Nekrapol və qəbiristanlıqlar
Biləvdə çoxlu qəbiristanlıq vardır. Ən böyük və ən qədim qəbiristanlıq kəndin yuxarısında, şimal-şərq tərəfdə dağın döşündədir.
Biləvdə çoxlu qəbiristanlıq vardır. Ən böyük və ən qədim qəbiristanlıq kəndin yuxarısında, şimal-şərq tərəfdə dağın döşündədir. Bu qəbiristanlıq Keçidərəsi ilə Qaplan qayası və Tayçuxuru arahğındakı 2,5 ha-dan artıq sahəni tutur. Maili düzənlikdə salmmış bu qəbiristanlıq ta keçən əsrin axırlarına qədər kəndin əsas qəbiristanlığı sayılırdı. Ancaq, əsasən kəndin ən qədim məhəllələrində - Kəndiçi, Keçəçi, Yuxarı, Keçidərəsi, Qayaaltı və Aşağı məhəllələrində yaşayan və bu məhəllələrdən çixmış adamlar vəfat etdikdə burada dəfn olunurdular. Başqa məhəllələrdən olanlar isə az-az hallarda bu qəbiristanlıqda basdırılırdı.
Kəndin yuxarısında, sol tərəfdə, dağın döşündə olan, kiçik bir sahəni (0,5 ha) əhatə edən və Otay adlanan qəbiristanlıqda isə əsasən eyniadlı məhəllədə Parağaçayın şimal- qərb sahilində yaşayan insanlar vəfat etdikdə dəfn olunurdular.
Xəlfəli, Mügəddən bağı və Sovxozyeri sahələri aralığın- da yerləşən və Şıxyanı adlanan qəbiristanlıq da nisbətən kiçik 0,3 ha sahəni əhatə edir. Vaxtilə Xəlfəli kəndinə aid olan bu qəbiristanlıq sonralar burada 2 şeyx dəfn edildiyindən Şıxyanı (Şeyxyanı) qəbiristanlığı adlandırılmışdir. Əvvəllər bu qəbiristanlıqda Xəlfəli kəndində yaşayanlar və onların sonrakı törəmələri basdırılsalar da, keçən əsrin axırlarından başlayaraq vəfat edən biləvlilərin əksəriyyəti Böyük və Otay qəbiristanlıqlarında yer olmadığı üçün burada dəfn edilirlər.
Ağacanlı və Əmirkəndi qəbiristanlıqları XVIII-XIX əsrlərdə yaşayış olmuş eyniadlı məhəllələrdə (kənd içində kəndlərdə) yerləşirlər. Bunlar dağ ətəklərində daha kiçik (təxminən 250-300 m2) sahələri tutur. Bu qəbiristanlıqlarda vaxtilə Ağacanlıda və Əmirkəndində yaşamış insanlar dəfn olunmuşlar. XVIII-XIX əsrlərdəki Biləv kəndinin əsas yaşayış sahəsindən 1,5-2 km aralıda yerləşən bu qəbiristanlıqlarda son 200 ildə qəbir qazılmamışdır.
Kənddən bir qədər cənubda, Babək qalasındari şərqdə, Gilançayın sağ və so! sahillərində Şeyitlər (Şəhidlər) və Qalanın dibi adlanan iki kiçik və köhnə qəbiristanlıq da vardır. Bu qəbiristanlıqlarda buradakı müxtəlif döyüşlərdə qarşı-qarşıya vuruşan tərəfiərdən həlak olanlar basdırıimışlar. Ancaq Şeyitlər (Şəhidlər) qəbiristanlığında qəbir daha çox olmuşdur. XX əsrin qırxmcı illərində Biləvə və ondan yuxarıdakı dağ kəndlərinə avtomobil yolu çəkilərkən Şeyitlər qəbiristanlığındakı bir çox qəbirlər sökülüb ləğv edilərək itib batmışlar.
Bütün bu qəbiristanlıqlarda sonuncu onilliklərdə əmələ gəlmiş qəbirlərdən başqa qalanları, əsasən torpaq qəbirlərdir. Buniar hamısı şərqdən-qərbə istiqamətlənmiş müsəlman qəbirləridir. Bunlarda baş və sinə daşları müxtəlifdir və əsasən yastı daş, qismən də sənduqə və tək-tək hallarda daş qoç heykəllərindən ibarətdir. Bir çox hailarda bunların üstündə ərəb əlifbası ilə mərhumun kimliyini və yaşadığı illəri bildirən yazılar vardır. Yalnız sonuncu onilliklərdə əmələ gəlmiş qəbirlər, о cümlədən Noxudluq sahəsində yeni salınmış qəbiristanlıqdakı qəbirlər mərmərdən, qranitdən, travertindən və s. qiymətli daşlardan yonulub hazırianmış, rnərhumun kimliyi və yaşadığı zaman yazılmış dik baş daşları və yastı sinə daşları ilə səciyyələnirlər.
Biləvdə «Nalbənd qəbiristanlığı» adı ilə tanınarı bir qəbiristanlıq da vardır. Bu qəbiristanlıq Pərdəşöyün adlanan sahədə orta əsrlər karvan yollarının Biləv-Bist-Zəngəzur- Dərəiəyəz qolunun üstündə yerləşirdi. Görünür karvanlardakı yük heyvanlarını haçansa burada nallayırmışlar ki, bu qəbiristanlığın adı da ondan yaranmışdır.
