Qonaqpərəstlik
Biləvdə əksər evlər çox zaman qonaqlı-qaralı olmuşlar.
Biləvdə əksər evlər çox zaman qonaqlı-qaralı olmuşlar. Çünki ətraf dağ kəndlərindən (Tivi, Bist, Nəsirvaz, Ələhi, Xurs, Nürgüt, Bəyəhməd və s.) ətraf aran kəndlərə (Dizə, Aza, Yaycı, Dəstə, Nehrəm, Əlincəçay kəndləri və s.) və şəhərlərə (Naxçıvan, Ordubad, Culfa) və əksinə, aran kəndlərdən dağ kəndtərinə gedən müsafirlər çox hallarda Biləvdə qalıb gecələməli olmuşlar. Sadalanan həmin kəndlərdən və şəhərlərdən Biləvin özünə də gəlib-gedənlər həmişə çox olmuşdur. Bundan başqa Güney Azərbaycandan, Naxçıvan və Əlincəqala tərəfdən Qarabağa, Zəngəzura, Qafana və əksinə uzanan orta əsrlər karvan yoiları da Biləvdən keçdiyindən əksər biləvlilər uşaqlıqdan evlərində tez-tez qonaqlar görmüş və qonaqpərəst ruhda böyümüşlər. Biləvli ailələrin böyük əksəriyyətinin yuxarıda adları sadalanan kərıdlərdən və şəhərlərdən olan qonaqçıları olmuşlar.
1890-1985-ci illərdə yaşamış və evi kəndin əsas küçəsi sayılan avtomobil yolunun qırağında yerləşən Məmmədrza kişi qonaqpərəstlikdə ad qazanmışdi. Onun qonaqçısı da çox idi, qonaqçısı olmayan qəriblər də çox zaman onun evində qonaq qalırdılar. Evi yol qrağında olan başqa biləvlilərin də tez-tez qorıaqları olur. SSRİ dövrü vəzifəli adamların, xüsusilə kolxoz sədirlərinin qonaqları çox olurdu. Biləvdə qərib adamın çöldə qalması kənd üçün eyib sayılır. Odur ki, əksər biləvlilər kənddə qərib adamla rastlaşdıqda onu evinə qonaq aparmağa çalışırlar.
Avtomobil nəqliyyatı olmayan vaxtlar Biləvdə qonaqlar daha çox olurdular. Nehrəmdən, Yaycıdan taxıl, Əlincəçay kəndlərindən möyüz (meviz, qəribədir, Biləvdə meynəyə mev, üzüm bağına mevlik, möyüzə meviz deyirlər) gətirib Biləvdə yağa, pendirə, dəriyə, mal-davara, tut qurusuna, cəvizə və s. dəyişənlər aclıq illərində, ərzaq qıt olan vaxlarda ətraf kəndlərdən xalça palaz, pal-paltar, qab-qacaq gətirib quru tuta dəyişənlər və başqa səbəblərdən kəndə gələnlər günlərlə qonaq qalırdılar. Biləvlilər də qonaqdan heç nəyi əsirgəməzdilər. Qonaq üçün ayrıca, yaxşı yataq dəsti - yorğan, döşək və s. hazırlayırdılar, otaq ayırırdılar. Biləvli ailələr adətən çox uşaqlı olsalar da hamılıqca bir otaq bir qəhvəxanaya sığışaraq, aylarla, illərlə darısqal şəraitdə yaşayırdılar, ancaq, qonaq uçün ayrılmış otaqdan və ordakı çarpayılardan, yataq ləvazimatından, stoi, şkaf və stullardan istifadə etməzdilər. Evin ailəsi ac qalsa da belə, olan bir tikə çörəyi qonağa verərdilər və özlərinin ac qaldıqlarını ona bildirməzdilər. Kitabın müəlliflərindən biri (H.Aslanlı) xatırlayır ki, «1940-cı illərin axıriarında Biləvdə vəziyyət çox ağır idi. Camaat aclıq çəkirdi. Çayı tut qurusu, ərik qaxı və s. ilə içirdik. Bir ilin (gərək ki, 1948-ci il idi) yazı meyvə qurusu da qurtarmışdı. Yavan çay içirdik. Bizə qonaq gəlmişdi. Nənərn (Anaxanıb Kərbəlayı Abdulla qızı) qonağa yeməkdən sonra çay verdi. Sandığını da açıb ordan bir böyük tikə qənd çıxarıb doğradı qoydu qonağın qabağına.» Başqa qadınlar da nənəm kimi edərdilər. Ağır vəziyyət, aciıq, qıtlıq oianda sandıqlarında qonaq üçün ehtiyat qənd, çay və s. saxlardılar. Biləvlilər özlərinin nə qədər vacib işləri oisa da, qonaq gələndə о işi təxirə salıb, qonağın məqsədi üçün iazım olan işləri yerinə yetirərlər. Hər vəch ilə çalışarlar ki, qonaq narazı qaimasın. Kənddə qərib adam gördükdə onu gülər üzlə qarşılayıb şirin dillə danışdırarlar və mütləq evə dəvət edərlər.
