• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Təbii şərait

Biləv tipik dağ kəndidir. Onun əsas ərazisinin başlıca hissəsi - 70-75%-i mütləq yüksəkliyi 800-1300 m olan alçaq-dağlıq, az bir qismi isə - təxminən 25%-ə qədəri mütləq yüksəkliyi 1300-1900 m olan ortadağlıq sahələrdən ibarətdir.

Biləv tipik dağ kəndidir. Onun əsas ərazisinin başlıca hissəsi - 70-75%-i mütləq yüksəkliyi 800-1300 m olan alçaq-dağlıq, az bir qismi isə - təxminən 25%-ə qədəri mütləq yüksəkliyi 1300-1900 m olan ortadağlıq sahələrdən ibarətdir. Bu sahələr, əsasən dağ çöllərindən, qalanı isə Cərəcir dağarası çökəkliyi düzənliyindən və Gəvək, Yalqızağac və Ulus yaylalarından ibarətdir. Yaylaqlar isə mütləq yüksəkliyi 2800-3700 m olan yüksəkdağlıq (yuxarı yaylaqlar) və hündürlüyü 2000- 2600 m olan orta dağlıq (aşağı yaylaqlar) ərazilərdə yerləşir.

Yaylaq sahələrində çox uca, şişuclu qayalıq Qapıcıq (3906 m), Gəmiqayası (3725 m), Səfərdərə (3826 m), Xəzəryurd (3713 m), Qaranquş (3147 m), Ayıdərəsi (3115 m), Bibiqətər (3102 m), Qız-gəlin (3017 m) və başqa zirvələr vardır.

Biləv ərazisi mürəkkəb relyefə malikdir. Burada həm qabarıq, (müsbət) həm də batıq (mənfi) relyef formaları geniş yayılmışdır. Qabarıq formalar arasında Zəngəzur sıra dağlarından ayrılan monoklinal, silsilə və tirələr, sinklinal və antiklinal piato və yüksəkliklər, vulkanik gümbəzlər (Elti, Qaladağ, Abdal, Bünyad qalası və s.) mühüm yer tutur. Batıq relyef formaları arasında Cərəcir dağarası çökəyi onların ən böyüyüdür. Burada həmçinin antropogen və təbii deformasiyaya rnəruz qalmış qədim düzəlmə səthləri Gilançay və Parağa- çay hövzələrində müşahidə edilir. Onlar çoxlu sayda kiçik düzənlik sahələrlə (Meydan, Cəbəlxana, Ağalıq bağı, Pərdə- şöyün və s.).təmsil olunmuşlar.

Biləv ərazisində, əsasən Gilançayın qolları və su anbarı ilə təmsil olunmuş hidroqrafik şəbəkənin sıxlığı olduqca müxtəlifdir. Onun kəmiyyət göstəriciləri kərıdin ərazisinin mərkəzi və yaylaq sahələrində kifayət qədər yüksək olduğu halda, başqa sahələrdə o, olduqca aşağıdır və ya yox dərəcəsindədir. Burada çoxsaylı dərələr olsa da onların əksəriyyəti quru və yayda quruyan dərələrdir. Su arxları yalnız bağlıq və suvarılan əkin sahələrində mövcuddur. Belə sahələr isə kəndin ərazisinin az bir hissəsini təşkil edir. Qrunt suları da yalnız yaylaqlarda və çayların vadilərindəki kiçik düzənliklərdə yayılmışlar.Bulaqlar vardır.

