlı, Kələbənd su arxlan inşa edilmiş və onların altında 10-larla hektar biçənək və bağ sahəiəri salınmışdır.
Biləvdə pəhiəvanhq etrrıiş, qüvvəli, ucaboylu, enli-kürəkli, iribədənli insanların böyük bir qismi Abdal tayfasından çıxmışdır. Məmmədkərirn nəsiindən olan Məmmədkərim, onun qardaşı Hacı, Məmmədkərimin oğulları Məmmədrəhim, Bəyalı, Hacı və Qulu Quluyevlər, Ziyalxanuşağı nəslindən olan Baba Zalov, Qeybəliuşağı nəslindən oları İgid Qeybəii, Bayram və Uzun Əli Əliyevlər, Səfərli nəslindən olan Səfər Səfərov və başqaları bunlara misal ola bilərlər.
- Abdalların sonrakı davamçıları Biləvin başqa tayfa və nəsilləri i!ə birlikdə müxtəlif vaxtlarda kəndin əhalisinin, ərazisinin (bağ, əkin, otlaq, örüş və yaylaq sahələrinin) və əmlakının (mal-heyvanının, taxılının və s.) yadiardan, qaçaq-quldurdan, basqınçılardan və s. qorunub mühafizə olunmasında diqqətəlayiq xidmətləri olmuşdur. Abdalların indiki davamçılarından Qeybəliuşağı nəslinin (Taharlı tayfası) ulu babası Qeybəlinin (Qaibəlinirı) öz kiçik dəstəsi iiə Babək (Biləv) qalasına sığınıb sapand daşı ilə kəndi basqınçılardan müdafiə etdiyi barədə rəvayət nəsildən-nəslə ötürülərək bizim zamanımıza qədər gəlib çatmışdır. Təxminən XVIII əsrin ikinci yarısında XIX əsrin başlanğıcında yaşamış bu igidin haqqında söylənilən başqa bir rəvayətdə aşağıdakı əhvalatiar nəql edilir. Bir zamanlar aclıq baş verrrıiş və belə pis bir zamanda ətraf yerlərdən ac adamlar xəlvəti gəlib biləvlilərin mal-davarlarını, taxılını və başqa ərzaqlarını oğurlayıb aparırmışlar. Hətta adam əti yeyən vəhşi yamyamlar (taygözlər, qulyabanılar, cini qurdlar) peyda olmuşdular və qaranlıqda biləvli uşaqları tutub aparıb yeyirmişlər. Bunun qarşısını almaq üçün Qeybəli (Qaybalı) və başqa bir neçə adam çöllərdə, bağlarda, xırmanlarda gözətçi dayanırmışlar. Bir axşamçağı Qeybəli Alt Güneydən baxıb Şahyerində qaraltılar görür və şübhələnərək ora gəlir. Orda 3 ağzıbağlı çuval və aralıda dayanmış bir neçə qaraltı görür. Soruşur, kimsiniz? Çuvallardakılar nədir? Bu zaman çuvallar tərpənir və boğuq səslər eşidilir. İşi başa düşən Qeybəli əlindəki yekə dəyənəklə hücum edib vəhşiləri İmamalı dərəsinə qovur və çuvallardakı biləvli uşaqları azad edir. Sonrakı günlərdə Qeybəlinin dəstəsi İmamalı dərəsində yamyamları güdərək, onlara mağaradan çıxmağa və hərəkət etməyə imkan vermir, beləliklə də onların axırına çıxır (Biləvdə yamyamlara cini qurd deyirmişlər).
