Etibarlılıq
Biləvlilər ta qədimdən bəri bir çox hallarda əlbir iş görmüşlər.
Biləvlilər ta qədimdən bəri bir çox hallarda əlbir iş görmüşlər. Şərikli taxıl əkib becərınişlər, birlikdə mal heyvan saxlayıb becərmişlər, quliuq etmək və məhsulu yığıb qurtarmaq üçün tut bağlarını, mevliklərini bir-öirinə icarəyə vermişlər, yaylaqda saxlayıb otarmaqla ət, yağ, pendir, yun əldə etmək üçün inəklərini, qoynlarını, keçilərini bir-birilərirıə taraca vermişlər, rnüəyyən müddətə istifadə edilmək üçün yük heyvanlarını bir-birilərinə icarəyə vermişlər, onlarla və yüzlərlə arı pətəklərini bir-birilərinə ümid etmişiər. Bundan başqa müxtəlif səbəblərdən bir-birinə mal, mülk, qiymətli əşyalar, pul, qızıl, daşqaş, silah və s. verib müxtəlif müddətlərə saxlatdırmışlar. Hətta, bəzən öz uşaqlarını da bir- birilərinə əmant etmişlər.
Adətən belə hallarda heç bir müqavilə-filan bağlanmamış, iltizamnamə alınmamış və şahid-filan tutulmamışdır. Yalnız tərəflərin quru sözlə razılığı olrnuşdur. Bununla belə, bu hallarda kiminsə kimə yalan danışdığı, kələk gəldiyi, xəyanət etdiyi barədə, pay bölgüsündə və əmanətin qaytarılmasında kiminsə narazı qaldığı, aldandığı, haqqı tapdandığı barədə biləvlilərin dilindən bir kəlmə də eşidilməmişdir. Halbu ki, XIX- XX əsrlərdə, bəzən 18-ci yüzillikdə baş vermiş bir çox başqa hadisələri biz həmkəndlilərimizin söhbətlərindən dəfələrlə eşitmişik. Görünür «əmanətə xəyanət olmaz» deyimini biləvlilər qulaqlarırıa sırğa taxaraq, müqəddəs saymışlar və həmişə ona əməl etmişlər. Əgər belə olmasaydı bu barədə mütləq danışanlar, eşidənlər olardı, söhbət edənlər, xatırlayanlar tapılardı.
Bu yerdə olmuş bir tarixi əhvalatı xatırlamaq yerinə düşər. 1980-cı illərin axırlarında - 1990-cı illərin əvvələrində mənfur qonşularımz ermənilər bizlərə qarşı açıq düşmənçiliyə başlamışdılar. Onlar Qərbi Azərbaycandakı (Ermənistandakı) soydaşlarımızı öz ata-baba yurlarından vəhşiliklə qovmuşdular. Erməni vandallar Qarabağda bir sıra qırğınlar, Bakıda terror hadisələri törətmişdilər. Bu hadisədən sonra Azərbaycanda, о cümlədən Naxçıvan M R - da yaşayan ermənilər bir tərfdən Azərbaycanlıların haqlı qəzəbinə tuş gəlmişdilər, digər tərfdən də xəcalətdən başlarını yüxarı qaldıra bilmirdilər. Odur ki, onlar Azərbaycan ərazisindən kütləvi surətdə çıxıb getməyə başlamışdılar. Parağalı ermənlərin biləvli Kazımov Surxay Həsən oğlunun işlətdiyi kiçik avtobusla Mığrıya qədər təhlükəsiz daşınması təşkil ounmuşdu. Parğalı Aqababayan Babken isə, öz əşyalarını və yeniyetmə oğlu Qrişi şəxsi minik maşınında aparmaq istəmişdi. Ancaq, yolda bunun təhlükəli olduğundan qorxaraq, maşını əşyalar- la və oğlu Qrişlə birlikdə о zaman Gilançay kəndində yaşa- yan biləvli Məhəmmədhəsən ağanın nəvəsi Saday Balabəy oğlu Məmmədova ümid edib özü aradan çıxmışdı. Bir xeyli müddət (6 aydan artıq) Qriş Saday Məmmədovun evində qaimışdır. Sonra əlaqə yaradılaraq Qrişi minik maşını ilə birlikdə, Saday və qardaşı Cabir Məmmədovların, həmçinin polislərin müşaiyəti ilə aparıb Mığrıda erməni tərəfinə vermişlər. Həmin müddətdə Qriş Sadayın evində, necə deyərlər, göz bəbəyi kimi qorunmuşdur. Ermənilərin vandallığından və vəhşiliklərindən qəzəblənən gənclər dəfələrlə təklikdə, ikilikdə, üçlükdə və s. Qrişi öldürmək üçün Sadayın evinə hüsum etmişlər. Belə insidentlər ciddi münaqişə, silahlı toqquşma həddinə qədər gəlib çıxmışdır. Hər dəfə də Saday «yalnız mənim meyitimin üstündən keçib Qrişə toxuna bilərsiniz» demişdi və sözünün də üstündə durmuşdu. Qardaşı Cabir, oğulları Nəriman və İsmayıl da Sadayı tək qoymamışdılar. Onunla birlikdə öz həyatlarını təhlükəyə ataraq erməni Qrişi qorumuşdular. Keçmiş zamanlarda da Biləvdə buna oxşar hadisələr baş vermişdir.
Saday Məmmədov bu əhvalatı təfsilatı ilə mənə (H.Aslanlı) danışarıda birtərəfdən mənim ona acığım tuturdu, hiddətlənirdim, bir tərəfdən də Sadaya haqq qazandırırdım. Sadaya «Sən elə bilirsən ki, düzgün hərəkət etmisən?» deyəndə о çaşqınlıqla «...axı mən Babkenin evində dəfəlrlə çörək yemişəm, ...axı mənə əmanət olunan 15 yaşlı uşağı güdaza vermək mənə ölümdən də ağır olardı» deyə özünə haqq qazandırmağa çalışırdı. Sonralar da mən bu barədə düşünəndə bir daha yəqin etdim ki, Saday Məmmədov bu işi tanışı Babkenin xatirinə və ya Qrişi çox istəməsinə görə etməmişdir. O, kəsdiyi çörəyə, verdiyi sözə, əmanətə xəyanət edə bilməmişdir. İndi bu sətirləri yazdığım zaman da düşünürəm ki, «ey dadi bidad, ermənilər torpaqlarımızı işğal etdiyi, bizə qarşı soyqırımlar, terrorlar törətdiyi, ana- bacılarımızı əsirlikdə saxladığı, sərvətlərimizi taladığı bir zamanda biz onların uşaqlarını, qadınlarını, həyatırnız bahasına olsa belə, yenə qoruyuruq., təzada bir bax! Ermənilər yalandan şivən qoparıb özlərini əzabkeş millət kimi göstərməkdənsə bizim onlarla müqayisədə necə yüksəkdə dayanan ulu millət olduğumuzu anlaya bilsəydilər barı!»
Yazdıqlarımızdan göründüyü kimi biləvliiər əmanətə xəyanət etməzlər, əmanətçi qatı düşmən olsa belə!
- Tarix:2015-05-26