• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Biləv kənd adının - oykoniminin yaranması

Biləv - qədimliyi, yerləşdiyi ərazinin dağlıq və landşaft xüsusiyyətlərinin müxtəlif olması ilə seçilən kəndin adıdır.

Biləv - qədimliyi, yerləşdiyi ərazinin dağlıq və landşaft xüsusiyyətlərinin müxtəlif olması ilə seçilən kəndin adıdır. Bu adın əmələ gəlməsi barədə müxtəlif fikirlər vardır. Birinci fikir ondan ibarətdir ki, Biləv min ev sözünün təhrif olunmuş formasıdır. Yəni rnin ev sözü təhrif olunaraq min əv, binəv və nəhayət, Büəv deyilişinə çevrilmişdir. Bu fikir qətiyyən ağlabatan deyil. Çünki Biləvdə heç zaman 1000 və ya 1000-ə yaxın ev olmamışdır. Həm də qədim Biləvdə min evin o!ma- sı kəndin yaranmasindan yüz illər, ən azı, bir rıeçə onilliklər keçdikdən sonra mümkün ola bilərdi ki, о vaxta qədər də bu kəndin mütiəq başqa bir adı olmaiı idi. İkinci fikir odur ki, Biləv adi bu kənddə çox yayılmış «biləv daşı» («bülöv daşı») sözündən götürülmüşdür. Bu fikrə də heç cür inanmaq olmur. Diızdür, Biiəvdəki çaylaqda dağdöşü yamaclarda kvars, opal, xaSsedon (çaxmaqdaşı), kvarsit mineral və süxur parçaları geniş yayılmışdır. Naxçıvan diyarının başqa kəndlərində bunlar yoxdur və yaxud yox dərəcəsindədır. Bıçaq, oraq, dəryaz (kərənti), dəhrə, balta, xəncər və s. kəsici alətləri və silahiarı Itiləmək, başqa vasitələr olmadıqda onlardan istifadə etməklə od əldə etmək və taxıldöyən alətlərə - vələ, carcara pərçim etmək üçün əvvəllər başqa kəndlərdən gəlib bu daşları Biləvdən yığıb apararmışlar. Ona görə də Naxçıvan Muxtar Respublikası ərazisində kvarsa, opala və xalsedona el arasında «biləv daşı» və ya «bülöv daşı», «bülöv» deyirlər. Ancaq belə ifadələr, əsasən, Naxçıvan diyarında və ona yaxın bölgələrdə işlədilir. Azərbaycanın başqa bölgələrində belə ifadələr geniş yayılmamışdır. Odur ki, «biləv daşı» və ya "bülöv daşı" ifadələri «Biləvdə olan daş», «Bülövdə olan daş», «Biləvdən gətirilmiş daş», «Bülövdən gətirilmiş daş» anlamında işlənmiş və kənd adı olan Biləv sözündən yaranmışdır. Sonra bu ifadələr başqa bölgələrdə də yayılmışdır. «Bülöv» ifadəsi də «Biləv» ifadəsini bir çox hallarda ona görə əvəz etmişdir ki, ətraf ərazilərdə - Əlincəçay hövzəsindəki kəndlərdə, Yayıcı və Nehrəm kənlərində, Naxçıvan şəhərində, Şərur rayonunda və s. yerli ləhçəyə uyğun olaraq Biləv kəndini də Bülöv kəndi adlandırmışlar.

