• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Qayalarda və daşlarda rəsmlər

Qayalarda və daşlarda rəsmlər Biləvin (dəqiq desək biləvlilərin) yaylaqlarında, əsasən, Qaranquş (bir hissəsi Bi- ləvə məxsusdur), Nazağa, Hacı Xudayar yurdu (Xəzəryurd) yaylaqlarında geniş yayılmışdır.

Qayalarda və daşlarda rəsmlər Biləvin (dəqiq desək biləvlilərin) yaylaqlarında, əsasən, Qaranquş (bir hissəsi Bi- ləvə məxsusdur), Nazağa, Hacı Xudayar yurdu (Xəzəryurd) yaylaqlarında geniş yayılmışdır. Onlar Gəmiqaya rəsmlərinin tərkib hissəsinə daxildir.

Gəmiqaya (Gəmi qayası) Biləvin yaylaq sahələrinin şimal hüdudunda yerləşən və Zəngəzur silsiləsinin suayrıcındakı ən yüksək dağ zirvəsinin adıdır. Bu ad qədim Nuh əfsanəsi ilə bağlıdır. Guya Nuhun gəmisi bu dağ zirvəsinin başındakı şiş qayaya ilişmişdir və gəminin sonrakı hərəkəti ilə bu qayanın bir hissəsi uçub dağılmışdır. Ona görə də bu şiş uclu zirvəyə «Gəmi qayası» deyirmişlər. Orta əsrlərdə Qarabağ tərəfə gedən karvan yollarının bir qolu bu dağın cənub tərəfindəki dar (eni 2 m-dən az olan) bir yerdən (keçiddən) keçirmiş. Yüksək dağ silsiləsinin (Zəngəzur) başında (suayrıcısında) aşırım rolu oynayan bu dar keçid qapıya bənzədiyinə görə onu «Qapıcıq» adlandırırmışlar. (Qədim karvan yolu üstündəki həmin dar keçid indi də durur və ora yolu düşənlər tərəfindən müşahidə olunur). Odur ki, ilk topoqrafik xəritələr çəkilərkən bu yerlərə nabələd rusdilli mühəndislər yerli adamları səhv başa düşərək «Qapıcıq» sözünü Gəmi qayası adlanan ən hündür (3906 m) zirvənin yanırıda yazmışlar. Həmin dağdakı ikinci hürıdür (3725 m) zirvə isə Gərniqaya adı ilə tanınmışdır. Əslində ilkin Gəmi qayası adlanan və sonradan Qapıcıq adı verilən eyni zirvədir. Qapıcsq keçidi (aşırımı) isə həmin zirvədən 1 km-ə qədər cənubdadır. Sözsüz ki, Nuhun gəmisi dağın ən hündürzirvəsinə ilişə bilərdi və ola bilməzdi ki, uiu babalarımız və nənəiərimiz dağın ən hündür zirvəsini müəyyən edə bilməsinlər, ondan 181 m (3906-3725) alçaq olan zirvəni ən hündür hesab etsinlər. О ki, qaldı zirvədən qayanın bir hissəsinin uçub dağılmasına, məsəiə burasındadir ki, Qapıcığın (ilkin Gəmi qayasının) zirvəsi onlaria metr dik (şaquli) ucalan, nəhəng, monolit qayadan təşkii olunmuşdur. Əvvəllər bu qaya daha nəhəng və daha uca olmuşdur. Güman etmək olar ki, pleystosen və holosen dövrlərində indiki Qarabağ vulkanik yaylasını əhatə edən vulkan püskürmələri (burada sonuncu Qırmızıdağ vulkam təxminən yeddi min il bundan əvvəl püskürmüşdür) nəticəsində yaxınlıqdakı Zəngəzur dağlarında güclü zəlzələlər baş vermişdir, bunun da nəticəsində Gəmi qayasının bir hissəsi uçulub dağıimış və nəhəng, iri sal daşlar və qayaiar dağın cənub-qərb ətəklərinə (Qaranquş yaylağına və s.) səpələnmişlər (Qaranquş yaylağındakı isti bulaq da bu regionda vulkanik proseslərin hələ də tam sönmədiyini göstərir).

Gəmiqaya rəsmləri yuxarıda haqqında danışdığımız nəhəng və uca qayanın bir hissəsinin parçalanması və uçulub dağılması ilə ətrafa səpələnmiş iri və nəhəng sal (yastı) daşlarda və qayalarda həkk olunmuşdur. Arxeoloqlar qayaüstü rəsmlərin həkk olunduğu bu ərazidə qədim Azərbaycan-türk tayfalarının yurd yerlərinin qalıqlarını aşkara çıxarmış və alp çəmənlikləri ilə zəngin olan bu yaylaqların Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olduğu güman edilmişdir. Sonralar isə bu yerlər Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində, о cümlədən Biləvdə yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən başlayaraq, buradakı qayalar, sal daşlar üzərində müxtəlif təsvirlər həkk edilmişdir.

