Tarixi oçerk
Biləvin ərazisi fiziki coğrafi şəraitinə - relyefinə, su mənbələrinə, iqliminə, bitki və torpaq örtüyünə, heyvanlar aləminə və başqa təbii ehtiyatlarına görə о qədər müxtəlifliyə və rəngarəngliyə malikdir.
Biləvin ərazisi fiziki coğrafi şəraitinə - relyefinə, su mənbələrinə, iqliminə, bitki və torpaq örtüyünə, heyvanlar aləminə və başqa təbii ehtiyatlarına görə о qədər müxtəlifliyə və rəngarəngliyə malikdir ki, bura qədim insanların məskunlaşması üçün ən əlverişli məkanlardan biri olmuşdur. Odur ki, indiki Naxçıvan MR ərazisində insanların məskunlaşdığı ilk yerlərdən biri də Biləv olmuşdur. Biiəvin yaylaq sahələrindəki qədim yurd yerləri və onların ətrafında qayalara və sal daşlara həkk olunmuş təsvirlər- Gəmiqaya rəsmləri göstərir ki, ən azı 5-6 min il bundan əvvəl bu ərazilərdə qədim tayfalar məskunlaşmışlar.
Beləliklə Biləv Ordubad rayonunun ən qədim kəndlərindən biridir. Biləv kəndi ərazisində (Babək qalasında və s.) Tunc və İlk Dəmir dövrlərinə və həmçinin qədim antik dövrlərə və orta əsrlərə aid çoxlu sayda maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Hələ bizim eradan əvvəl Biləvdə oturaq həyat sürən əhali burada dəmyə əkinçiliyi və heyvandarlıqa, sonra isə dağların döşləri ilə su arxları çəkərək bağçılıqla məşğul olmuşdur. Yadellilərdən və basqınçılardan qorunmaq üçün о zamanki biləvlilər sıldırım qayalı dağların başında və başqa münasib yerlərdə qalalar, istehkamlar və başqa sığınacaqlar tikmişlər.
Qədim Gilan (Giran) şəhəri Düylünçay hövzəsində yerləşsə də o, antik dövrlərdən bəri Biləv yaxınlığında çaydan ayrılan arxın suyu ilə təmin edilirmiş. Bu da həmin çayın Giian çayı (Gilançay) adlanmasına səbəb olmuşdur. Həmin arxın dəhnəsini Gilançayın gətirdiyi daşlı sellərdən və daşqınlardan qorumaq üçün, onun daş-kəsklə, qum-çınqılla, torpaqla dolmasının, dəhnədə, və sonrakı dərələrdə və döşlərdə bənd atmasının və s. qarşısını almaqla suyun aramsız axınını təmin etmək üçün çalışanlarda yəqin ki, Biləvdə məskunlaşmışlar. Bu bir daha Biləvdə aintik dövrlərdən bəri yaşayış olduğuna dəlalət edir.
Hələ bizim eranın əvvələrində qədim Biləvdə məskunlaşmış türkdili tayfalardan Gəvək yaylasının aşağı hissələrində icma halında yarımköçəri həyat sürən abdallar ilkin orta əsrlərdə qədim Biləv kəndi yaxınlıqlarndakı Ağacanlıda, Əmirkəndində və Musakəndində binələr salaq oturaq həyat tərzində yaşayırdılar.
Orta əsrlərdə karvan yolları qovuşağında yerləşən Biləv kəndirıin yaxın və nisbətən uzaq şəhərlərlə və ölkələrlə ticarət və s. əlaqələri olmuşdur. Biləvlilər istehsal etdikləri quru meyvə, sumax, gön - dəri, yurı, xalça - palaz, mal - davar, ət və süd məhsullarını (qovurma, yağ, pendir) bu karvanlarla gələn tacirlərə satırdılar əvəzində isə onlardan saxsı qablar, geyim və bəzək malları, duz, metaldan hazırlanmış təsərrufat alətləri və məişət əşyaları alırdılar. Həmin dövrdə kənddən 0,7-0,8 km aralıda karvan yolları üstündə Xəlfəli yaşayış sahəsi də salınmışdır.
Naxçıvan sancağı dövründə (1724-1735 ci illər) ödənilən vergilərə görə deyə bilərik ki, XVIII ərlərin əvvələrində Biləvdə 3,5 tondan artıq buğda, 4 tona yaxın arpa, 2,5 tondan artııq düyü, 1,5 tondan artıq mərcimək, xeyli miqdarda noxud və darı, qonşu və ətrəf kəndələrə nisbətən dəfələrlə (bəzən 10 dəfəyədək) artıq miqdarda meyvə və bal hasil olunurdu.