Tədqiqatçılar Biləv kənd adının (oykoniminin) yaranmasını müxtəlif cür izah edirlər. Q.Qeybullayev tərəfindən rusca yazılmış və 1986-cı ildə buraxılmış «Azərbaycan toponimləri» kitabında bu kəndin adı burada geniş yayılmış «bülöv daşı» (Biləvdaşı) ilə əlaqələndirilir. «Azərbaycan Ensiklopediyası» Nəşriyyat Poliqrafiya Birliyinin hazırladığı və 1997-ci ildə çap edilmiş «Azərbaycan toponimləri» kitabında da bu fikir təkrar edilmişdir. 1720-ci illərdə Osmanlı imperiyasının məmurları tərəfindən tərtib ediimiş «Naxçıvan sancağının müfəssəl dəftəri»ndə və Naxçıvan Xanlığına dair arxiv materiallarında bu kəndin adı «Biləv» yazılsa da, bunlardan sonrakı dövrdə hazırlanmış «İrəvan əyalətinin icmal dəftəri»ndə Biləv kəndi həm də Ağacaniı adlandırılmışdır (halbuki, Ağacanlı Biləvin XVII əsrdə yaranmış məhəllələrindən birinin adı olmuşdur). Buna əsaslanan B.Budaqov və Q.Qeybullayev 2004-cü ildə nəşr etdirdikləri «Naxçıvan diyarının yer yaddaşı» kitabında yanılışlığa yol verərək yazırlar: «...bu məlumatdan aydın olur ki, kənd «Biləv adlı yerdə Ağacanlı adlı nəslin məskunlaşması nəticəsində yaranmışdır». Halbuki, XIX əsrə qədər- ki bütün tarixi mənbələrdə Ağacanlının adı çəkilmədən bu qədim kəndin adı «Biləv» qeyd olunmuşdur. Bununla belə, B.Budaqov və Q.Qeybullayev də adı çəkilən kitabda Biləv kəndinin adını «bülöv daşı» ifadəsi ilə bağlamaq fikrindən uzaq olmuşlar. 2007-ci ildə nəşr edilmiş «Azərbaycan toponimlərinin ensiklopedik lüğəti»ndə müəlliflər çox haqlı olaraq yazırlar: «...tədqiqatçılar kəndin adının ərazidəki dağlarda olan bülöv daşiarından götürüldüyünü ehtimal edirlər. Lakin belə olduqda kəndin adı Biləv deyil, Bülövlü olmalı idi. Oykonim mənbələrdə də Biləv kimi qeyd olunmuşdur». Bununla belə, adı çəkilən lüğətin müəllifləri iddia edirlər ki, «oykonim kəndin ərazisindəki eyniadlı bulağın adındandır». Bu fikir isə qətiyyən düz deyildir. Belə ki, «Biləv mineral su bulağı» kənd camaatının «yel suyu», «qotur suyu» kimi adlandırdığı Əhməddərəsindəki bulağa keçən əsrin ortalarında Azərbaycan hidrogeoloqlarının verdikləri addır ki, sonra bu ad M.S.Qaşqayın, Ə.H.Əsgərovun və başqalarının kitablarında da təkrarlanmışdır. Həmin mineral su bulağının adı isə Biləv kəndinin adından götürülmüşdür. Beləliklə, Biləv kən- dinin adı Əhməd dərəsindəki mineral su bulağının adından deyil, əksinə həmin bulağın adı buradakı kəndin adından götürülmüşdür.

Bizim fikrimizcə, Biləv sözü qədim türkdilli tayfaların adından götürülmüşdür. Məsələ burasındadır ki, Biləv adlı yaşayış məskənləri türkdilli xalqların yaşadığı ərazilərdə çoxdur. Başqa bir Biləv kəndinin xarabalıqları Şərur rayonunda Axura kəndindən bir neçə kilometr cənub-şərqdə yerləşir. Hər tərəfdən dağlarla əhatələnmiş dərədə olan bu kənd 1840-cı il 27 iyuida baş vermiş güclü (7,5 bal) zəlzələ nəticəsində dağıimış, onun sağ qalan əhalisi isə indiki Axura kəndində məskunlaşmışdır (ancaq 2002-ci iidə çap olunmuş Naxçtvan ensiklopediyasınında bu zəizələnin tarixi səhvən 1840-cı ilin iyun ayının 20-si göstərilmişdir). İndi həmin ərazilərdə Biiəv, Biləvtəpə adlı yerlər və Biləvçay adlı çay vardır, Həmin ərazilərə bilavasitə bitişik sahələrdə yerləşən Albantəpə, Qoşatəpə, Axura kültəpəsi və s. arxeoloji abidələrdə aşkar edilmiş antik dövrə və orta əsrlərə aid maddi mədəniyyət qahqları isə bizim Biləv kəndimizdəki Babək qalasının arxeoloji tapın- tıları ilə oxşarlıq və yaxın analogiya təşkil edir. Albantəpə, Qoşatəpə və Axura kültəpəsi də düşmənlərdən qorunmaq üçün tikilmiş qala tipli sığınacaqlar olmuşlar. Ehtmal etmək olar ki, о yerlərdə qalalar, sığınacaqlar tikmək üçün Babək qaiasının tikilişinə, quruluşuna yaxşı bələd olan və ya onun yenidən bərpasında təcrübəyə malik olan ustalar Biləvdən aparıimışdır. Onlar da yeni məskunlaşdıqları yeri yenə də Biləv adlandırmışlar.