Müəyyən edilmişdir ki, həmin rəsmlərin azı 5-6 min il yaşı vardır. Bu qədim təsviri sənət əsərlərinin böyük əksəriyyətini heyvan rəsmləri - keçi, öküz, maral, it, bəbir, canavar və s. təşkil edir. Heyvan rəsmləri tək-tək, qoşa və sürü ha- lında təsvir edilmişdir. Keçi rəsmləri olduqca çoxdur. Quş, ilan rəsmləri və çoxlu müxtəlif işarələr də həkk olunmuşdur. Kompozisiyasının sadə və mürəkkəbliyinə, həmçinin süjetinə görə bu rəsmlər bir-birindən çesilir. Öküz təsvirləri rea­list üslubda, buynuzları uzun və qövsvari əyilmiş şəkildədir. Öküz qoşulmuş araba rəsmləri də vardır. Adam təsvirləri tək halda və kompozisiyalı səhnələrdə verilmişdir. Rəsmlər arasında ən çox diqqəti cəlb edənlər ovçuların ox və kamanla, kəməndlə və s. ilə silahlandığı ov səhnələri və adamların kütləvi və tək-tək rəqs səhnələridir.

Hazırda Gəmiqaya rəsmlərinin ətraflı tədqiq olunması davam edir. Bu tarixi abidələr kompleksinin mühafizəsi məqsədilə burada akademik Həsən Əliyevin adına Ordubad milli Parkı yaradılmışdır. Park ətraf sahələri də əhatə etməklə burada yayılmış nadir bitki və heyvan növlərinin mühafizəsini yerinə yetirir.

2.5. Daş dibəklər

Biləvin hər məhəlləsində XX əsrin axırlarına qədər bir daş dibək olmuşdur. Onların əksəriyyəti indi də qalır. Bu dibəklər daşdan yonulmuş iri həvəng-dəstəni xatırladır. Onların hamısı çatsız, qranitoid tərkibli intruziv süxurlardan ibarət iri həcmli yerli çay daşlarından hazırlanmışdır. Bu daşlar başqa süxurlara nisbətən daha bərk, zərbəyə davamlı olduqları üçün həmin məqsədlə istifadə olunmuşlar. Daş dibəklər iki hissədərı - əsas dibək və onun dəstəsi hissələrindən ibarətdir. Onlardan biri Keçidərəsi məhəlləsində, bizim (H.Aslanlı) evimizin 20 metrliyində idi. Onurı əsas dibək hissəsi tərəflərinin uzunluğu 80-125 sm olan üçbucaq formalı, 55-60 sm qalınlıqlı bir sal qranodiorit parçasının ortasında qazılmış, diametri təxminən 18-20 sm və dərinliyi 20-22 sm olan çüxurdan ibarətdir. Dəstəsi isə eyni süxurdan yonulub hazırlanmış və təxminən 28- 30 sm uzunluğu, 14-15 sm diametri olan oval formalı daşdan ibarətdir. О biri dibəklərin də formaları və ölçüləri təxminən təsvir etdiyirniz kimidir. Oturacaqları dairəvi və dördkünc formada olanlar da var. Bu dibəklərin hər birinin çəkisi 100 kq- dan artıqdır.

Dibəklər məhəllənin münasib biryerində, çöldə, açıq havada və üstüaçıq şəraitdə qalıriar. Onlar bir yerdən başqa yerə daşınmırlar. Bu dibəklər ayrıca olaraq, heç kimə məxsus deyildir. Onlardan kim istəsə istifadə edə bilər. Görünür qədim zamanlarda bu dibəklərin hər biri bir tayfaya, nəsilə məxsus olmuşdur.

Dibəklərdə daş duz, meyvə qurusu - dağdağan, armud qaxı, tut, cəviz, qovut və s. döyülüb xırdalanır, noxud ləpələnir, buğda və düyü yarmaları hazirlanır.

Əvvəllər bu dibəklərdə həm də ədva - sumax, sarıkök, istiot, darçın, mixək, zəncəfil döyülürmüş, çəltik, başaq (taxıl sünbülü toplusu) döyülərək sovrulurmuş, qəhvə döyülüb xırdalanırmış. İndi həvəng-dəstədən çox istifadə olunduğu üçün bu dibəklərə ehtiyac azalmışdır. Keçidərəsində olan təsvir etdiyimiz dibək indi də orada, özünün əvvəlki yerində durur. Başqa məhəllələrlə də satamat qalmış dibəklər vardır. Ancaq, bəzi məhəllələrdə olan dibəklər, sındırılaraq bünövrə və ya divar daşı kimi işlədilmişdir.

Belə daş dibəklərdən Biləvin yaylaq yerlərində də olmuşdur. Onlardan birinin Qovurmadərənin aşağısında, biri­nin də Əzimdərəsində olduğu bəllidir. Zəngəzur yaylaqlarının başqa yerlərində də - Dibəklidə, Çınqıllıdərədə və s. bu cür daş dibəklərin olması məlumdur, Onlarda ən çox qoyun-keçi sürülərinə verilmək üçün daş duz döyülərək əzilib xırdalanırmış.

  • Tarix:2015-05-26

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.