Naxçıvan Xanlığı dövründə (1747-1827-ci illər) Biləv Xanlığın 9 mahalından birinin mərkəzi olmuşdur. Xanlıq Naxçıvan və Ordubad tümənlərinə ayrılırdı. Ordubad tüməni indiki eyniadlı inzibatı rayondan qat-qat artıq sahəni əhatə edirdi. Biləv mahalı əkin torpaqlarının sahəsinə, mal-davarın sayına və ərazisinə görə Ordubad bölgəsinin (tüməninin) ən böyük mahalı idi. Biləv mahalının ərazisi qərbdə Əlincə- çay hövzəsinədək, şimalda Zəngəzur dağ silsiləsinin suayrıcı zərvələrinədək, Şərqdə Düylünçay hövzəsinədək və cənubda Araz çayınadək davam edirdi. О zamankı Dizə, Baş Dizə, Biləv, Behrud, Cirəcir, Parağa, Tivi, Bist, Nuşirəvan (Nəsirvaz), Sərxu (Xurs), İslami (Ələhi), Nürgüt, Şurut, Gal, Paradaş, Kərimqulu Dizə və Yaycı kəndləri bütün əraziləri ilə birlikdə Biləv mahalının tərkibinə daxil idi. Biləv mahalını Naxçıvan xanlarının naibləri idarə edirldilər. Onlar da Kəngərli tayfasının Kərim - Sultan nəslindən olurdular. Xanlıq dövründə Biləv xeyli inkişaf etmişdir. Kənd böyümüş və kənd təsərrüfatı məhsullarının istehsalı dəfələrlə artmışdır.
Türkmənçay müqaviləsindən (1828) sonra Naxçıvan xanlığı ləğv edildi və onun ərazisi Rusiyaya ilhaq olundu. Bununla Biləv mahalı da ləğv edildi. Çar Rusiyası dövründə də Biləvdə təsərrüfat və istehsaiat sahələri genişləndirilirdi. Kənddə pambıqçılıq, xüsusilə də baramaçılıq sahələri inkişaf etdirilirdi. Sənətkarlıq getdikcə genişiənirdi. Əhali artırdı. Kənd böyüyürdü. Hələ XVII əsrdə Biləv ərazisində, lakin kəndin əsas yaşayış sahəsindən 0,5-2 km aralıda yerləşən Xəlfəli, Ağacanlı və Əmirkəndi binələri artıq kiçik kəndlərə (kənd içində kəndlərə) çevrilmişdilər. XVIII əsrdə isə, kəndin aşağı tərəfində və ondan 0,4 km aralıda 30-dan artıq evi olan Yenicə məhəlləsi salınmışdır. Bu kiçik kəndlərdə və binələr- də XIX əsrin ortalarınadək, Yenicə məhəlləsində isə 1918-ci ilədək yaşayış olmuşdur. О vaxtlar Xəlfəlidə 2 nəfər Şeyx də yaşamışdır. XVIII əsrin ayrı-ayrı vaxtlarında Biləvdə 2 məscid binası tikilib istifadəyə verilmişdir. XIX əsrin ikinci yarısından 1918-ci ilədək Biləvdə mollaxana tipli mədrəsə və dünyəvi elmləri öyrədən ibtidai rus - tatar (rus-müsəlman) məktəbi - uşqol (şkola sözündən) fəaliyyət göstərmişdir. Bu dövürdə azı 5 nəfər biləvli Məkkəyə, 46 nəfər Kərbəlaya və 21 nəfər Məşhədə ziyarətə getmişlər.
Erməni daşnaklarının Azərbaycanlılara qarşı quldurlu- ğa və qatı düşmənçiliyə başladığı 1905-ci ildə biləvli kişilər onlara layiqli müqavimət göstərərək kəndi həmin qaniçən vəhşilərdən qoruya bilmişlər. 1918-ci ildə də Azərbaycanlıların qanına susamış Andronikin silahlı qoşun dəstələri kəndi mühasirəyə alıb, Biləvin və Behrudun əhalisini tamamilə qırmaq istərkən biləvli cavan kişilər ermənilərə qarşı rəşadətlə vuruşaraq, az itki ilə əhalinin kənddən çıxıb qaçmasını təmin etmişlər. Kəndə soxulan ermənilər də əllərinə keçən 25-ə qədər biləvlini öldürmüş, biləvlilərə məxsus qoyun sürülərini, qaramal naxırlarını, ilxıları aparmış, bütün evləri, həyətləri, tövlələri, hətta məscidləri və «uşqolu» da talan etmiş, sonra da yandırmış və uçurub dağıtmışlar. Ermənilər hiylə işlədərək, qaçaq Süleymanı da öz dəstəsi ilə birlikdə guya barışıq və düşmənçiliyi aradan qaldırmaq üçün təşkil olunmuş görüşə-qonaqlığa çağırıb öldürmüşlər.
