• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Kəngərli tayfası

Biləvdə Kəngərli tayfasının 2 nəsli Kərim Sultan ağa və Əli ağa nəsilləri yaşamışlar.

Biləvdə Kəngərli tayfasının 2 nəsli Kərim Sultan ağa və Əli ağa nəsilləri yaşamışlar. Kərim Sultan ağa nəsli Kəngərli tayfasından - Naxçıvan xanlığının Vəkil (Sultan) qolunun, I Kərim Sultan Bilici Kəngərli övladlarından törəmişdir. Biləv mahalının hakimləri (naibləri) bu nəslin nümayəndələrindən təyin olunurmuş. Orılar da vergi və mükəlləfiyyətləri mahalın kəndləri arasında bölüşdürür, mahalın həyat və təsərrüfat məsələlərini qaydaya salır, məhkəmə və darğa (polis) hakimiyyətini icra edir, xanın bütün buyuruqlarını və göstərişlərini yerinə yetirirdilər. Bu nəslin nümayəndələri, başqa sözlə Biləv mahalına təyin olunan xanın naibləri - mirzəbəyilər öz ailələri ilə birlikdə indi də Biləvdə «Xanlıq məhəlləsi» adı ilə tanınan məhəllədə yaşayarlarmış. Hətta xanlıqdan sonrakı çar Rusiyası dövründə də Biləvi və ətraf kəndləri həmin nəslin sonrakı nümayəndələri - Əliməmməd ağa, Məmmədhəsən ağa, Kərim Sultan ağa idarə edirdilər. Onlar da Xanlıq məhəlləsində yaşamışlar. (Birinci Kərim Sultan Bilici Kəngərlidən başqa bu nəsildə İkinci Kərim Sultan - hərbi rəis və Kərim Sultan ağa da olmuşlar)

Kəngərli tayfasının ikinci-Əliağa nəslirıə mənsub ailələr kənddə hörmət və rıüfuz sahibləri olsalar da, onlar Naxçıvan xanları tərəfindən Biləv mahalına göndərilən mahal hakimləri və onların ailələrindən deyil, həmin tayfaya mənsub olan adi ailələrdən ibarət idi. Bu nəslin banisi Əli ağa, onun oğlu Fərəc ağa və nəvələri Paşa ağa, Cəfər ağa haqqında söhbətlər, rəvayətlər, xatirələr biləvlilərin yaddaşından hələ də silinməmişdir. Əli ağa nəsli heç «Xanlıq» məhəlləsində yox, başqa məhəllələrdə yaşamışdır. Keçən yüzillikdə Əbil Fətəliyevin və övladlarının yaşadıqları və indi də salamat qalan evi də XIX əsrin sonlarında Əli ağa tikdirmişdir.

Çar Rusiyası dövründə də Biiəvi və ona bitişik Behrud kəndini Kəngərli tayfasının bir nəslindən olan məmurlar - Əliməmməd ağa, Məmmədhəsən ağa, Kərim Sultan ağa və onlara yaxın qohum olan Əli ağa, onun oğlu Fərəc ağa idarə ediblər. Onlardövlət məmurları olaraq, kənddə qayda-qanun yaradır, onlara əməl olunmasına nəzarət edir, vergilərin yığılmasını təmin edir, yerli polis və məhkəmə funksiyalarını da yerinə yetirirdilər.

Haqqında danışdığımız ağalar xanlıq dövründə istifadə etdikləri xalisə (xarı ailəsinə məxsus) torpaqlarını öz əllərində saxlayaraq və maddi imkanları olduqları üçün başqa torpaq sahələrini də satın alaraq, həm də Biləvin iri mülkədarlarına çevrilmişdilər. Kərim Sultan ağanın və onun əmioğlusu Məmmədhəsən ağanın kəndin ən gözəl yerində - Gilançayla (Uluçayla) Parağaçayın qovuşduğu sahədə asan suvarılan, düzən və münbit torpaqlarda 10 ha-ya qədər «Ağalıq» bağından başqa, Civan şamı, Mollabağı, Uşqolyeri bağ sahələri, Cərəcir düzənliyindəki və Gəvəkdəki yaxşı, münbit yerlərdə xeyli əkin zəmiləri, qoyun sürüsü və naxırı var idi. Kərim Sultan ağanın Naxçıvan şəhərində də mülkləri və torpaq sahələri var idi. İndiki Naxçıvan aeroportunun yeri də Kərim Suitan ağanın idi. Naxçıvan xanlığına dair arxiv materialları içərisində xanlıqdan sonrakı çar Rusiyası dövründə Kərim Sultan ağanın Naxçıvan şəhərində böyük və yaraşıqlı evlə bərabər bahalı bir mülk alması barədə sənədlər də tapılmışdır.

Əliağanın və onun ailəsinin də yaxşı düzənlik, Uluçayın kənarında, səfalı yer olan Pərdəşöyündə 7 ha-dan artıq bağ sahəsi, xeyli əkin zəmiləri, sonralar Əliağa yurdu adlanan ayrıca yaylağı, sürü ilə davarı (qoyunu, keçisi) və çoxlu mal-qarası var idi. İndiki Gilançay kəndinin yeri bu ağaların biçənək, otlaq sahələri və mal tövlələri olan qışlaq ərazisi idi. Odur ki, onlar öziərini əsl biləvli sayırdilar. Biləvin təəsəbbünü çəkirdilər. Qonşu kəndlərlə ərazi üstündə, yaylaq üstündə, su üstündə və s. mübahisə və ya rnünaqişə olanda çoxfəallıqla Biləvin tərəfini müdafiə edirdilər.

Kərim Sultan ağa Peterburqda təhsil almışdı. Rus dilini mükəmməl bilirdi. Çar hökumətinin yüksəkçinli məmuru olmuşdu. Əsil zadəgan idi. Biləvdə yaşayan Kəngərli ağaların başqa övladları da hələ XIX əsrdə Tiflisdə, Qoridə və başqa şəhərlərdə mükəmməl təhsil almış ziyalılar idilər. Məmmədhəsən ağanın oğulları Əbil ağa və Balabəy ağa XIX əsrin axırlarında Biləvdə açılmış «uşolda» («rus- müsəiman» məktəbində) riyaziyyatdan və rus dilindən dərs demişlər. Haqqında danışdıqımız. Kəngərli nəsillərinin indiki nümayəndələri Biləv və Gilançay kəndlərində və Bakıda, Rusyada və başqa yerlərdə yaşayırlar.

  • Tarix:2015-05-26

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.