• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Dəyirman, bəzir və zəyərək daşlan

Biləv ərazisində çoxlu dəyirman daşları kəsilib,yonulub hazırlanmışdır.

Biləv ərazisində çoxlu dəyirman daşları kəsilib,yonulub hazırlanmışdır. Daşkəsərı və Yalqızağac adlarıan sahələrdə, həmçinin Haramı sahəsi yaxınlığında dəyirman daşlarının kəsilib çıxarıldığı yerlər indi də aydın izlənilirlər. «Naxçıvan sancağının müfəssəl dəftərinə» əsasən deyə bilərik ki, hələ XVII əsrin sonlarında - XVIII əsrin əvvəllərində Biləv kəndində azı iki işlək dəyirmarı olmuşdur. XIX əsrin son- larında - XX əsrin əvvəllərində isə Biləvdə eyni vaxtda 4 dəyirman (Muxtar oğlu Məhəmmədin, Ziyalxan oğlu Teymurun, taharlıların və Kəblə Ələkbərin) işləmişdir. Bunlardan başqa, bir çox qonşu kəndlərdə olan dəyirmanlar üçün də daşlar Biləv ərazisində geniş yayılmış tuflardan, tuffitlərdən, tuflu qumdaşılarından və s. kəsilib hazırlanaraq aparılmışdır. Bunlar diametri təxminən 1,8 m olan dairəvi şəkildə yonulmuş və ortasında diametri 15-17 sm olan dairəvi deşik açılmış, qalınlığı isə təxminən 20 sm olan iri sal daşlardır. Belə daşlardan bir cütü Yalqızağac, iki cütü də Haramı yaxınlığındakı sahələrdə haçansa kəsilib - çıxarılıb, yonulub hazırlansa da heç yerə aparılmamış və istifadə edilməyə hazır vəziyyətdə dururdular. 1980-ci illərdə onları Culfa rayonunun Camaləddin və Saltaq kəndlərindəki dəyirmanlarda istifadə etmək üçün həmin kəndlərdəki kolxozun о vaxtkı sədri Mehrac Həsənovun təşəbbüsü və təşkilatçılığı ilə daşıyıb aparmışlar (o zaman artıq Biləvdə işləyən dəyirman qalmamışdı).

Təsvir olunan iri dəyirman daşlarından başqa Biləvdə çoxlu sayda əl dəyirmanı (kirkirə) daşları da kəsilib yonulub hazırlanmışdır. Kənddə ən azı hər bir nəslə məxsus bir cüt əl dəyirmanı daşları da 1950-ci illərə qədər var idi. Əl dəyirmanlarının daşları iri dəyirman daşlarından yalnız ölçülərinin 2,5-3 dəfə kiçik olmaları ilə fərqlənirdilər.

Biləvdə dəyirman daşlarının kəsilib çıxarılması və hazırlanmasının tarixi çox qədimlərə gedib çıxır. Babək qalasında bizim eradan əvvəl 2-ci minilliyə aid olan dən daşlarının tapılması göstərir ki, Biləv ərazisində hələ 4000 il bundan əvvəl əl dəyirmanı daşları kəsilib, yonulub hazırlanırmış.

Biləv ərazisində dəyirman daşları ilə bərabər çoxlu bəzir (bəzərək) daşları da kəsilib çıxarılmış və yonulub hazırlanmışdır. Burada orta əsrlərdən başlayaraq ta XIX əsrə qədər kətan əkilirmiş və onun toxumundan bəzirxanada bəzir yağı alınırrnış. Bəzirxanada da dəyirman daşına oxşar daşlardan istifadə olunurmuş. Belə daşlar da bəzir daşı adlanırdı. Bəzir daşları da Biləv ərazisindəki tufogen süxurlardan kəsilib çıxarılıb, yonulub hazırlanırdı. Belə bir bəzir daşının qalığı kəndin Qayaaltı nnəhəlləsindən çaylağa yenən yolda, dərənin sol kənarında, Nov arxının altında, açıq havada dururdu. Kənd camaatı ona bəzir daşı deyirdi. Son illərdə onu qaldırıb yaxınlıqdakı həyət divarının üstünə qoymuşlar və hal-hazırda da orada durur. Bu bəzir daşı dəyirrnan daşına oxşar, iri, dairəvi, boz rəngli, kələ-kötürlü, sal bir daşdır. Onun ölçüləri də dəyirman daşlarındakı kimidir.

Biləvdə XIX əsrə qədər zəyərək daşları da əldə edilmişdir. Bu daşlar dä heykəitaraş usta tərəfindən dairəvi kəsilmiş və yonulub hamarlanmiş qalın sal daşda trapesşəkilli dəlik qazılaraq hazırlanırdı. Belə zəyərək daşı vasitəsilə təbii zəy xammalından məişətdə (gön-dəri aşılamaqda, boyakarlıqda və s.) istifadə edilmək üçün zəy əldə edirlərmiş. Belə daşları təbii zəy xammalına nisbətən yaxın yerlərdəki münasib qayalardan kəsib hazırlayırmışlar. Zəyərək daşlarından birinin qalıqlarına Xaraba Cirəcir yaxınlığında, birinin də qalıqlarına Zəydərə çayının yuxarı axını hövzəsində rast gəlinmişdir.

  • Tarix:2015-05-26

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.