Xəlfəli tayfası
Biləvin 3-cü böyük tayfası (Biləv və Abdal tayfalarından sorıra) Xəlfəii tayfasıdır.
Biləvin 3-cü böyük tayfası (Biləv və Abdal tayfalarından sorıra) Xəlfəii tayfasıdır. Xəifəlilər Biləvdə XVI əsrin axırlarında və ya XVII əsrin əvvəllərində məskunlaşmışlar. Beləliklə onlar «Biləv», «Abdal» və «Şamlı» tayfalarından sonra burada məskunlaşan 4-cü qədim tayfa sayılırlar. Xəlfəiilər əvvəllər Biləv ərazisində karvan yolu üstündə eyniadlı yaşayış məskəni salaraq orada təxminən 270-280 il yaşamışlar və sonradan qədim Biləv kəndindəki yeni salınmış məhəllələrə köçmüşlər.
Maraqlıdır ki, Biləvdə «Biləv tayfası», «Abdal tayfası» və «Xəlfəli tayfası» ifadələri işlədilmir. Bu tayfaların indiki və eləcə də XIX-XX əsrlərdəki davamçıları təmsil etdikləri sonrakı nəsillərin adları ilə tanınrnışlar. Görünür lap əvvəllər burada yalnız «Biləv» tayfası məskunlaşdığı üçün «Biləv» sözünün tayfa adı kimi işlənməsinə ehtiyac qaimamışdır. Zaman keçdikcə bu tayfadan çoxsaylı yeni tayfa və nəsillər törəmişlər ki, Biləvlilər də bunların adları ilə tanınrnışlar. «Abdal» və «Xəlfəli» tayfaları da sonradan törərrıiş çoxsaylı tayfa və nəsillərlə təmsil olunduqları üçün həmin tayfaların üzvləri də sonradan törəmiş tayfa və nəsillərin adları ilə tanınmışlar.
Xəlfəli tayfası 11 nəslə - Abbaslı (Abbasovlar), Alməmmədli(Alməmmədovlar) Əlili (Əliyevlər), Əsgərli (Əsgərovlar), Həsənuşağı (Həsənovlar), Hüseynli (Hüsey- novlar), Murtuzlu (Murtuzovlar və Qasımovlar), Pirmuradlı (Alməmmədovlar),Rzalı (Rzayevlər), Rzaoğiular (Hüseynovlar və Nəsirovlar) və Yusifəli (Usubalıuşağı) (Hüseynovlar) nəsillərinə ayrılırlar. Təəssüf ki, bu nəsillər arasındakı tayfa ilişkilərini bərpa etmək mümkün olmur. Ancaq böyük ehtimalla güman etmək olar ki, onlardan Abbaslı nəsli 1726-cı ildə Biləvdə yaşamış Nəzər və oğulları Əbdüləziz və Yunis ailəsinin, Hüseynli nəsli Məmməd və oğlu Xəlil ailəsinin, Murtuzlu nəsli Əli və oğlu Qasım ailəsinin və Yusifəli (Usubalıuşağı) nəsli Məmməd, oğlu Yusif və nəvəsi İmam aıləsinin indiki davamçılarıdır.
Abbasiı nəslindən olan Süleyman hələ çar Rusiyası vaxtı qaçaq dəstəsi yaradaraq, uzun müddət hökümətə qarşı mübarizə aparmışdır.Qaçaq Süleymanın dəstəsi əsasən yuxarı dağ kəndləri (Tivi.Bist vəs.)ətraflarında fəaliyyət göstərmişdir. 1918- ci ildə ermənilər bu qaçaq dəstəsini hiylə ilə (guya barışmaq üçün təşkil olunmuş qonaqlıqa çağırıb) ələ keçirib məhv etmişlər. Sonralar parağalı ermənilər söyləyirmişlər ki, Androniklə Süleyman arasında belə bir söhbət olmuşdur:
-neçə ildi qaçaqlıq edirsən? -20 il
-bu 20 ildə sən qaçaqlıq yox nadanlıq etmisən -niyə?
-ara 20 ilin qaçağı da özünün belə böyük dəstəsi ilə könüllü ölməyə gələr?
Tələyə düşüb tərkisilah olmuş dəstə başçısı öz kobud
səhvini anlayanda artıq gec idi
Xəlfəli nəsilləri bir о qədər də qollu-budaqlı nəsillər olmamışlar və başqa biləvlilər kimi əsasən ortabab və ya kasıb zəhmətkeş kəndii həyatı sürmüşlər, Onlardan Həsənuşağı nəsli Kəngərlilərlə qohumluq əlaqəiərinə görə nisbətən variı və nüfuzlu olmuşdur. Bu nəsildə Kəlbə Məmmədhəsən kəndxuda, sonralar isə onun qardaşı oğlu Şəmi Həsənov Biləvdəki kolxozun ilk sədri olmuşlar. Xəlfəlilər varh nəsillər olmasalar da 1937-ci ildə Abbaslı nəslindən Yunis Abbasov, Həsənuşağı nəslindən Kəlbə Məmmədhəsən və Şəmi Həsənovlarrepressiya olunmuşlar. Sonra repressiya illərində Biləvdə kənd soveti sədri işləmiş Əli Hüseynov (Hüseynli nəsli) guya müharibədən yayınan fərari kimi həbs edərək güllələnmişdir.
