Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
«Naxçıvan sancağının müfəssəl dəftəri»ndə 1720-ci illərin ortalarırıda Biləvdəki 29 ailədə yaşayan 68 kişinin adiarı sadalarımışdır.
«Naxçıvan sancağının müfəssəl dəftəri»ndə 1720-ci illərin ortalarırıda Biləvdəki 29 ailədə yaşayan 68 kişinin adiarı sadalarımışdır. О adların önündə adətən seyidlərin adlarmın önündə işlədilən mir, ağa, seyid kəlmələri yoxdur. Belə çıxır ki, о zaman Biləvdə seyid olmayıb. Ancaq burada XIX əsrdə Mir Qafar ağanın yaşadığı biləvii qocaların və qarıların yaddaşlarında və hafizələrində qaimışdır. Deyilənlərə görə Mir Gafar ağa Güney Azərbaycandan gəlmə olmuşdur və ömrünün yaşlı çağlarında Biləvdə məskunlaşmışdır. O, burada Bəyim xanım adlı bir qızla evlənmişdir ki, о da gənc yaşlarında vəfat etmişdir.
XİX əsrin ortalarında Ordubadın taninmış və nüfuzlu seyid ailəsindən olan Mir Həsən Divanə Biləvə köçmüş və burada ruhanilik etmişdir. Gənc Mir Həsən Biləvdə Qönçə adlı bir qızla evlərımiş və burada daimi məskunlaşmışdır. Onların törəmələri Biləvli seyidlərin Mir Həsən Divanə nəslini yaratmışlar. Bu seyid nəsli (ocağı) özünün рак dindarlığı, ruhaniliyi, ziyalılığı, xeyirxahlığı, vətənpərvərliyi və hurnanistliyi ilə təkcə Biləv və ətraf kəndlərdə deyil, bütün Naxçıvan MR-də tanınmış, özünə layiqli hörmət qazanmış, böyük nüfuz sahibi olmuşdur.
Biləvdə başqa bir seyid nəsli Mir İbrahim və orıun törəmələrindən ibarətdir. 1946-cı ildə kolxozdakı «polutorka» yük avtomobilində sürücülük etmək üçün Ordubaddan Biləvə gələn Mir Ibrahim buranı bəyənmiş və bu kənddə daimi məskunlaşmışdır. Onun Biləvdə kök salmış və eləcə də Azada və Bakıda yaşayan övladları və nəvə-nəticələri Mir İbrahim nəsli kimi tanırıırlar.
- Tarix:2015-05-26