Şişuclu dağların qaya zirvələri, onların qayalı daşlı və çılpaq sıldırım yamacları həmçinin çaqıldaşlı, çınqılli çay yataqları istisna olunmaqla Biləv ərazisinin başlıca hissəsi torpaqla örtülmüşdür. Burada torpaq qatı olduqca müxtəlif və çoxlu sayda torpaq tipləri ilə təmsil olunmuşdur. Cərəcir düzündə 2 m-dən artıq qalınlıqh qumsal, zəif şorlaşmış, yüksək humuslu boz-çəmərı torpaqları inkişaf etmişdir. Dağ çölləri (o cümlədən yaylalar) ağır gillicəli, açıq və ibtidai boz, qalınlığı isə 0,1-1 m-ə qədər oian torpaqlarla örtülmüşdür. Çay vadilərindəki kiçik terras düzənlikləri suvarıları subasar allüvial - çəmən torpaq qatı ilə örtülmüşdür ki, bu qatın da qalınlığı 0,5-1,5 rrı arasındadır. Kəndiçi həyətlərdə və bağ- bağçalarda mədəniləşmiş tünd və adi dağ-şabalıdı torpaqlar inkişaf etmişdir. Kəndətrafı bağların əksər hissəsi isə suvarılan tipik boz torpaqlarda salınmışdır. Ağır gillicəli, şiddətli eroziyaya uğramış açıq dağ şabalıdı torpaqlar 0,2-0,5m qalınlıqla ortadağlıq sahələrin bəzi yerlərində yayılmışlar. Yuxarı yaylaqlarda bozqır dağ-çəmən torpaqlar az qalınlıqla, aşağı yaylaqlarda isə nisbətən az eroziyaya uğramış, 0,2-0,5m qalınlıqlı qismən çürüntülü-əhəngli dağ-şabalıdı torpaqlar yayılmışlar.

Biləv zəngin bitki örtüyünə malikdir. Sıxçimli müxtəlifotlu alp çəmənləri və xalıları yuxarı yaylaqlarda geniş sahələri əhatə edirlər. Subalp hündürotluqları - baldırğanlıqlar, süpürgəotluqlar, qaraqanqallıqlar bu yaylaqların aşağı hissələrindəki soyuq bulaqların ətrafında yayılmışlar. Dağ-kserofit bitkiliyi aşağı yaylaqlarda inkişaf etmişdir. Dağ-bozqır bitkiliyi, əsasən, ortadağlıq sahələrdə yayıimışdır. Bu bitkiliyin yerində əmələ gəlmiş mədəni bitkilik həyətləri, bağları, bağçaları, bostan, tərəvəz əkini və biçənək sahələrini əhatə edir. Tikanlı-gəvənli, taxıllı-müxtəlifotlu quru bozqırlar əsasən vulkan tufları yayılmış alçaqdağlıq və ortadağlıq sahələrdə əmələ gələrək geniş əraziiəri tuturiar. Biləv ərazisində ən çox yayılan efemerli, yovşanlı və qəşotlu səhra bitkiliyidir. Bu bitkilik alçaqdağlıq sahələrdə yayılaraq, geniş dağ çöllərini əhatə edir. Yovşanlı, yovşanlı-friqanoidli, yovşanlı-şorangəli səhra bitkiliyi Cərəcir düzündə taxıl əkini zəmilərinin ətraflarında yayılmışdır. Parağaçayın və Gilançayın vadiləri boyu enliyarpaqlı meşə bitkiliyi yamaclarda əmələ gəlmişdir. Gilarıçayın yatağına yaxın düzəniiklərdə (Meydan, Cəbəlxana və s.) subasar çəmənlər də mövcuddur.