Yaşlı kişilər represiya, cavanlar isə müharibə (1941- 1945 ci illər) və qəzalar səbəbindən həyatdan getdikdm sonra bir zamanlar tanınmış, nüfuzlu və qollu budaqlı nəsli olan Həsənuşağı nəsli kəsilmişdir.
Yunis Abbasovu əvvəlcə Uzaq Şimaldakı Norilski şəhərində oiduqca pis şəraitdə ağır zəhmətə qatlaşmağa məcbur etmişiər. Oradan qaçan Yunis bir müddət Gəncədə qaldıqdan sonra köçərək Zaqatala şəhərində yerləşmişdir. Y.Abbasov yalnız repressiya qurbanlarına bəraət verildikdən sonra doğma Biləvə qayıtmışdır. Yunisin oğlu Yusif də 1957- ci ildə ailəsi ilə birlikdə Zaqatalaya köçmüşdür və ömrünün sonuna qədər burada yaşamışdır. Kiçik yaşlarından saz çalmağa həvəs göstərmiş Yusif Balakən rayonunun İtitala kəndində yaşayan Aşıq Məhəmmədin şagirdi olmuş, ondan saz çalmağı, oxumağı, hətta şeir qoşmağın yollarını da öyrənrrıişdir. Deyilənlərə görə Yusif 60-a yaxın saz havasını çox dürüst çalıb oxuyurmuş, 40-a yaxın dastan, saysız- hesabsız zərb məsələlər, lətifələr, qoşmalar, gəraylılar, divanilər, müxəmməslər bilirmiş. Elə о üslubda da çoxlu şeirlər yazmışdır. Yusifin «Zaqatala aşıqları» kitabında 10 şeiri və «Biləv» kitabında «Doğulmuşam Biləvdə» şeiri çap edilib. Yusifin övladları Zaqatalada və qismən Rusiyada yaşayırlar.
Biləvin həyatında Xəlfəli nəsillərinin öz yeri vardır. Mur- tuzlu nəslindən Murtuz oğlu Qasım hələ 1918-ci ildə kəndə basqın edən ermənilərə qarşı mərdliklə vuruşmuşdur. Onun oğlu Murtuz keçən yüzillikdə kəndin ruhanilərindən olmuş- dur və yas məclislərini idarə etmişdir. Hüseyinli nəslindən Əli İbrahimxəlil oğlu Hüseynov 1930-cu illərdə və Pirmuradlı nəslindən Məşədi Fətullah Cəfərqulu oğlu Alməmmədov 1980-ci illərdə Biləvdə kənd Soveti sədri işləmişər. Eləcə də, Yusifəli (Usubalıuşağı) nəslindən Əli Məhəmməd oğlu Hüseyov 1990-cı illərdə Biləvdə rayon icra aparatı nümayən- dəsi olmuşdur. Əlili nəslindən Həsən, İbrahim, Yalçın Əliy- evlər, Alməmmədli nəsiindən Dadaş və Hüseynalı Alməm- mədovlar müxtəlif peşələrdə (sürücü, çayçı.dəmirçi) çalışa- raq həmkəndlilərinə xidmət etmişdir. Rzaoğlular nəslindən Məhərrəm və Əmrah Hüseynovlar, Bəhmən Nəsirov heyvandarlıqla məşğul olaraq, biləvlilərin mal-davarının qayğısına qaimışlar. Əsgərli nəslindən İsmayıl Əsgərov, Hüseynli nəslindən Sənan Hüseynov, Murtuzlu nəslindən Hacı Ya- sin, Məşədi Şəhrud, Ədalət Murtuzovlar, Pirmuradlı nəs- lindən Həsən Alməmmədov, Rzaoğlular nəslindən Cahad Hüseynov, Yusifəti (Usubalıuşağı) nəslindən Əli Hüseynov Biləv məktəbində uşaqlara bilik öyrətmişlər. Xəlfəli tayfasının müxtəlif nəsillərindən olan nümayəndələri Vəzir Rzayev, Əsgər Əsgərov, Məhəmməd Hüseynov, Həbib Murtuzov və başqaları kolxoz dövründə müxtəlif təsərrüfat sahələrində fəal çalışmışlar. Xəlfəli nəsillərinin indiki davamçıları Biləv- də, Bakıda və başqa yerlərdə yaşayırlar. Onlardan kənddə yaşayanlar, əsasən, kənd təsərrüfatı işləri ilə məşğul olur, Bakıda yaşayanlar isə, müxtəlif peşələrdə - neftçi kimi (Əli və Elçin Əliyevlər), elm adamları kimi (Qadir Murtuzov və b.), iş adamı kimi (Qabil Murtuzov və b.), ticarət sahəsində (Ələkbər Əsgərov, Rövşən Rzayev və b.) çalışıriar. Həsən Alməmmədov və Mədəd Rzayev Biləvlilərin toylarında masabəylik edirlər.
- Tarix:2015-05-26