• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Məscidlər

Biləvdə 3 məscid binası vardir:

Biləvdə 3 məscid binası vardir:

  • XVII əsrin axırları - XVIII əsrin əvvəllərində tikilmiş Böyük məscid;
  • XVIII əsrin sorılarında və ya XIX əsrin əvvəllərində tikilmiş, hal-hazırda fəaliyyətdə olan, nisbətən kiçik məscid;
  • XX əsrin ortalarında tikilmiş və bir otaqdan ibarət olan məscid.

Böyük məscid qədim Biləvin mərkəzi meydanı olan Kəndiçi meydanına bitişik bir yerdə inşa edilmişdir. Biləvdəki bu Böyük, qədim məscid tarixi abidə kimi qeydiyyata götürülməsə də (və dövlət tərəfindən qorunmasa da), о əsl tarixi abidədirvə biləvlilər tərəfindən qorunur. Təxminən 15- 18 m ölçüdə düzbucaqlı şəkildə ucaldılmış məscid yamacda inşa edildiyindən aşağı tərəfi 2 mərtəbəli, yuxarı tərəfi isə 1 mərtəbəli hündür bina olmuşdur. Məscidin zimistan adlanan birinci mərtəbəsi ruhani məktəbi, mədrəsə kimi uzun müddət fəaliyyət göstərmişdir. Bu məscid ən geci XVIII əsrin əvvəllərində, tezi isə daha qədimlərdə tikilmişdir. XVIII əsrin ortalarında Biləvdə bundan nisbətən kiçik ikinci məscid tikilmişdir. Çox da böyük olmayan bir kənddə eyni vaxtda və ya yaxın zamanlarda 2 məscid binasının tikilməsi ağlabatan deyil. Bundan başqa Böyük məscidin divarlarına çoxlu sayda (10-dan artıq) daş qoç heykəli hörülmüşdür (Biləvlilərin irıdiki yaşlı nəsli, о cümlədən H.Aslanlı uşaq ikən onları məscidin divarlarında öz gözləri ilə görmüşdür). Qoç daşlardan məscidin divarlarında künc daşı kimi istifadə olunmuşdur. Qəbirüstü abidə məqsədi ilə hazırlanmış bu daşların üstündə onları hazırlatdıran adamların - sifarişçilərin adları və qoç heykəllərinin hazıriandığı illər yazılmışdır. Həmin qoç daşlar da XVII əsrin 2-ci yarısında (və ya sonlarında) hazırlanmışlar və görünür, sahibləri vəfat etməzdən əvvəl, onların özlərinin razılıqları ilə məscidin divarlarına hörülmüşlər. Əks halda qəbirüstü qoç daşları məscidin divarlarına hörməzdilər. Sahibinin razılğı olmadan qəbirüstü daşın qəbirstanlıqdan götürülüb məscid divarına hörülməsi müsəlmançılıqla bir araya sığan iş deyil, haramdır, şəriət qaydaiarına tamamilə ziddir. Odur ki, Böyük məscidin XVII əsrin axırlarında XVIII əsrin əvvəllərində tikilməsi güman olunur. Məscid yerli daşlardan tikilmişdir. Divarların aşağı hissələrində künc daşları əvəzinə bəzən daş qoç heykəlləri qoyulmuşdur. Divarlara hər 4-5 sıra daş hörüldükdən sonra yonularaq dördbucaqlı halına salınrrıış və bir-birinə calaq və pərçim edilmiş uzun ağaclardan ibarət qətlələr düzülmüşdür. Daş qoç heykəllərinin və qətlələrin bir qismi məscidin uçuq divarlarının qalıqlarında indi də dururlar və çürümüş qətlə parçaları bəzən aydın görünürlər.

1918-ci ildə Biləvə basqın edən erməni vandalları kəndin bütün tikililəri ilə bərabər məscidləri də yandırıb uçurmuşdular. 1920-ci illərdə ikinci, nisbətən kiçik məscid bərpa olunsa da, yandırılmış və yerli-dibli uçurulmuş Böyük məscidi bərpa etmək və ya yenidən tikmək о zamanlar mümkün olmamışdır. SSRİ dövründə ayrı-ayrı adamların təşəbbüsü ilə bir neçə dəfə bu məsciddə yüngül təmir işləri aparılsa da onun tam bərpasına və ya yenidən tikilməsinə imkan verilməmişdir. Sonralar bu məscidin yerinin bir hissəsində əvvəlkinə nisbətən xeyli kiçik məscid binası tikilmişdir.

Böyük məscidin daşları və çürümüş qətlələri divarlarının dibində qalaqlanmış şəkildə indi də durur. Qatı dindar olan biləvlilər onun bir çınqılına da əl vurmayıblar.

Beləliklə, XVII əsrin sonlarında XVIII əsrin əvvəllərində tikilmiş Böyük və irıdi uçuq vəziyyətdə olan məscid Allahın evi - müqəddəs yer olmaqdan başqa, həm də qədimlik nişanəsi və 1918-ci ildə erməni vəhşiliklərirıi əks etdirən tarixi abidədir.

Biləvin 2-ci məscidi indi fəaliyyətdə olan məsciddir. Bu, kəndin aşağı məhəlləsində inşa edilmişdir. XX əsrin ortalarında yaşı doxsanı haqlamış biləvlilərin heç biri bu məscidin nə zaman tikildiyini xatırlaya bilmirdilər. Bu barədə kimsədən nəsə eşitdiklərini də deyə bilmirdilər. Odur ki, bu məscidin geci XIX əsrin əvvəllərində, tezi isə XVIII əsrin sonlarında tikilməsi güman olunur və o, yuxarıda təsvir etdiyimiz 1-ci məscidə nisbətən kiçikdir. Onun qalın (0,8 m) divarları yonulmamış yerli daşdan və çiy kərpicdən tikilmişdir. Məscid bir mərtəbəlidir, ancaq onun divarları iki mərtəbəli bina hündürlüyündədir. Məscid tərəflərinin uzunluğu təxminən 10-11 m-ə qədər olan kvadrat formalıdır.

Biləvin 2-ci məscidini də erməni daşnakları 1918-ci ildə yandırıb yararsız hala salmışdılar. 1920-ci illərdə biləvlilər onu təmir edib yenidən ibadət yerinə çevirmişdilər. Ancaq 1930-cu illərin əvvəllərində həmin məscid binası biləvli dindarların əlindən alınaraq ta 1980-ci illərin ortalarına qədər kənddəki kolxozun anbarı kimi istifadə olunmuşdur. 1980-ci illərin 2-ci yarısında SSRİ dövlətinin dini etiqad məsələsində siyasətinin yumşaldığı bir vaxtda biləvlilər bu məscid binasını yenidən tikib-bəzəyərək bərpa etmişlər.

İndi bu məsciddə gündəlik azan verilir, namaz qılınır, dini mərasimlər icra olunur, mərsiyələr, moizələr oxunur, təziyələr saxlanılır və s.

Üçüncü məscid XX əsrin ortalarında Kəndin Otay adlanan nnəhəlləsində tikilmişdir və bir otaqdan ibarətdir.

 

  • Tarix:2015-05-26

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.