Abdalların başqa bir törəməsi XIX əsrin 2-ci yarısı - XX əsrin əvvəllərində yaşamış Məmmədkərim (Allahquluuşağı tayfasmdarı Məmmədkərim nəslinirı yaradıcısı) daha çox məşhurlaşmışdı. Deyirlər о hövsələsiz, qışqırıb-bağıran adam idi. Qoluzorbalıq edərdi. Əlində iri dəyənəyi olarmış. indiki Ordubad rayonu ərazisində və Əlincəçay hövzəsin- də onun qarşısına çıxan yox idi. Boylu-buxunlu, iri cüssəli, yekə bədənli bu adam həm yaxşı güləşən pəhləvan, həm də vurub-tutan qoluzorlu imiş. Onun qorxusundan başqa kəndlərin çobanları, naxırçıları Biləv kəvşənində mal-davar otara bilməzmişlər. Zağa dərədə, Gəvəkdə kənd ərazisinin lap qıraq hissələrində onun mülkü, zəmisi var idi. Bununla da о bu yerlərdə Biləv kəvşəninin sərhədini qorumuş oiurdu. Məmmədkərimin haqqında çoxlu söz-söhbətlər, rəvayətlər yayılmışdır. Bir rəvayətə görə Gallılar deyirınişlər ki, «nə qədər ki, Məmmədkərim var Cərəcirçaydan bizə su yoxdur». Qocalar söhbət edərdilər ki, bir dəfə Məmmədkərim Nəzağa yaylağında olarkən Xalq qəhrəmanı Qaçaq Nəbi də öz dəstəsi ilə sonralar «Nəbi yurdu» adlanan qonşu yaylaq sahəsində imiş. Qaçaqlar hərdən biiəvlilərlə görüşııb söhbət edirmişlər və oııiara qonaq olurmuşlar. Qaçaqlar Nəbirıi Məmmədkərimlə güləşdirmək istəyirlər. Nəbi də, Məmmədkərim də buna razı olduqlarını bildirirlər. Nəbinin arvadı Həcər xanım (Qaçaq Həcər) buna razı olmur. Nəbi ondan bunun səbəbini soruşanda Həcərxanım deyir: «Məmmədkərim səni yıxsa qaçaqlar onu güllə ilə vurub öldürəcəklər və bu sənin də adına başucalığı gətirməyəcək, yox əgər Məmmədkərim yıxılsa onun bütün Naxçıvan qəzasına yayılmış güclü pəhləvan adı batar, ona görə də о könüllü yıxılmaz». Həcər xanımın dedikləri Qaçaq Nəbinin beyninə batır və о Məmmədkərimlə güləşməkdən vaz keçir. (Məmmədkərim haqqında «Biləv» kitabında kifayət qədər məlumat verilmişdir. Bir daha onları təkrarlamaq istəmirik).
Məmmədkərimin oğulları da ucaboylu, bazburtlu, güclü adamlar idilər. Həmişə də Biləvin təəssübünü çəkərdilər. Onlardan Hacı həm çox qoçaq adam idi, həm də yaxşı güləşən idi. Heç kim onu yıxa bilməzdi. Hacı kolxozda çobanlıq edərdi. О da qoluzorbalıq edərək başqa çobanları incidərdi. Başqa kolxozların çobanlarının Biləvin yaylaqlarını, örüşlərini otarmasına yol verməzdi. 1949-cu ildə Ordubad rayonunun Düylün kolxozunun heyvandarlıq fermasındakı çobanları və о vaxt fermanın müdiri işləyərı və sonralar uzun müddət Azərbaycan Opera teatrının solisti, Naxçıvan MSSR əməkdar artisti olan, yüksək və məlahətli səsli Hüsnü Qubadovu döyərək yayiaqdan qovmuşdu. Sonralar Hacı özü hər dəfə bu barədə söhbət düşəndə öz suçunu etiraf edib deyərdi «mən bilsəydim ki, Hüsnünün belə səsi var qətiyyən ona əl qaldırmazdım». Biləvə qonşu oian Behrud kəndində yaşayan Həsən Həsənov Hacı ilə etdiyi belə bir söhbəti bu kitabın müəlliflərindən biri- (H.Aslanlı) öz qulaqları ilə eşitmişdir. Həsən üzünü Hacıya tutaraq deyirdi.