1930-cu illərdə biləvlilərin torpaq sahələri, mal-davarları, minik və yük heyvanları, arı pətəkləri, təsərrüfat avadanlıqları və s. zorla əllərindən alınaraq kənddə kolxoz qurulmuşdur. Bu müddətdə nisbətən varlılar, ruhanilər, onların qohumlan, kəngərii ağalar və eləcə də, kənddə söz sahibi olan başqa kişilər və İran Azərbaycanında yaşayanlarla qohumluq əla- qəsi olanlar SSRİ-nin Daxili İşlər Xalq Komissarliğı (NKVD) və digər idarələri tərəfindən şiddətli təqib olunmuşlar. Bunun da nəticəsində bir neçə biləvli ailələri Qazaxıstana sürgün olunmuş, 12 nəfər bütün əmlakı müsadirə olunmaqla həbs edilmiş, sonra da ya güllələnmiş, ya da Rusiyanın ucqar yerlərinə sürgün olunmuşlar.
1941-1945-ci illərdə Almaniya ilə SSRİ arasında gedən rnüharibədə iştirak edən 73 biləvlidən yainız 17-si sağ- salamat və 13-ü xəstələnərək və yaralanaraq qayıdıblar. Əsirlikdən sonra kəndə qayıdan 12 nəfər biləvli isə uzun müddət təqib olunmuşdur. 1946-1952-ci illərdə də 50-yə qədər biiəvü yeniyetmə və gənc inzibati qaydada Bakıya sənət məktəblərinə və Fabrik-Zavod işçiləri hazırlayan məktəblərə (FZO) göndərilmişlər. Həmin mühäribə və müharibədən sonrakı bərpa illərində (1941-1955) Biləvdə əsas işçi qüvvəsi qadınlar və qoca kişilər idi. Onlar gecə-gündüz fədakarlıqla çalışaraq birtərəfdən öz ailələrini dolandırır, digər tərəfdən də cəbhə üçün, müharibədən sonrakı illərdə isə bərpa işləri üçün olduqca ağır vergilər ödəyirdilər.
1950-ci illərin ortalarından başlayaraq, Biləvdə cavan kişilər və gənclər çoxalmışlar. Onların bir qismi kənddəki kolxozda, bir qismi də yaxınlıqdakı Parağaçay mədənində, geoloji-kəşfiyyat obyektlərində və başqa müəssisələrdə çalışmışlar ki, bunun da nəticəsində biləvlilərin dolanışığı yavaş-yavaş yaxşılaşmışdır. Çoxlu yeni evlər tikilmiş, kəndin siması dəyişmişdir.
Biləvdə təhsilə, elmə, mədərıiyyətə həmişə böyük maraq olmuşdur. XIX əsrdən bəri fəaliyyətdə olan «uşqol» bərpa olunaraq, 1920-ci illərin əvvəllərindən ibtidai məktəbə, sonralar isə 7-illik məktəbə çevrilmişdi. Onun 1939-cu ildən orta məktəbə çevrilməsinə qərar verilsə də, 8-ci və 9-cu siniflərdən sonra məlum müharibənin başlanması ilə 10-cu sinfin buraxılışı olmamış, o, yenidən 7-illik məktəbə çevrilmişdir. Yalnız 1960-cı illərin ortalarında Dövlət vəsaiti olmadan biləvlilər tərəfindən kifayət qədər sinif otaqları tikilib əlavə olunduqdan sonra Biləvdə orta məktəb bərpa edilmişdir.
Biləv məktəbinin yüzlərlə yetirməsi keçmiş SSRİ-nin və müstəqil Azərbaycan Respublikasının müxtəlif ali məktəblərini bitirərək çoxsaylı ixtisaslara yiyələnmişlər. Onların arasında Dövlət xadimləri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri, Azərbaycan Dövlət Mükafatı laueratları, professorlar, tanınmış şairlər, elmlər doktorları, onlarla elmlər namizədi (fəlsəfə doktoru), generallar, onlarla yüksək çinli zabit, onlarla mühəndis, onlarla həkim, çoxsaylı müəllim, dünya və ölkə çempionları və s.titulları olan adlı-sanlı idmançılar, onlarla iş adamı, yüksək vəzifə sahibləri, yüksək ixtisaslı müxtəlif peşə sahibləri və s. vardır.
Biləvdə 1930-cu illərdən bəri həmişə klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərmişdir. Bu müddətdə bir neçə dəfə onların binaları yenidən bərpa edilərək təzələnmişdir. Klubda 1950-ci illərdə səyyarı, 1960-1980-ci illərdə isə daimi kinoqurğu olmuşdur və axşamlar fümlər göstərilmişdir.
