Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
Biləvdə tanınmış tayfalardan biri də Gödəkli tayfasıdır.
Biləvdə tanınmış tayfalardan biri də Gödəkli tayfasıdır. «Gödəkli» etnonimi haqqında yazdığımız kimi, bu ad keçmişdə yayı Bazarçay sahilindəki Güney adlı yerdə, qışı isə Mil düzündə keçirmiş Xələclərin Gödəkli qolunun (tirəsinin) adı ilə bağlıdir. Çox güman ki, təxminən XVII əsrdə haqqında danışdığımız Xələclərin Gödəkli qolundan 1 (və ya 2) nəfər hər hansı bir səbəbdənsə Biləvdən keçən karvanla yolunu davam etdirə bilməmiş və bir müddət burada qalmışdır. Sonra isə Biləvdə ailə quraraq burada daimi məskunlaşmışdır. Bununla da Biləvdə «Gödəkli» nəslinin əsası qoyulmuşdur. Başqa sözlə bu ailə getdikcə artıb törəmiş və Gödəkli nəslini əmələ gətirmişdir. Gödəklilərə XX əsrin ortalarınadək Biləvin Çuxur məhəlləsində yaşayan, sonra isə başqa məhəllələrə də səpələnən və Rzayevlər soyadını daşıyan böyük bir nəsil aiddir. Bu nəslin nümayəndələri indi Biləv kəndindən əlavə Naxçıvan və Bakı şəhərlərində və başqa yerlərdə də yaşayırlar.
- Tarix:2015-05-26