Naxçıvan Muxtar Respublikası ərazisində müəyyən edilmiş 5 iqlim tipindən 3-ü Biləvin əsas ərazisi, 2-si də onun yaylaq yerləri üçün səciyyəvidir. Yayı quraq keçən mülayim isti səhra və quru çöl iqlimi Cərəcir düzənliyi üçün səciyyəvidir. Burada orta illik temperatur 10-14°C, orta illik yağıntı- 300 mm-dək olur. Qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi Biləv ərazisindəki alçaqdağlıq qurşağın yuxarı, ortadağlıq qurşağın aşağı hissəsini (1100-1600 m) əhatə edir. Burada orta illik temperatur 8-10°C, orta illik yağıntı 300-350 mm təşkil edir. Yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlimi Biləvdəki ortadağlıq qurşağın qalan 1600-1900 m yüksəklikdə olan hissəsini əhatə edir. Bu iqlim tipi sahəsində orta illik tempera­tur 6-10°C, orta illik yağıntı 400-800 mm-dir. Yayı quraq və sa­rin keçən soyuq iqlim yaylaq sahələrinirı yüksəkliyi 3200 m-ə qədər olan aşağı hissələrini əhatə edir. Burada orta illik tempe­ratur 1-3°C, yağıntıların orta illik miqdarı 400-800 mm-dir. Dağlıq tundra iqlimi yaylaqların yüksəkliyi 3200 m-dən artıq olan hissəsini əhatə edir. Bu iqlim tipi qışın və yayın soyuq keçməsi, yağıntıların əvvəlki tipə nisbətən az olması və ifrat rütubətlənmə ilə səciyyələnir. Ümumiyyətlə yüksəklik artdıqca havanın hərarəti azalır. Ən aşağı temperatur yanvar ayında olur. Fevraldan marta doğru hava istiləşir. Aprel və may aylarında hərarət daha müntəzəm artır. Havanın ən yüksək hərarəti avqust ayında olur. Sentyabr ayından başlayaraq temperatur intensiv surətdə aşağı düşür. Yağıntının çox hissəsi yazda yağır. İyul- sentyabr ayları, demək olar ki, yağıntısız keçir. Kəndin yaşayış sahəsində və ondan cənubda qar noyabrın axırlarında - dekabrın əvvəllərində yağır və martin axırı - aprelin əvvəlinədək yerdə qalır. Onun qalınlığı 20-30 sm-ə çatır. Yüksəkliyi 1500 m-dən artıq olan dağlıq hissədə qar oktyabr-noyabr aylarından başlayaraq yağır və aprelədək yerdə qalır. Yaylaqlarda isə qar mayın ortalarınadək yerdə qalır. Burada qar örtüyünün qalınlığı 1 m-ə çatır və yazda dik yamaclarda qar uçqunları (kırs) baş verir. Biləv ərazisində əsasən, yerli, zəif küləklər əsir. Yaz aylarında arabir dolu yağır. Güclü leysan yağışları az-az hallarda baş verir. Yazda yağış və xüsusilə dolu yağdıqdan sonra zəif və orta sellər olur.

Biləvin heyvanat aləmi olduqca zəngindir. Burada xeyli məməli növü yayılmışdır. Ən çox rast gələn dovşandır. Yırtıcı məməlilərdən çaqqal, tülkü və canavar çoxdur. Porsuq və dələ (safsar)da az deyil. Bəbir, vaşaq, ayı və çöldonuzu na­dir hallarda rast gəlir. Cütdırnaqlı məməlilərdən dağkeçisi ki- çik sürülərlə dolaşır. Dağqoyunu da kənddən uzaq örüşlərdə rast gəlir. Gəmirici məməlilərdən siçan və boz siçovul çoxdur. Bunlardan başqa kirpi, yarasa və başqa heyvanlar da vardır. Burada sürünənlərin çoxlu növləri - tısbağa, kələz, kərtənkələ, ilana ağı verən, koramal, kor ilan, yatağan, su ilanı, gürzə, şahmar ilan və s. məskunlaşmışdır. Bir çox quşlar vardır. Bun­lardan sərçə və qarğa geniş yayılmışdır. Ağacdələn, sağsağan (qəcələ) və kəklik də tez-tez rast gəlir. Zağca, ular, koltoyuğu, zəvzək və dovdaq da ara bir hallarda rast gəlirlər.

Yaz aylarında qaranquşlar və sarlar tez-tez görünürlər. Nadir hallarda qartal və qaraquş da rast gəlirlər. Bunlardan başqa Biləvdə onlarla böcək növü, çoxlu kəpənək növü, çox- lu milçək, cücü və s. həşərat növləri, bir çox qurbağa növləri vardır. Çaylarda gümüşcə, çılpaqca, yaylaq sularında qızıl- xallı (forel) balıq növləri vardır.

Ev heyvanlarından qoyun, keçi, inək geniş yayılmışdır. Tək-tək at, eşşək, it və pişik saxlayanlar vardır. Ev quşları əsasən toyuq, hind toyuğu və qazdan ibarətdir.

Biləv ərazisində təbii hadisə və proseslərin və eləcə də antropogen fəaliyyətin təsiri' nəticəsində onun ekoloji şərai- tində müəyyən dəyişikliklər baş verir.

Biləvdə ekoloji şəraitə təsir edən bir sıra amillər bunlar-

dır:

  • orta və zəif sellər;
  • torpaqların eroziyası və mexaniki tərkibcə dəyişməsi;
  • nadir hallarda baş verən kiçik sürüşmələr;
  • vaxtiiə ətraf rnühitin ağır metallarla çirklənməsi.