Hər yerdə olduğu kimi Biləvdə də kolxoz özünü doğ- rultmurdu və о 1980-ci illərin əvvəllərində sovxoza çevrildi. Ancaq sovxoz da kolxoz kimi istehsalı artıra bilmirdi və ken- din əhalisinin az qisminin minimum tələbatını belə ödəyə bilmirdi.
Azərbaycanda 1988-ci ildə başlanan və 1991-ci ildə SSRİ-nin dağılması ilə nəticələnən Milli Azadlıq Hərəkatına biləvlilərin əksəriyyəti ürəkdən qoşulmuşdu. О zaman bu Hərəkatın aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsinin (AXC) çoxsaylı Dayaq dəstələrindən biri də Biləvdə ya- ranmışdı. Biləvli cavan kişilərin, gənclərin və yeniyetmələrin əksəriyyəti AXC-nin Biləv Dayaq Dəstəsində birləşmişdi. Ermənilərin Azərbaycan türklərinə qarşı qatı düşmənçiliyinin qabarıq təzahür etdiyi о dövrdə və 1992-1993-cü illərdə AXC- nin Biləv Dayaq dəstəsi həm də qonşu erməni kəndlərində yaşayan və Zəngəzur silsiləsindən aşmaqla bizim bölgəyə soxulması gözlənilən erməni quldur dəstəiərinin mümkün qəfil hücumundan kəndi qorumaq üçün özünümüdafiə dəstəsi rolu oynayırdı. Dəstə gecələr kiçik qruplara bölünərək kəndə giriş yollarını nəzarətdə saxlayırdı. Ancaq, xoşbəxtlik- dən gözlənilən qəfil hücum baş verməmişdir.
Müstəqillik illərində Biləvdə sovxoz ləğv edildi. Torpaqlar kənd camaatına paylandı. Keçmiş sovxoz bağlarında yeni evlər tikildi, yeni həyətlər, məhəllələr salındı. Kəndin yaşayış sahəsi 2 dəfədən artıq böyüdü, genişləndi. Biləvdə ATS yaradıldı. Evlər, ictimai və inzibati binalar, xidmət obyektləri telefonlaşdırıldı. Məhəllələrə, həyətlərə içməli su xəttləri çəkildi. Bəzi kəndarası yollar genişləndirildi və yeni yollar salındı.2005-ci ildə əvvəlki orta məktəb binasının ye- rində Heydər Əliyev fondunun vəsaiti ilə 2 mərtəbəli, gözəl, yaraşıqlı, lazım olan bütün avadanlıqlarla təmin olunmuş və indiki standartlara cavab verən orta məktəb binası, kənd icra nümayəndəliyi, bələdiyyə idarələri, klub və kitabxana yer- ləşən böyük ictimai bina tikilib istifadəyə verilmişdir. 2007- 2008-ci illərdə isə Biiəvə qaz xətti çəkilmiş və kəndin bütün evləri, inzibati və ictimai binaları, məişət və iaşə obyektləri qazla təmin olunmuşdur. Kəndin qərb tərəfində, Parağaçayın Gilançayla qovuşağında su anbarı üçün bəndin və kanalın tikintisi 2010-cu ildə başa çatdırıimış və Biləv hidroelektrik stansiyası istifadəyə verilmişdir. Eiə həmin ildə Biləvi Naxçıvan-Ordubad avtomagistralı ilə birləşdirən yolun əsaslı təmir olunmaqla genişləndirilməsi və asfalt örtüyünün təzələnməsi həyata keçirilmişdir.
Müstəqillik dövründə biləvlilərin Güney Azərbaycanla və Türkiyə ilə ticarət, mədəni və s. əlaqələri yaranmış və inkişaf edərək xeyli genişlənmişdir. İranın sərhədyanı şəhəriərinə və kəndlərinə gediş-gəliş asanlaşmış və xeyli çoxalmışdır. Elə- cə də müqəddəs yerlərə biləvlilərin gediş-gəlişi asanlaşmış və intensivləşmişdir. Son 20 ildə 20-yədək biləvli Məkkəyə həcc ziyarətinə, 10-dan artıq Kərbəlaya və 60-adək Məşhədə ziyarətə getmişlər.
Müstəqilliyimizin ilk dövrü həm də biləvlilərin şəhərlərə kütləvi axını ilə səciyyələnir. Bu müddətdə 400-dən сох biləvli ailəsi Bakıya, təxminən bir о qədər də Xırdalan, Sumqayıt, Naxçıvan, Ordubad və Culfa şəhərlərinə və ətraf aran kəndlərə köçmüşlər. Rusiyanın müxtəlif şəhərlərində, Türkiyədə, Qazaxıstanda, Orta Asiya ölkələrində, Ukraynada və başqa yerlərdə yaşayan biləvlilər də vardır.
- Tarix:2015-05-26