Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
Orta əsrlərdə Biləv karvan yollannın qovuşağında yerləşmişdir. О zamanlar 4 istiqamətdən Biləvə və Biləvdən də 4 əks istiqamətə karvan yolları uzanırdı.
Orta əsrlərdə Biləv karvan yollannın qovuşağında yerləşmişdir. О zamanlar 4 istiqamətdən Biləvə və Biləvdən də 4 əks istiqamətə karvan yolları uzanırdı. Həmin yollar bunlardır:
- Qərbdən şərqə istiqamətli Şərur-Naxçıvan-Əlincəqala- Cərəcir düzənliyi - Biləv yolu;
- Cənubdan şimala istiqamətlənmiş Tabriz- Aza-Gilan- Biləvyolu;
- Biləvdən Gilançayın sahili boyu cənubdan şimala və sonra şimal-qərbə doğru uzanaraq Tiviyə, Bistə, sonra Zəngəzura, Dərələyəzə və oradan da İrəvana və Çuxursədə istiqamətlənən yol;
- Biləvdən şimal-şərq istiqamətli dağ yamacları ilə qalxaraq Qapıcıq aşırımından (keçidindən) aşmaqla Zəngəzura, Qafana, sonra da Qarabağa və Şirvana gedən yol.
Beləliklə Biləv Tarixi İpək Yoiunun üstündə - mühüm karvan yollarının qovuşağında yerləşirdi. Bir tərəfdən Gilan şəhərini, Plovdağ və Sabirkənd (Dizə) yaşayış məskənlərini, о biri tərəfdən də, Naxçıvan, Culfa şəhərlərini, və Əlincəçay vadisindəki yaşayış məskənlərini Zəngəzurla və Qarabağla birləşdirən karvan yolları Biləvdən keçirdi. Ona görə də orta əsrlərdə karvan yollarının üstündə salınan tarixi daş körpülərdən ikisi Biləv ərazisində Gilançayın üstündə tikilmişdir. Onlardan biri adlarını çəkdiyimiz bu yolların qovuşağından azacıq yuxarıda, kənd camaatının sonralar Körpüqırağı adlandırdığı yerdə, ikincisi Gilan-Biləv yolunun üstündə, indiki Gilançay kəndi sahəsinin şimalında salınmışdır.
İlandağın cənub ətəyi, Cərəcir düzənliyi, Daşkəsən, Haramı və Qaladağın şimal tərəfindən keçməklə Naxçıvan- Əlincəqala tərəfdən gələn və Gilançayın sahilləri ilə Aza-Gilan-Plovdağ-Dizədən keçən karvan yolları Kələbəndin şimal qutaracağında - Təpəarasında birləşdikdən və Gilançay üstündəki körpüdən keçdikdən sonra Körpüqırağı - Yenişdibi - Üstgüney - Xəlfəli ilə davam edərək, Biləvin içərisindəki çaylağa daxil olurdu. Burda yol haçalanırdı - 2 qola ayrılır- dı. Onun bir qo!u qərbə burularaq Ağalıqbağının üstündən, Acıdaşdan, Pərdəşöyünün üstündən keçib, Gilançayın sahilləri ilə Keçək-Əhməddərəsi-Sürsür-Zağadərə istiqamətində Bist, Tivi və başqa yuxarı dağ kəndlərinə gedirdi, sonra isə Zəngəzurdağ silsiləsini aşaraq Dərələyəz tərəfə istiqamətlə- nirdi. Yolun о biri qolu isə, çaylaqla yuxarı davam edib kəndin şimal qurtaracağından, indiki Hacı Mir Möhsün ağanın evinin yanından ötərək Qarayoxuşla yuxarı qalxıb, Zabalı, İsmixan çəməni, Suludüz, Daşlıyurd, Nəzağa, Hacı Xudayar yurdu (Xəzəryurd) yaylaqlarından və Qapıcıq aşırımından keçməklə Qafana, Qarabağa istiqamətlənirdi. Nahaq yerə deyil ki, bizim tərəflərdə yaşlı adamlar Zəngəzur silsiləsinin о biri - şimal-şərq tərəfinə Qarabağ deyirlər. 1918-ci ildə qaniçən ermənilərin əlindən Oxçu, Qafan, Sisyan tərəflərdən qaçıb canlarını qurtaran və Biləvə pənah gətirən Azərbaycan türklərinə burada о vaxtdan bəri, elə indi də qarabağlı deyirlər. Bu karvan yolunun orta əsrlərdəki vəziyyəti keçən əsrin ortalarına qədər onun Yenişdibi-Üst Güney-Şıxyanı-Xə, fəli hissəsində aydın şəkildə izlənirdi. Biləvin meyvə bağları arasından keçən bu hissədə qalın, yastı daşlarla örtülmüş, 3 m enlilikdə olan yolun kənarlarındakı qədim uçuq divarların qa- lıqları kolxoz dövrünün sonldarına qədər qalırdı və bəzi yerlərdə indi də müşahidə olunur.