Bu yerdə olmuş bir əhvalat yada düşür. SSRİ dövründə biləvli koixoz sədrlərindən biri axşam evinə gedərkən kəndin mərkəzi küçəsində tanımadığı bir adamia rastlaşır və salamlaşıb onu qonaq aparır. Qərib adam yuxarı dağ kəndlərindən qayıdan və Naxçıvana evinə getmək istəyən bir kişi imiş. Yemək-içməkdən sonra kolxoz sədrinin arvadı qonaq otağında qərib kişi üçün təzə yorğan - döşək açaraq yumşaq yataq yeri düzəldir. Qonaq yatır. Səhər kolxoz sədri və arvadi görürlər ki, qonaq yoxdur, işıqlanmamış çıxıb getmişdir. Sədrin arvadı tez yoxlayır və məlum olur ki, qonaq üstündə yatdığı qalın döşəyin içində gizlədilən səkkiz min manat pulu da götürüb aradan çıxmışdır.
Dediyimiz kimi Biləvdə tut 2-ci çörək sayılmışdır. Doğrudan da tutia günlərlə, həftələrlə dolanmaq olurdu. Aclıq vaxtlarda başqa yerlərdən xalça - palaz, paltar və s. qiymətli əşyalar gətirib Biləvdə quru tuta dəyişənlər çox olmuşdur. Biləvlilər onları qonaq saxlamaqdan əlavə həm də onların gətirdikləri mala alıcı da axtarıb tapırdılar ki, qonaq öz evinə əliboş qayıtmasın, ərzaq apara bilsin.
Yadımdadır (H.Aslanlı) 1949-cu ilin yazı vəziyyət çox ağır idi. Camaat aclıq çəkirdi. Belə qıtlıq zamanda bir gün əmim Qasım Məsmud oğlu Fətəliyev (o vaxt onun 20 yaşı vardı) evə bir təzə kilim gətirdi. Nənəm Anaxanırrç Kalba Abdulla qızına dedi ki, «ana bu kilimə pud yarım (24 kq) tut versək olar?» Nənəm suala sualla da sərt savab verdi «Sən Pirinin balalannı acından qırmaq istəyirsən?» Əmim başını aşağı salıb asta-asta dilləndi «mən evə gəlirdim Mir Həsən ağa məni görüb yanma çağırdı və məndən soruşdu 4Qasım evinizdə nə qədər tut var? Dedim 1 meşok (kisə). Dedi «daha yoxdur?» dedim «başqa 1 dağarcıqda da pud yarıma qədər olar». Dedi «o pud yarım tutu verin bu kilimi alın, о kişinin evində uşaqları acdır, onların yanırıa əiiboş qayıtmasın, savabdır!» Mən də ağaya heç nə demədim, kilimi götürüb gəldim». Nənəm bir qədər düşünüb tərəzini götürdü. Pud yarım tut çəkib əmirnə dedi «apar ver о kişiyə».
Biləvdə belə hallar çox olmuşdur. Bəlkə də əksər evlərdə baş vermişdir. Kənd camaati, xüsusilə də ağsaqqallar, çalışmışlar ki, qonaqları, xususilə də ehtiyacı olan qonaqları razı yola salsınlar.
Köçüb başqa yeriərdə yaşayarı biləvliiər də qonaq- pərəstlik ənənəiərini davam etdirirdiiər, Keçən əsrin ortalarında cəmi 2 biləvli-Uzun Əlinin bibisi oğlu Həmzə Məmmədov və Kəlbə Ələkbərin oğlu Fərhadın anabir qardaşı Məhəmməd Dünyamah oğlu aüələri ilə birükdə Bakıda yaşaylrdılar. Oniar keçən əsrin əvvəllərində kənddən çıxmışdılar. Öziəri də zəhmətkeş fəhlə idiiər. Həmzənin ailəsi Sovetski deyilən küçədə,(indiki N.Nərimanov) Məhəmrnədin ailəsi isə Biləcəri qəsəbəsində yaşayırdı.O vaxtlar Bakıya yolu düşən, Bakıda sənət məktəblərində və FZO-larda olan, ali məktəblərdə oxuyan, əsgərliyə gedən, əsgərlikdən qayıdan və s. Biləvlilərin çoxu tez-tez onların eviərinə qonaq gələrdilər. İmkanlarının az olmasına baxmayaraq, həm Həmzə və arvadı Sara xanım, həm də Məhəmməd və arvadı Fatma xanım bu qonaqları güiərüzlə qarşılardılar, onlarla səmimi söhbətiəşər, mehribaniıqla davranardıiar, qonaqlayıb razı yola salardılar. Çox qonaqpərvər insanlar idilər. Hərdən biləvlilər dəstə ilə onların evlərinə qonaq gedirdilər.
О zamanlar 2 biləvli ailəsi də Naxçıvan şəhərirıdə yaşayırdı. Bunlar Nəbi Səfərovun və İbrahim Salmanovun ailələri idilər. Onların da evlərində tez-tez biləvli qonaqlar olurdu. Onlar da bu qonaqları el» qarşılayıb yola salırdılar ki, qonaqlar həmişə onlardan razı qalırdılar.
- Tarix:2015-05-26