• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Abdal dağ adının - etnotoponiminin yaranması

«Abdal» toponimi «Biləv» kitabında qısa şəkildə və aşağıdakı cümlələrlə izah edilmişdir.

«Abdal» toponimi «Biləv» kitabında qısa şəkildə və aşağıdakı cümlələrlə izah edilmişdir.

«Abdal - Biləv kəndindən 3 km qərbdə yerləşən, ən hündür zirvəsinin yüksəkliyi 1925 m olan və silsilə tək uzanan dağların adıdır. Qədim türk dilində Abdal sözü sirli, müəmmalı, açılmamış, xam mənalarında işlədilmişdir. Burda da Abdal adı sirli dağ, xam (otarılmamış) yer anlamından yaranmışdır. Başqa bir versiyaya görə Abdal möhkəm, iti mənasında işlədilən Abdar sözündən əmələ gəlmişdir.»

«Biləv» kitabının çapından sonra «Abdal» haqqında toplanan və araşdırılan geniş materiallar isə bu toponimin daha eimi və daha düzgün izahını verməyə imkan yaratmışdır:

«Abdal» Biləv kəndindən 2,0-3,0 km qərbdə yerləşən və Gəvək yaylasını cənub-şərq tərəfdən hüdudlandıraraq silsilətək uzanan dağların adıdır. Silsilənin ən hündür zirvəsinin yüksəkliyi 1925 m-dir. Bu dağların ətəklərində, yamaclarında və yaxınlıqlarında bir sıra təndir və ocaq yerləri, mal-heyvan saxlanılan ağıllar, arxaclar, küzlər vardır. Bunlar da Abdalın qədim yaşayış məskəni olduğundan xəbər verir. Bundan başqa Azərbaycan ərazisində «Abdal» adı ilə bağlı çoxlu kəndlər vardır. Ağdam və Tovuz rayonlarının ərazilərində Abdal kəndləri, Oğuz və Şəki rayonlarında Abdallı kəndləri, Şamaxı rayonunda Çoban Abdallı, Qubadlı rayonunda Abdalanlı kəndləri vardır. İndiki Laçın şəhərinin əvvəlki adı Ab- dallar idi. Naxçıvan sancağının Qışlağat nahiyyəsində Abdallı kəndi olmuşdur. Türkiyə, Cənubi Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində də Abdal adı ilə bağlı qədim yaşayış məskənləri mövcuddur.

B.Budaqov və Q.Qeybullayev «Naxçıvan diyarının yer yaddaşı» kitabında (Bakı, 2004-cü il) göstərirlər ki, «Ab­dal bir sıra türk xalqlarının etnik tarixində iştirak etmiş tayfa adıdır. Bu tayfa başqırd, qaraqalpaq, türkmən və qazax xalqlarının tərkibində də vardır. Tədqiqatçılara görə bu tayfa hun mənşəlidir. Orta əsrlərdə Türkiyə ərazisində yaşayan tayfalardan biri də Abdal idi. Lakin bu tayfanın Azərbaycan ərazisinə gəlib yerləşməsi vaxtı dəqiq məlum deyil. V əsrdə yaşamış suriyalı bir müəllifin Şimali Qafqazda «Hun əyalətində» yaşayan tayfalar içərisində Abdal tayfasının adını da çəkməsindən belə nəticə alına bilər ki, abdallar, hər halda, eranın əvvəllərində burada (Azərbaycan ərazisində) məskun idilər. Musa Kalankatlının «Alban tarixi» əsərində (VII əsr) Albaniyada yaşayan tayfalar sırasında Abdal (Eptal) tayfası da qeyd olunmuşdur».

«Azərbaycan toponimlərinin ensiklopedik lüğəti»ndə də Abdalla bağlı çoxlu oykonimlərin (kənd adlarının) Azərbaycan ərazisində mövcudluğu və Ordubad rayonu ərazisində - Biləv kəndində Abdalın etnotoponim olması qeyd edilmişdir.

Bütün bunların əsasında tam əminliklə demək olar ki, bizim eranın əvvəllərində və ola bilsin ki, V-VIII əsrlərdə Biləvin Abdal adlanan indiki dağlıq ərazisində Abdallar məskunlaşmışlar, icma halında yaşamışlar və sonra tədricən miqrasiya olunaraq Biləvin о dövrlərdəki əhalisinə qaynayıb qarışmışlar.

Abdal dağlarının ətraflarındakı taxıl əkini zəmiləri və onların aşağı ətəklərindəki bağ sahələri tarixən Biləvdəki bir neçə qədim tayfa və nəsillərə (Allahquluuşağı, Əzimuşağı, Taharlı, Əmirli və s.) mərssub olmuşdur. Bu tayfa və nəsil- lər də qədim Biləvin mərkəzi hissəsindən nisbətən uzaqdakı, çayın sağ sahillərindəki qıraq məhəllələrdə (Qurddərəsi, Otay və s.) məskunlaşmışlar və görünür ki, orta əsrlər boyu kompakt yaşarrıışlar. Adı çəkilən tayfa və nəsillərin heç bir nümayəndəsinin qədim Biləvin mərkəzi hissəsi olan Kəndiçi meydanının ətraflarındakı yerlərdə (məhəllələrdə və s.) haçansa və hər hansı bir əmlakının olması faktla təsdiqlənmir. Bütün bu dediklərimiz də Abdalların biləvlilərə sonradan və tədricən qaynayıb qarışmasını göstərir.

Beləliklə Biləvdəki kiçik dağ silsiləsinin adı olan «Abdal»- ın etnotoponim olması və qədim türkdiili tayfa adndan götürülməsi qənaətinə gəlirik.

  • Tarix:2015-05-27

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.