• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Babək (Biləv) qalası

Adında qala sözü olan dağlar, şiş uclu qaya zirvələr Biləv ərazisində çoxdur. Qala (Qala dağı), Bünyad qalası, Xanımqaia, Qaladaş və s. buna misal ola bilər.

Adında qala sözü olan dağlar, şiş uclu qaya zirvələr Biləv ərazisində çoxdur. Qala (Qala dağı), Bünyad qalası, Xanımqaia, Qaladaş və s. buna misal ola bilər. Hündür, dik yamacları ilə təbiətən qaiaya bənzər bu dağ zirvələri arasın- da başında sığırıacaq və istehkam məqsədilə qalalar tikilmiş zirvələr də vardır. Bunlardan ən çox diqqəti cəlb edən Babək (Biləv) zirvə- qalasıdır.

Biləvdə, kənddən 2 km cənub-qərbdə, Gilançayın qərb sahilində yerli əhalinin Qala adı iiə tanıdığı bir dağ vardır. Da- ğın yamacları çökmə süxurlardan təşkil olunmuşdur. Onun mərkəzi-zirvə hissəsi isə Eosen epoxasının (dövrünün) sonlarında püskürmüş vulkanın boğazını doldurmuş andezit-dasit tərkibli süxurların əmələ gətirdiyi ekstruziv günbəz olduqca nəhəng və sıldırım bir qayadan ibarətdir. Dağın təpəsini təşkil edən həmin günbəz-qaya kəsik konus formasında olmaqla, haqqırıda danışdığımız yan süxurları yararaq, şaquli vəziyyətdə dik ucalmışdır. Zirvəsi dəniz səviyyəsindən 1349 m yüksəklikdə yerləşən bu qayanın dibindən nisbi (yer səthindəki) hündürlüyü cənub tərəfdə 50-60 m, şimal tərəfdə isə 15-20 m-ə çatır. Beləliklə, konus formalı şaquli vəziyyətdə ucalan günbəz-qayanın üstü dağın zirvəsini təşkil edir ki, bu da sahəsi 1300-1400 m2 (40-45 mX30-35 m) olan düz səthdən ibarətdir. Buraya yol yalnız şimal tərəfdəndir və ensiz, olduqca dik bir cığırdan ibarətdir ki, bu cığırla oraya nəinki atla getmək, heç iki nəfərin yanaşı qalxması belə mümkün deyildir. Həm də dağın başına yalnız dırmaşaraq çıxmaq mümkündür. Sanki, təbiət özü bu dağın təpəsində uca, möhkəm, qalın divarlı, möhtəşəm və əlçatmaz bir qala yaratmışdır. Qaladağın ətrafında Qalanın dalı, Qalanın dibi, Qalanın yanı adlı yerlər vardır ki.bunlar da dik yamaclardan və 300-400 m dərinlikdə dərələrdən təşkil olunmuşdur. Bunlardan Cinli dərədə həmişə su olur. Bütün bunlar da qədim dövürlər və orta əsrlər istehkam qurğularının inşası üçün çox əlverişli olmuşdur.

Qala adı dağa təkcə oxşarlığına görə verilməmişdir. Tarixin müxtəlif sərt döngələrində bu dağın təpəsindən əsil qala kimi sığınacaq və müdafiə məqsədilə istifadə edilmişdir. Qaladağda keşikçi məntəqələri, qala bürcləri, səngəriər və s. rolu oynaya bilən daş hörgü uçuqları indi də qalmaqdadır. Qaladağın təpəsinə haçansa çıxmış biləvlilərin bir çoxu burda şirli saxsı qab qırıntıları, qədim sikkələr gördüklərini söyləyirlər. Qaladağın başına bu sətirlərin müəlliflərindən biri də (H.Aslanlı) çıxmış və orada istehkam məqsədli qədim tikili qalıqları və saxsı qırıqlarını öz gözlərə görmüşdür.