Daha bir Biləv (Biləvçi) adlı yaşayış məskəni Cənubi Azərbaycanda, Təbrizlə Marağa şəhərlərinin aralığında vardır. Buradakı Biiəv və ya Biləvçi adlanan kənd şərq tərfində yerləşən Əcəbşirə şəhərinin tabeliyindədir. Haqqında danışdığımız bu kənd qərb tərəfdən Çobankərə, Şimal tərəfdən isə Mehmandar kəndləriilə əhatə olunmuşdur. Buniardan başqa Cəbrayıl rayonun Döşlü kəndində çox geniş ərazini əhatə edən və ayrıca qəsəbəyə bənzər böyük bir məhəllə «Biləvli» adlanır. Nəhayət, Cənubi Uralda, Rusiyanın Orenburq vilayətindəki Orsk şəhərindən 60-65 km şimal-qərbdə Biləv (Bilav) adlı geniş ərazidə eyniadlı qəsəbə və mis- kolçedanı filizi yatağı vardır. Bu ərazilərdə əvvəllər türkdilli qıpçaqlar, sonra isə onlardan törənmiş kazaklar və qazaxlar yaşamışlar. Ruslar son əsrlərdə burada məskunlaşmışlar. Onlarla bərabər kazaklar və qazaxlar indi də burda yaşayırlar və çoxluq təşkil edirlər. Bu ərazilər yastı dərə-təpəli dağ çöllərindən təşkil olunmuşdur.

Tale elə gətirmişdi ki, kitabın müəlliflərindən biri (H. Aslanlı) keçmiş SSRİ dövründə uzun müddət apardığı geoloji tədqiqat işləri zamanı 1977-ci ildə Şərur rayonundakı Biləv kəndinin xarabalıqlarında və 1985-ci iidə Rusiyanın Orenburq vilayətindəki Biləv ərazisində olmuşdur və müşahidələr aparmışdır. Biləv adı onu cəlb etdiyindən о yerlərlə bi­zim doğma Biləv kəndimiz arasında təbii oxşarlıq aramışdır. Məium olmuşdur ki, Biləv adlı yaşayış məskənlərinin hamısı alçaqdağlıq ərazilərdə yerləşsələr də, onlar arasında təbii - relyefinə, və s. əlamətlərinə, landşaftına görə qabarıq şəkildə müşahidə olunan elə də ciddi oxşariıqlar yoxdur. Bəs nə üçün bu yaşayış məskənlərinə Biləv adı verilmişdir? Bu yerlərin hamısı üçün ümumi olan nə olmuşdur?

Bütün bunlar heç də təsadüfi oia bilməzdi. Türkdilli tayfalarla eyniadlı yaşayış məskənlərinin geniş yayılması nümunələri isə olduqca çoxdur. Bunun elm aləmində də hams tərəfindən qəbul edilməsi məlumdur. Odur ki, Biləv sözünün qədim türkdilli tayfa adından götürülməsi bizdə heç bir şübhə doğurmur. Beləliklə, deyə bilərik ki, Biləvdə ilk məskunlaşan tayfa elə Biləv tayfası olmuşdur.

«Biləv» sözünün tayfa adından götürülməsirıi Lerik rayonunda «Biləvər» kəndirıin olması da təsdiqləyir. Biləvər Viləşçayın mənbəində, Oğlanqala zirvəsinin ətəyində, Yardımlı rayonu ilə həmsərhəd sahədə yerləşən və qədim zamanlarda türk mənşəli əhalinin məskunlaşdığı dağ kəndidir.

Biləvər «Biləv kişisi», «Biləv tayfasından olan kişi(lər)» mənalarını verən sözdür. Türkdilli tayfa adlarının axırına bu mənada ər, ar sözlərinin qoşulması halları çoxdur. Şumər, Bulqər, Hunqər, Xəzər, Kəngər, Odər, Meşər, Yeniçər, Bolqar, Tatar, Açar, Madiar (Macar), Əfşar, Qacar və s. bunlara misal ola bilər. «Biləvər» də bu yolla əmələ gəlmişdir və «Biləv» tayfasının adı ilə bağlıdır. Biləvərə qonşu olan kəndlərdə də ta qədimdən Azərbaycan türkləri yaşayırlar.

Bütün bunlara əsaslanaraq əminliklə deyə bilərik ki, Biləv kəndinin adı qədim türkdilli tayfa adından götürülmüşdür.

  • Tarix:2015-05-27

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.