«- Hacı əmi Culfa rayonunun filan kəndinə (Həsən deyən kəndin adını rnən unutmuşam) getmişdim. Oradakı tanışım söbət əsnasında məndən soruşdu ki, biləvli çoban Hacını tanıyırsın, mən savab verdim ki, əlbəttə, yaxşı tanıyıram. Dedi о nə qoçaq adammış. Sonra söylədi ki, Hacının sürüsü bizim çobanların sürüsü ilə həmgələ (yan-yana) imiş. Bizim çobanların iti cumub Hacının üstünə tullanır. Hacı da dəyənəklə itin başından elə vurur ki, itin iki gözü də kor olur. Bunun üstündə bizim çobanlarla Hacının sözləri çəp gəlir. Hacı bizim çobanları da döyür. 2 çobandan biri yaxınlıqdakı kəndimizə qaçıb bu əhvalatı camaata xəbər verir. Bunu eşidən kənd kişiləri böyük maşınına doluşub Hacının dalınca gedirdik ki, onun dərsini verək. Mən fikirləşirdim ki, Hacı bizi maşınla birlikdə görən kimi dabanına tüpürüb qaçacaq. Ancaq əksinə oldu. Hacı bizi uzaqdan görən kimi əlində dəyənək bizə sarı gəlməyə başladı. Biz ona yaxınlaşanda о dəyənəyini qaldırıb 2 itlə bərabər bizim üstümüzə cumdu. Görünür bizlərdən heç kim bunu gözləmirdi. Heç birimiz maşından enməyə cəsarət etmədik. Biz maşında о isə yerdə bir qədər sözləşib ayrıldıq. Belə bir hadisə olubmu? deyə soruşdu. Hacı da cavab verdi ki, mən də bərk hirslənmişdim. Ancaq, onlar itlərdən qorxdular. İtlər olmasaydı məni döyərdilər.»
Abdal tayfasından törəmiş sonrakı tayfa və nəsillərin XIX-XX əsrlərdəki davamçıları təsərrüfat sahələrində daha çoxfəallıq göstərmiştər. Allahquluuşağı tayfası heyvandarlıqda, Taharlı tayfası isə əkinçilikdə və bağçılıqda ən çox uğur qazanan tayfalar olmuşlar. Əmiruşağı, Xudakərim, Məm- mədkərm və Ziyalxanuşağı nəsillərinin hər birinin ayrıca qoy- un sürüləri olmuşdur. Məmmədkərimin 1000 başdan artıq qoyunu, quzusu və çoxlu qaramalı vardı. Əzimuşağı nəsli öz mal-davarını ayrıca bir yaylaqda - Əzimdərəsi yaylağında becərərdi. Səfərli və Ziyalxanuşağı nəsillərinin çox geniş bağ-bağatları və əkin zəmiləri və dəyirmanaları vardı. Abdalların XX əsrin sonlarındakı və XXI yüzilliyin əvvəllərindəki davamçılarından İbrahim və Ədalət Salmanovlar, Telman İbadov səhiyyə sahəsində, Vüqar Salmanov idman sahəsində, Fəxrəddin və Əli Səfərovlar xeyriyyəçilikdə, Fariz Ərnirov və Camal Quliyev elm sahəsində, Səxavət Salmanov, Həsən və Xaiid Əliyevlər hərbçilikdə ad-san və rsüfuz qazanmış biləvlilərdəndir. SSRİ və müstəqillik dövürlərində Abdai tayfasının davamçılarından Səfər, Rafiq və Elxan Səfərovlar, Bəyalı, Qulu və Rəşid Quluyevlər, Alcəfər, Baba və Yaşar Zalovlar, Əsəd və İbad İbadovlar baba və nəvə Qurban Əmirovlar Biləvdə həyata keçirilən bir sıra içtimai, inzibati və təsərrüfat işlərinə rəhbərlik etmişlər. İndi onlardan Niyazi Quliyev kənd icra nümayəndəliyinin, Rəhim Səfəröv isə kənd bələdiyyəsinin sədrləridir, Yaşı 85-i ötmüş Baba Zalov. Səfər Səfərov və Səlim Zalov Biləvin ixtiyar ağsaqqallarındandırlar. Fariz Ərnirov, Əli Səfərov, Əhsən Əliyev, Rəşid Quliyev, Rişad Şahverdiyev (Səfərov) tanınmış iş adamlarıdır. Təhsil, mədəniyyət, kənd təsərrüfatı, rabitə, informasiya, müxtəlif xidmət və təsərrüfat sahələrində çalışan Taharlılar da çoxdur. Biləvin başqa tayfalarında olduğu kimi, Abdal tayfasının da sonrakı törəmələri indi hərn kənddə, həm də Baki, Naxçıvan şəhərlərində və başqa yerlərdə yaşayırlar.
- Tarix:2015-05-26