• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Xəbərlər

“Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Tarixi abidələr baxımından Azərbaycan çox zəngin dövlətdir. Biz bu abidələri qorumalıyıq, bərpa etməliyik və xüsusilə ölkəmizin tarixi yerlərində qədim üsluba üstünlük verməliyik”.
Naxçıvan Muxtar Respublikasında xalqımızın qədim mədəniyyətinin, qəhrəmanlıq və mübarizə tarixinin izlərini özündə yaşadan qala və istehkamların bərpasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsində bərpa işləri aparılır.

İyulun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlincəqalaya gəlmiş, burada həyata keçirilən bərpa işləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, bərpa işləri zamanı Əlincəqalanın zirvəsinə yol çəkilmiş, gediş-gəliş xeyli asanlaşdırılmışdır. Əlincəqaladakı qədim yaşayış evləri, təsərrüfat binaları, qala divarları, mühafizə yerləri, səngər və bürclər, su hovuzları bütün incəlikləri ilə tədqiq olunmuş, onların forması müəyyənləşdirilmiş və tarixi görkəmi saxlanılaraq bərpa edilmişdir. İnşaat texnikası və planlaşma-məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılmışdır. Hazırda qala divarlarındakı bürclərdə və zirvəyə gedən yol boyunca işıqlandırma sistemləri quraşdırılır. 
Bərpa işləri ilə tanışlıqdan sonra Ali Məclisin Sədri burada çalışan inşaatçılarla görüşmüş, onları Ramazan bayramı münasibətilə təbrik edərək demişdir: Hər bir yerin qədimliyi, tarixi, mədəniyyəti onun abidələrində yaşayır. Əlincəqala tarixi abidəsində Azərbaycan tarixinin şanlı səhifələri yazılmışdır. Bu qala Naxçıvanın əyilməzlik simvoludur. Ona görə də Əlincəqalada bərpa işlərinin aparılması xalqımızın çox­əsrlik mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər bir tərəfdən bu işlərin aparılması tarixi-mədəni irsimizin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu mənada tikinti ustalarının burada çəkdikləri zəhmət xalqımızın tarixinin yaşadılması yolunda atılan addımdır.

Ali Məclisin Sədri bərpa işlərini keyfiyyətlə apardıqlarına görə inşaatçılara təşəkkür etmişdir. 
İnşaatçılar adından minnətdarlıq edən Əfqan Teymurov demişdir ki, bu gün Əlincəqalada tarix yenidən yazılır. Abidənin bərpasında iştirak etmək ikiqat şərəfdir. Ali Məclis Sədrinin mütəmadi olaraq Əlincəqalada olması, bərpa işləri ilə maraqlanması, inşaatçılar üçün yaradılan şərait, onlara göstərilən qayğı hər kəsi ruhlandırır, daha əzmlə çalışmağa sövq edir. 
Sonra Ali Məclisin Sədri inşaatçılarla xatirə şəkli çəkdirmişdir. 
Həmin gün Ali Məclisin Sədri “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin tikintisi ilə də maraqlanmışdır. 
Bildirilmişdir ki, Əlincə dağının ətəyində inşa olunan binada əsas tikinti işləri başa çatdırılmışdır. İş otaqları və ekspozisiya zalından ibarət olacaq bina qalanın tarixi görkəmi ilə ahənglik təşkil edəcəkdir. Muzeydə Əlincəqalada təmir-bərpa işləri zamanı aşkarlanan və vaxtilə burada yaşayan sakinlərin həyat tərzini özündə əks etdirən məişət əşyaları, qədim silah nümunələri mühafizə və nümayiş olunacaqdır. Həmçinin burada eksponatlarla yanaşı, qalada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzet və jurnal materialları da toplanacaqdır. 
Ali Məclisin Sədri “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin tikintisi və qalada aparılan bərpa işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Sonda inşaatçılara bayram hədiyyələri təqdim olunmuşdur.   

http://www.nakhchivan.az/

  • Tarix:2015-07-31

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.