Qala yalrıız keçən əsrirı sonlarında öyrənilmişdir. 1970- 1980-ci illərdə buraxılmış Azərbaycan Sovet Ensiklopediyasında bu qala haqqında heç bir məlumat yoxdur. İlk dəfə 1987-ci ildə «Azərbaycan təbiəti» jumalında çap olunmuş «Biləv qalası» adlı məqalədə (H.Aslanov) Qaladağın mövcudluğu, təbii şəraiti, geomorfoloji quruluşu verilməklə, burdakı qalanın arxeoloji tədqiq olunması tövsiyə olunmuşdur. Adı çəkilən məqalədə bu qalanın Xürrəmilər hərəkatı zamanı ən möhkəm sığınacaqlardan biri olması güman olunurdu və Babəkin rəhbərliyi ilə aparlan həmin hərəkatın cərəyarı etdiyi hadisəiərin əhatə dairəsinin demək olar ki, mərkəzi hissəsində yerləşməsi göstərilirdi. О da deyilirdi ki, Biləvdə indiki məktəbin yerində və onun cənub-qərb ətrafında Xəlfəli (və ya Xəlifəli) adlı qədim yaşayış məskəni olmuşdur. Güman edilirdi «ola bilər ki, orada da Xəlifənin nümayərıdəliyi, adamları və ya Xilafətin qoşun hissələri yerləşmişdir».İIkin tədqiqatlarzamanı güman edilən bu fikirlərəsas götürülərək, qalaya arxeoloji ədəbiyyatda «Biləv qalası» yox, Xürrəmiiər hərakatının başçısı, xalq qəhrəmanı Babəkin şərəfinə «Babək qalası» adı verilmişdir. Sonralarburaxılmış Naxçıvan Ensiklopediyasıında və Naxçıvan Abidələri Ensiklopediyasında bu qala «Babək qalası» adı ilə təqdim edilmiş və. beləliklə də həmin ad rəsmiləşdirilmişdir.

Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, buradakı qala e.ə. 2-1-ci minilliklərə və ilkin orta əsrlərə aid abidədir. Qalanın daxilində (cənub-şərq hissədə) dairəvi və dördküncbina qalıqları aşkaredilmişdir. Müxtəlif həcmli qaya parçalarından tikilmiş bu binalardan e.ə. 2-ci minilliyə aid edilən dən daşları, obsidian (dəvəgözü) lövhələri və orta əsrlərə aid boz, qırmızı, qəhvəyi rəngli keramika, tək-tək şirli qab qırıntıları tapılmışdır. Məlum olrrıuşdur ki, bu qala təbii strateji mövqeyinə, memarlıq və tikinti xüsusiyyətlərinə, arxeoloji maddi-mədəniyyət qalıqlarına görə Gilançay vadisindəki e.ə. 2-1-ci minilliklərə aid Plovdağ, Xarabagilan və s. eləcə də Şərur rayonu ərazisindəki Qalacıq, Qız qalası, Böyükqala, Kiçikqala və s. orta əsr qala-istehkam abidələri ilə eyniyyət təşkil edir.Obsidiyan parçalarından hələ neolit dövründə daş bıçaq, daş balta kimi istifadə olunması əsas götürülərək, bu qalanın daha qədim, antik zamanlara aid oiduğunu güman etmək oiar.

Qaladağın başında yerləşən Babək qalasına Karqaya dağının cənub-qərb döşiəri ilə su kəməri də çəkilibmiş. Bəzi yerlərdə bu kəmərin izi və saxsı boruların qırıntılarına indi də təsadüf olunur.

Qaladağla üzbəüz, ondan təxminən 1700-1750 m cənubda və qaladan çox aydın görünən Qarovulxana adlı olduqca axar-baxarlı bir dağ zirvəsi vardır. Mütləq yüksəkliyi 1392 m olan bu zirvədən ətrafdakı yamaclıqlar, cığırlar, yollar, dərələr və eləcə də 15-20 km uzaqlıqdakı geniş çöilər, yollar, düzənliklər, dağ yamacları aydın görünür. Adından bəlli olduğu kimi, Qarovulxanada gözətçilər dayanırmışlar və lazım olduqda gündüzlər tonqal tüstüsü ilə, gecələr ocağın işığı ilə Qalaya işarə verirmişlər. Zira, Qarovulxananın yaxın ətrafında və ya qənşərində başqa bir yaşayış məskəni yoxdur və heç vaxt olmamışdır. Qaladağın qərb ətəyində, Gilançayın sağ sahilində təxminən eni 120-150 m, uzunluğu 350-380 m olan Meydan adlı düzənlik vardır. İndi otlaq və bağ sahəsi olan bu meydan çox güman ki, orta əsrlərdə məşq və döyüş meydanı olmuşdur və indiki Meydan və Pirəhməd şamı adlı bağ sahələrini əhatə etmişdir. Meydanın yaxınlığında, Qalanın dibi adlanan sahədəki maili düzənlikdə isə kiçik qəbiristanlıq vardır. Bu qəbiristanlıqda da Meydanda baş vermiş döyüşlərdə həlak olan müdafiəçiləri dəfn etmişlər. Həmin qəbiristanlıqla üzbəüz, yenə də Meydanın yaxınlığında, Gilançayın sol sahilində, Qızıl qaya sahəsindən azca yuxarıda da Şəhidlər (Şeyitlər) adlı qəbiristanlıq vardır ki, görünür burda da əks tərəfdən həlak olanlar (Xürrəmilərlə vuruşan xilafət ordusunun əskərləri) və ya ayrıca bir döyüşdə həlak olanlar basdırılmışdır. Bunlara da şəhidlər demişlər.

