• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Gilançay üzərində körpülər

Orta əsrlərdə Biləv ərazisindəki karvan yollarının üstündə, Gilan çayı üzərində tikilmiş 2 tarixi körpünün qalıqları indi də qalmaqdadır.

Orta əsrlərdə Biləv ərazisindəki karvan yollarının üstündə, Gilan çayı üzərində tikilmiş 2 tarixi körpünün qalıqları indi də qalmaqdadır. Bunlar salındıqları yerin adına müvafiq olaraq «Biləv» və «Gilançay» körpüiəri adlanır.

Kəndin yaxınlığında Gilançay üzərində salınmış «Biləv» körpüsü Qaladağdan 0,7 km şimal-şərqdə yerləşir. Kənd camaatı bu körpü olan yeri «Körpüqırağı» adlandırır. Bu ad sözsüz ki, körpü tikildikdən sonra yaranmışdır.

Biləv körpüsü orta əsrlərdə Biləvdən keçən karvan yolla- nnın üstündə, dəqiq desək.qərb və cənub tərəflərdən gələn Naxçıvan-Əlincəqala-Biləv və Aza-Gilan-Plovdağ-Sabirkənd- Biləv yollarının qovuşağından 30-40 m yuxarıda tikilmişdir.

Biləv körpüsü ətraflı tədqiq olunmamışdır. Onun barəsində elmi ədəbiyyatda demək olar ki, məlumat az- dır. İlk dəfə yalnız 2002-ci ildə nəşr edilmiş «Naxçıvan Ensiklopediyasi»ndakı «Biləv» və «Babək qalası» məqalələrində bu körpürıün mövcudluğu bildirilmişdir. Ancaq o, səhvən ikiaşırımlı körpü kimi təsvir edilmişdir. Sonrakı təd- qiqatlarla bu körpü haqqında məlumatlar xeyli dəqiqləşdir- ilmişdir ki, bunun da nəticəsində 2008-ci ildə nəşr edilmiş «Naxçıvan Abidələri Ensiklopediyası»ndakı «Biləv körpüsü» məqaləsində yazılmışdır: «Ordubad rayonunun Biləv kəndi- nin cənubunda Gilançayın üzərində memarlıq abidəsi. Beş aşırımlıdır. Körpünün yalnız bir qisminin qalıqları günümüzə gəlib çatmışdır. Gilançayın üzərindədir. Aşırımlar arasındakı məsafələr müxtəlifdir. Tağabənzər aşırımlar dördkiinc formalı dayaq sütunları üzərində inşa olunmuşdur. Körpünün eni 3,3 m, uzunluğu 55 m-dir. Körpü əhəng məhlulu ilə iri həcmli çay daşları və qaya parçalarından hörülmüş, yonulmuş daşlarla üzlənmişdir. Körpü XVIII əsrə aiddir».

«Biləv körpüsü»nün tağlarından yalnız 2-si salamat qalmışdır. Qalanları uçulub dağılmışdır. Tağlararası enli sütunlar vardır. Sonuncu çayın sağ sahilindəki sütunu qumdaşlarından təşkil olunmuş boz rəngli, rnöhkəm sal qaya əvəz etmişdir. Qayanın ucunda körpünün uçrnuş tağının qanadından qalıqiar indi də qalmaqdadır.

Körpünün yan divarları ən azı bir tərəfi ibtidai üsulla yonulub hamarlanmış iri və yastı yerli süxurlardan - andezit- bazaltlardan, tuflu qumdaşlarından və s, kirəclə (əhəngdən və qumdan hazırlanmış qatı məhlul) hörülmüş, divarlararası içəri hissəsi isə bol daşiı, çınqıllı, qurnlu sementləşmiş materialla doldurulmuşdur. Sonrakı təmir və bərpa işlərində isə, körpünün yan divarları və tağlarının içəri hissələri təbii, yonulmamış, ancaq seçilmiş kiçik, yastı, müxtəlif tərkibli daşlardan və açıq qəhvəyi rəngli bişmiş kərpicdən hörülmüşdür. Körpü bir neçə dəfə təmir və bərpa olunaraq yamaqlanmışdır.

Ancaq yuxarıda adı çəkilən ensiklopedıyada göstərildiyi kimi, «Biləv körpüsü»nün XVIII əsrə aid olması bizim fikri- mizcə qətiyyən inandırıcı deyildir:

- çox güman ki, bu körpü orta əsrlərdə karvan yollarının ən işlək çağlarında inşa edilmişdir, bu da XVIII əsrdən çox-çox əvvəllərə - «Xudafərin körpüsü»nün tikildiyi dövrə gedib çıxır;

  • XVIII əsrdə mövcud olmuş «Naxçıvan sancağı» və «Na- xçıvan xanlığı»na dair tarixi mənbələrdə bu körpünün tikintisi barədə heç bir məlumata rast gəlinmir;
  • XVIII əsrdə Biləvdə baş verərı mühüm hadisələr müxtə- lif söhbətlər, rəvayətlər və s. halında biləvlilərin yaddaşında iz buraxdığı halda, bu körpünün tikintisi barədə yaddaşlarda heç bir iz qalmamışdır;
  • körpü dəfələrlə təmir və yenidən bərpa edilmişdir, bu körpünün kənardan görünüşündən, hətta fotoşəklindən də bilinir;
  • nəhayət, Körpüqırağı adlanan yer, kənddə kolxoz qu- rulana qədər bu kitabın müəlliflərindən birinin (H.Aslanlının) babalarının tut bağı olmuşdur. Onun 1870-1959-cu illərdə yaşamış nənəsi Anaxanım Kalba Abdulla qızı uşaq ikən о vaxt qoca əmisi Kəlbə Ələkbərdən də bu körpünün nə vaxt tikildiyini bilmədiyini və gözünü açıb köhnə, 2 tağı uçmuş, kənarlarından daşlar, kərpiclər tökülmüş və bəzi yerlərində yamaqlanma (təmir, yenidən bərpa) işləri aparılmış halda gördüyünü eşitmişdir. Beləliklə, biz güman edirik ki, «Biləv körpüsü» orta əsrlərdə, karvan yollarının ən çox işlək olduğu döVrdə tikilmişdir və Xudafərin körpüləri ilə yaşıddır.

Orta əsrlərdə tikilmiş başqa bir tarixi körpünün qalıqları indiki Gilançay kəndinin şimalındadır. Bu körpü də qədim Gilan və Aza şəhərlərindən gəiib Biləvdən keçməklə Qarabağa gedən karvan yolunun üstündə Gilançayın üzərində tikilmişdir. Ancaq bu körpünün yalnız bir sütununun bir hissəsi qalmışdır. Təəssüf ki, bu körpüləri tikdirənlrin, memarların və ustalarn adları məlum deyil.

  • Tarix:2015-05-26

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.