Şamlılar tayfa adı - etnonimi
«Şarnlılar» tayfası Biləvdə «Heydərli», «Muxtarlı», «Məhərrəmli», və «Nəsirli» nəsillərilə təmsil olunmuşiar. Ancaq Şamlıların bu nəsilləri arasında açıq-aydın qohumluq əlaqələri tapmaq mümkün deyildir.
«Şarnlılar» tayfası Biləvdə «Heydərli», «Muxtarlı», «Məhərrəmli», və «Nəsirli» nəsillərilə təmsil olunmuşiar. Ancaq Şamlıların bu nəsilləri arasında açıq-aydın qohumluq əlaqələri tapmaq mümkün deyildir.
Biləvdə «Şamlı» sözünün yaranmasını bəzərı «şam ağacları bitən yer» - şamlıqla bağlayırlar. «Şamil» tayfa adının «şam ağaclarının çox olduğu yer» mənasından götürüldüyü qətiyyən ağlabatan deyil. Biləvdə şam ağaclarının sıx olduğu yer yoxdur və əvvəllər də heç olmamışdır. Burada nadir hallarda və yalnız tək-tək, kiçik ardıc ağacları, özü də kənddən çox uzaqlarda, dağlarda bitir.
Biləvdə çay sahillərindəki sulu yerlərə, subasar çəmənliklərə şam deyirlər. Bu şamlar isə Parağaçayın və Giiançayın yataqlarında olduqca kiçik sahələri əhatə ediriər ki, bu sahələrdə nəinki hər hansı tayfanın, nəslin, heç 1-2 kiçik ailənin də məskunlaşması mümkün deyildi.
Azərbaycan ərazisindəki «Şamlı» kənd adları Qəbələ rayonunun Hacallı, Zəngilan rayonunun Gilətağ inzibati ərazi vahidliklərində və başqa yerlərdə təsadüf olunur. Bu oykonimlər Qızılbaşların hərbi yürüşlərində fəal iştirak etmiş Şamlı tayfasının adı ilə bağlıdır. Şamiı Teymurləngin 1402-ci ildə Osmanlı sultanı İldırım Bəyazid üzərində qəiəbəsindən sonra Dəməşqdən və onun ətrafından (Şamdan) əsir apardığı səlcuq oğuz mənşəli Bəydili tayfasına mənsub ailələrin adıdır (Orta əsrlərdə Dəməşq şəhəri və onun ətraf əraziləri Şam adlanırdı). Tarixi mənbələrə görə həmin ailələri Teymurləng Səfəvilərin ulu babası Şeyx Əliyə bağışlamışdır, о da onları Azərbaycanın cənubunda yerləşdirmişdir. Sonralar Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində şamlılar fədakarlıqla iştirak etmişlər. Səfəvi şahları da bu tayfaya Azərbaycanda ərazilər bağışlamışlar. Orta əsrlərdə karvan yolları qovuşağında yerləşən Biləvdə də bir neçə şamlı ailəsinin məskun- laşması bu yolla baş vermişdir. Həmin şamlı ailələrinin Naxçıvan dyarının başqa yerlərində də məskunlaşması faktları vardır. «İrəvan əyalətinin icmal dəftərində» göstərildiyi kimi, həmin əyalətin Karbi nahiyyəsirıdə (indi Naxçıvan MR-ın Şərur rayonunda) Bəydili adlı kənd olmuşdur. Bu kəndin başqa adı da «Köçəriabad»dır. Güman etmək olar ki, səlcuq-oğuz mənşəli Bəydili tayfasının adını əks etdirən bu kənd də Şamlıların buraya köçürülməsi nəticəsində yaranmışdır.
Bütün bunlara əsasən deyə bilərik ki, Biləvdəki şamlı tayfasının nümayəndələri də vaxtı ilə Dəməşq və onun ətra- fından (Suriyadan) köçürülmüş və Azərbaycanın cənub ərazilərində yerləşdirilmiş Şamlıların sonrakı törəmələridir.
- Tarix:2015-05-27