Haqqında məlumat verdiyimiz Pərdəşöyün qəbiristanlığı 1968-ci iidə öyrənilmiş və burada XIV-XVI əsrlərə aid arxeoloji abidə-nekropol olması müəyyən edilmişdir. Bu nekropol, əsasən, düzbucaqlı formalı, qərbdən-şərqə doğru istiqamətlənmiş torpaq qəbirlərdən ibarətdir. Burada üstündə ərəb əlifbası ilə yazılı daşlar olan qəbirlər də çoxdur. Bunlarda baş və sinə daşları müxtəlifdir və əsasən yastı daş, qismən də sənduqə və 2 daş qoç heykəllərdən ibarətdir.
Biləv nekropolu adlandırılan bu arxeoloji abidə haqqında 2002-ci ildə buraxılmış «Naxçıvan Ensiklopediyası»nda da məlumat verilir. Vaxtiiə nisbətən çox sahəni əhatə edən bu qəbiristanlıq dərə kənarındakı dik yamacın ayağındakı maili düzənlikdə yerləşdiyi üçün sonralar zaman-zaman həmin yamacdan eroziyaya uğrayaraq aşağıya hərəkət edən torpaq, qum, gil, daş və s. materialiarla tədricən örtülərək getdikcə kiçilmişdir. Hal-hazırda burada açıqda qalmış bir neçə qəbir də örtülmək və itib-batmaq üzrədir.
Biləv ərazisirıdə daha bir qəbiristanlıq - nekropol Xaraba Cirəcirdə vardır. Bu kəndin ərazisinin şimal-qərb qurtaracağında, Gal kəndinin ərazisi ilə həmsərhəd sahəsində yerləşən həmin qəbiristanlıq Cirəcir qəbiristanlığı adlanır. Burada orta əsrlərdə yaşayış yeri - qədim Cirəcir kəndi olmuşdur. Bu kəndirı yerində indi 5-10 kalafa və böyük bir sahəni əhatə edən qəbiristanlıq qalmışdır. Burada Qaradərədən (Cirəcirçayın yuxarısından) çəkilmiş qədim su arxının izləri də bilinir. Gəvəklə Cərəcir düzənliyi arasında, Cirəcirçayın sol sahilində yerləşmiş bu kiçik kəndin əhalisi XIX əsrin sonlarında köçüb başqa kəndlərdə (Behrud və s.) məskuniaşmışdır. Girəcirçay, Cərəcir çayı və Cərəcir düzənliyi bu kəndin adı ilə tanınmışdır. Yəqin elə ona görədir ki, Naxçıvan abidələri Ensiklopediyasında bu qədim yaşayış yeri və buradakı qəbiristanlıq - nekropol «Cərəcür» adı ilə şərh edilmişdir. Ancaq tarix boyu bu qonşu kəndlə six təmasda olan biləvlilər son zamanlaradək Biləv mahalının və Biləv kəndinin ərazisi sayılan bu yaşayış yerini həmişə «Cirəcir» adlandırmışlar və indi də «Xaraba Cirəcir» adlandırırlar.
Burada tikililər düzbucaqlı formada yerli daşdan və çiy kərpicdən inşa olunmuşlar. Bu qədim yaşayış yerinin şərq tərəfində mal-davar ağılı, şimal tərəfində isə böyük nekropolun qalıqları var. Cirəcir kəndinin yerində və buradakı nekropolda çəhrayı rəngli, bişmiş şirli və şirsiz saxsı məmulatlarına rast gəlinir.
Bəzi ədəbiyyatlarda Cirəcir Culfa rayonunun ərazisi kimi təqdirn olurıur. Ancaq XIV-XVIÜ əsrlərə aid edilən Cirəciryaşayış sahəsi və eyniadlı nekropol məsafəcə Culfa rayonunun Gal kəndinə yaxın olsa da, əslində onlar Ordubad rayonunurı Biləv kəndinin ərazisində yerləşirlər.
Orta əsrlərə aid arxeoloji abidə oian Cirəcir nekropolunda torpaqda qazılmış müsəlman qəbirləri qərbdən-şərqə istiqamətində uzanmışlar. Əksər qəbirlərin üzərinə sənduqə tipli sinə daşları, bəzilərinə isə daş qoç heykəlləri qoyulmuşdur. Qoç heykəllərindən ikisinin üzərində ərəb əlifbası ilə mərhumun kimliyini və yaşadığı dövrü bildirən yazılar olmuşdur.
Cirəcir nekropolunun (və eləcə də yaşayış yerinin) yaxınlığında zəyərək daşının qırıqları da rast gəlinmişdir.
Beləliklə, Biləv kəndi ərazisində 9 qəbiristanlıq və о cümlədən orta əsrlərə aid 2 nekropol mövcuddur. Ancaq təəssüflə qeyd olunmalıdır ki, Biləvdə qəbiristanlıqlar hasarla və ya çəpərlə əhatə olunmamışdır. Onlar mühafizə olunmurlar və qorunmurlar, mal-davar örüşü kimi otarılırlar. Onlara heç bir qayğı göstərilmir. Bu şəraitdən istifadə edən mənfur qonşularımız - Bist və Parağa kəndlərində yaşayan ermənilər də hələ XX əsrin ortalarında şaiyə yaymışlar ki, guya qəbiristanlıqlardakı daş qoç heykəllərində qızıl gizlətmişlər. Buna da inanan bəzi nadanlar qoç heykəllərini qırıb sındırılmışlar.
Maraqlıdır ki, Biləv ərazisində qəbiristanlıqlar kənd təsərrüfatı üçün daha yararsız yerlərdə, suvarılmayan demyə sahələrdə salınmışdır. Bu da ulu babalarırnızın təsərrüfatçıllığından irəli gəlmişdir.
- Tarix:2015-05-26