Biləvin karvan yolları yenişli-yoxuşlu, dar keçidli idi. Bu yollarla atlı və ya piyada, yüklü dəvə, at, qatır və eşşək hərəkət edərdi. Sadalanan karvan yolları üstündəki vacib məntəqələrdən biri də Biləv kəndi idi.
Əlincəçay vadisindən və ya Gilan şəhərindən səhər çıxan karvan yəqin ki, bir mənzil məsafədə (20-25 km) yerləşən Biləvdə gecələyərmiş. Naxçıvan şəhəri və Əlincə qalası tərəfindən Biləvə istiqamətlənən karvan yolunun üstündə, İlan- dağdan 0,5 - 0,6 km cənub-şərqdə «Biləv kövşəni» adlanan geniş bir yer vardır (bəzi ədəbiyyatlarda bu ifadə rus dilində lərtib olunmuş xəritələrdən götürülərək, səhvən «Biləv Çovqanı» kimi təqdiın edilir). Biləv kəndindən 12 km məsafədə yerləşən və indii Culfa rayonun ərazisi sayılan bu «Biləv köv- şəni» orta əsrlərdə Biləv ərazisinin qərb tərəfinin başlanğı- cında yerləşirdi. «Biləv kövşərıi» ifadəsi (toponimi) də yəqin ki, karvanbaşılar (sarvanlar) tərəfindən yaranmışdır. Bununla onlar yoldakı mövqelərini (yerlərini) dəqiqləşdirərək, qarşı- dakı dayanacağa qədər olan məsafəni müəyyənləşdirmiş olurdular və çox güman ki, ürəklərində fikirləşirmişlər yaxud dodaqaltı deyirmişlər də «... hə çətdıq Biləv kövşəninə, bir azdan sonra da Biləvə çatarıq, yükləri düşürərik, heyvan- ları otlamağa buraxarıq, özümüz də dincələrik.» Odur ki, orta əsrlərdə Biləvdə karvansaranın olması da güman edilir, Karvansara da karvan yoiu qollara ayrılmazdan əvvəiki yerdə ola bilərdi. Çaylaqda, sel tutan yerdə karvansara tik- məzdiiər. Ona görə də düşürımək olar ki, karvansara yolun üstündə, düz yerdə, Xəlfəlidə - Biləvdə indiki orta məktəb- in yerində və ya onun yaxınlığında olmuşdur. Burada həm 1937-ci ifdə, həm də 2006-cı ildə ikinci dəfə yenidən orta məktəb binasının özülü qazılarkən çoxiu sayda səxsı qab - boşqab, kasa, küpə, səhəng və s. qırıntıiarınm və müxtəlif keramika məmulatiarınin aşkar edilməsi də dedikiərimizə dəlalət edir.
Kəndin içindən keçməsə də, Biləv ərazisindən keçən başqa bir karvan yolu da orta əsriərdərı başlayaraq ta XX əsrin əvvələrinədək fəaliyyət göstərmişdir. Bu yol Ordubad tərəfdən gələrək, Əylis, Vənənd, Disər, Üstüpü kəndlərindən Keçərək və Novdərə və Bağırsaqdərə boyu uzanmaqla Cərəcir düzərıliyində Şərur-Naxçıvan-Əlincəqala-Biləv yoluna qoşulurdu. (o vaxtlar Culfadan və Azadan keçən işlək Naxçıvan-Ordubad yolu olmamışdır.).
Biləvin karvan yoliarının çox hissəsi boyu keçən əsrin əvvəllərirıdə avtomobil yolları salınmışdır. Bu karvan yollarının bir qismi isə enli cığırlar kimi indi də istifadə olunur.
- Tarix:2015-05-26