Babək qalası strateji baxımdan da olduqca əlverişli mövqeyə maiik olmuşdur. Burada üst tərəfdən, Qaladağla Karqaya dağının arasındakı dar keçiddən Əlincəqalaya və Naxçıvana gedən yol qaladan 50-55 m məsafədədir və hip- sometrik cəhətdən ondan 25-30 m alçaqdadır. Bu isə ox məsafəsindən də azdır və bununla yanaşı həmin keçidi başqa bir yerdən keçmək mümkün deyildir. Hündürlüyü 1372 m olan Karqaya dağı şimala uzanaraq Abdal dağlarına qovu- şur, о da Gəvəkə qədər davam edir. Alt tərəfdən Gilançayın sahilləri boyu orta əsr yaşayış məskənləri Gilana (indiki Xarabagilana), Sabirkəndə, Azaya gedən yol isə bizim zəmanəmizə qədər gəlib çatmış rəvayətə görə sapand daşı ilə qorunurmuş.

Beləliklə, olduqca əlverişli mövqedə, birtərəfdən Əlincə-qalaya və Naxçıvana, digər tərəfdən isə Gilana (indiki Xara­bagilana) gedən yolların ayırıcı yaxınlığında yüksək dağ zir- vəsində yerləşən Babək qalası orta əsrlərdə həm də Tabriz Xudafərin-Gilan-Naxçıvan - Qarabağ karvan yolu üzərində mühüm nəzarət məntəqəsi olmuşdur.

Özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olan qala yonulmuş daşdan inşa edilmişdir. Onun daxilindəki dairəvi və dördkünc binalar isə müxtəlif ölçülü qaya parçalarından tikilmişdir. Bir-birinə bitişik tikilmiş bu binalarda divarların salamat qalan hissəsinin hündürlüyü 0,8-1 m, qalınlığı 0,8 m-dir.

Qədim dövrlərdən və orta əsrlərdən başqa bu qala XVII- XVIII əsrlərdə də möhkəm sığmacaq kimi istifadə olunmuşdur. Qeybəli (Qaybalı) adlı biləvli bir igidin öz kiçik dəstəsi ilə birlikdə bu qalaya sığınıb kəndi basqınçılardan və qarətçilərdən müdafiə etdiyi barədə rəvayət nəsildən-nəslə ötürülərək bizim zamanımıza qədər gəlib çatmışdır.

Biləv ərazisində başqa «qaladağlar», «qala zirvələr»də vardır. Onlardan biri Gəvəkdə - Xaraba Cirəcirdən bir qədər şərqdə yerləşən Bünyad qalası adlı bir dağ zirvəsidir.O, nisbi hündürlüyü 30 m-dən artıq və diametri 35 m qədər olan obelisk formalı nəhəng və monolit bir qayadan təşkil olunmuşdur. Bu qayanın üstü sahəsi 1000-1200 m2 olan düz sət- hdən ibarətdir. Ora yalnız alpinistlər kimi dırmaşmaqla çıx- maq mümkündür.

Kəndin ərazisinin şimal-qərb kənarında - Şurutdan Bistə gedən yolun yaxınlığında, dağın başında Xanımqala adlı başqa bir nəhərıg və dik qaya yerləşir. Morfoloji quruluşuna görə bu da Babək və Bünyad qalalarına bənzəyir.

Təəssüf ki, adında qala sözü olan bu zirvələr arxeoloji tədqiq olunmamışdır. Çox güman ki, bu nəhəng dik qayaların başında da qədim zamanlarda qalalar olmuşdur və bu əlçatmaz yerlərdə sığınacaq yaradaraq düşmərıdən müdafiə olunmuşlar. Əks təqdirdə bunlara «Bünyad qalası», «Xanım- qala» kimi adlar verilməzdi. Bundan başqa bu qalalardan hansı vaxtlarda və kimlərin kimlərdən qorunmaq məqsədi ilə sığınacaq kimi istifadə etməsi də bəlli deyildir. Bu suallar elə Babək qalasına da aiddir. Bu məsələlərin aydınlaşdırılması sözsüz ki, tariximizə birtöhfə olardı.

  • Tarix:2015-05-26

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.