Bununla belə, bütövlükdə götürdükdə Biləvdə ekoloji vəziyyətin gərginləşməsinə səbəb olan heç bir ciddi amil yoxdur. SSRİ dövründə fəaliyyətdə olan Parağaçay filiz mədənində 1991-ci ildə işlər dayandırıldıqdan sonra Biləvin çay vadilərindəki qismən çirklənmiş torpaqlarının, bitkilərinin və sularının tədricən özünü təmizləməsi baş vermişdir. 2010- cu ildə fəaliyyətə başlayan Biləv HES-in isə ətraf rnühitə zərərli təsiri gözlənilmir. Odur ki, burada və yaxın ətrafda təbii mühiti çirkləndirə bilən sənaye müəssisəsi, iri nəqliyyat və kommunikasiya sistemləri yoxdur. Torpaqların eroziyası, ki- çik sürüşmələr, uçqunlar və sellər isə həmişə və hər yerdə olduğu kimi, elə də ciddi ekoloji problem sayilmamalidir. Əksinə, iki saf, şəffaf, təmiz, şirin və sərin dağ çayının qovuşağında yerləşdiyinə görə, burada su anbarının, su kanalının, çoxsaylı su arxlarının və onlarla sərin içməli su bulaqlarının mövcudluğuna, geniş ərazisinə, bağ-bağatın, oazislərin, ta- xıl, tərəvəz, bostan və s. əkin sahələrinin bolluğuna, otlaq və örüş sahələrinin genişliyinə və təmiz, səfalı dağ havasına görə Biləv olduqca əlverişli ekoloji şəraitə malikdir.Burada ekoloji vəziyyətin gərginləşməsi də gözlənilmir.

Biləvin alçaq və orta dağlıq ərazisi, əsasən 8 baladək yüksək dağlıq yaylaq sahələri isə 9 baladək seysmik aktiv zonasına düşür. Biləv ərazisindəki torpaqlarda, sularda, bitkilərdə və eləcə də atmosfer havasında radiasiya ətraf ərazilərdəki fon səviyyəsindən aşağı həddədir.

Biləv ərazisində mis-molibden və polimetal tipli əlvan metallar, andaluzit və seolit yataqları, zəy, divar daşı, qırmadaş, üzlükdaşı, qum, qum-çınqıl qarışığı, gil təzahürləri, kvars, kvarsit, çaxmaqdaşı qaymaları və mineral bulaqlar vardır. Biləv ərazisinin təbii xüsusiyyətləri hərtərəfli nəzərə ahnaraq və qruplaşdırılaraq, burada biri birindən fəqlənən 3 landşaft zonası ayrılır. Bu zonaların da daxilində çoxsaylı landşaft məhəlləri və mərzləri ayrılırlar.

  • Dağönü - yarımsəhra landşaft zonası yalnız Cərəcir düzənliyini əhatə edir, şörakətli torpaq örtüyü və səhra və yarımsəhra bitkiliyi ilə seçilir.
  • Alçaqdağlıq - çöl landşaft zonası alçaqdağlq qurşaqda və orta dağlıq qurşağn aşağı hissəsinidə yerləşən dağ çöllərini və yaylaları (Gəvək, Yalqızağac, Ulus) əhatə edir, torpaq qatının, bitki örtüyünün və antropogen təsiriərin müxtəlifliyi ilə səciyyələnir. Bu landşaft zonası daxilində çox sayls landşaft məhəlləri və mərzləri ayrılır. Biləv kəndinin yaşayış sahəsi güclü antropogen təsirlərə məruz qalması və mədəniləşmiş torpaq - bitki örtüyü tipləri ilə səciyələnən landşaft sahəsini təşkil edir.

3. Yüksəkdağlıq - çəmənlik landşaft zonası başlıca olaraq yaylaq sahələrini əhatə edir, alp və subalp çəmənlikləri, soyuq bulaqlar və soyuq iqlim tipləri ilə səciyələnir. Bu zona- daxilində alp çəmənlikləri və xalıları və subalp çəmənlikləri landşaf tipləri ayrlırlar.

  • Tarix:2015-05-26

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.