Zəhmətkeşlik
Biləvlilər həmişə ağır zəhmətə qatlaşmışlar. Kəndin təbii şəraiti - iqümi, relyefi və s. ilə əlaqədar olaraq burada əkinçilik, heyvandarlıq, bağçılıq, baramaçılıq və s.
Biləvlilər həmişə ağır zəhmətə qatlaşmışlar. Kəndin təbii şəraiti - iqümi, relyefi və s. ilə əlaqədar olaraq burada əkinçilik, heyvandarlıq, bağçılıq, baramaçılıq və s. təsərrüfat sahələri və eləcə də tikinti, quruculuq və abadlıq işləri olduqca böyük əmək, ağır zəhmət hesabına başa gəlir. Burada dağların döşləri boyunca çəkilmiş 24 su arxının hamısını ildə bir neçə dəfə, hər dəfə yağış suları onları lillə, qumm-çınqılla doldurduqdan sonra qazıb belləmək və içərilərini kürüyüb təmizləmək, çayların üstündən yeni körpülər salmaq, yeni yoliar çəkmək, yeni cığırlar salmaq və s. lazım olur. Əsrlər boyu burada kişilər ev, tövlə, samanlıq tikirdilər. Hasar divarları hörürdülər, çəpər çəkirdilər, səbət toxuyurdular, dəridən çarıq tikirdilər, iş alətiəri hazırlayırdılar, onları saziayırdılar, dəri aşılayırdılar, palançılıqla məşğul olurdular, dəyirmanda dən üyüdürdülər. Təsərrüfat işləri də həddindən çox ağır idi.
Biləvin kəvşəni böyükdür. Kəndin yaylaqları 16-20 km, taxıl zəmiləri 8-12 km, mal-heyvan örüşləri bir neçə km-dən 15 km-ə qədər yaşayış sahəsindən uzaqlıqda yerləşir. Əkin sahələrini şumlamaq, suvarmaq, becərmək, məhsullannı yığmaq, mal heyvanlarını otarmaq, bəsləmək və s. işlər üçün tarix boyu biləvlilər bu məsafələri qət edərək yaylaqlara, örüşlərə, əkin sahələrinə əksər haliarda və çox zaman gündəlik olaraq, piyada gedib-gəlirmişlər, üstəlik bütün günü də işləyirmişlər. Biləvli kişilər boyunduruğa qoşulmuş iki öküzlə 50-70 km uzaqlıqda yerləşən aran kəndlərinə və Naxçıvan şəhərinə tir aparıb satırmışlar və müxtəlif mallar alıb geri qayıdırmışlar. Belə uzaq yolları da piyada gedib gəlirmişlər. Qıtlıq zamanlarda gedib Yaycı,Ərəzin,Nehrəm kimi uzaq kəndlərdən taxıl alıb atla, eşşəklə hətta, bellərində şələ ilə gətirərmişlər.
XX əsrin ortalarında gəvən yağı yığmaq qazanclı sahə sayılırdı. Ancaq bu çox ağır iş idi. Biləvli kişilər dolanışıq üçün həftələrlə, bəzən aylarla çöllərdə qalaraq, bu işlə məşğul olurdular və hər cür əziyyətə qatlaşırdılar. SSRİ dövrürıdə büəvli kişilərirı çoxu dağ-filiz mədənlərində (Parağaçay, Ağdərə və s.) və geoloji-kəşfiyyat sahələrində (obyektlərində) çalışırdılar. Oniar bir həftəlik ağır işdən sonra şənbə günlərinirı axşamları 12-15 km yolu piyada kəndə gəlirdilər, bazar günləri yenə də ağır işlər görürdüiər (ot çalırdılar, taxıl biçirdilər, tərəvəz becərirdilər, divar hörürdülər, kərpic kəsirdilər və s.), bazar ertələri sübh tezdən yenə piyada, dağ yamacları ilə üzü yuxarı 12-15 km məsafədə olan iş yerlərinə gedirdilər, və birbaşa işə başlayırdılar.
Biləvli qadınlar ağır təsərrüfat işlərində çalışır, ot, odun, meyvə daşıyırdılar, təndirdə çörək, ocaqda yemək bişirirdilər, paltar yuyurdular, su daşıyırdılar və s. ev işlərini yerinə yetirirdilər. Onlar yundan, qəzildən (keçi tükündən) və tiftikdən (keçi yunundan) xalça, palaz, cecim, xurcun, corab, əlcək, köynək, arxalıq və s. toxuyurduiar. Demək olar ki, hər ailədə və ya hər nəsildə ayrıca hana dəzgahı var idi. 1941- 1945-ci müharibə ülərində və müharibədən sonraks bərpa dövründə Biiəvin bütün işləri - kolxoz təsərrüfatı, tədarükat məsələləri, kənd əhaiisinin dolanışığı kimi ağır problemiər demək olar ki, yalnız qadınların fədakarlığs nəticəsində yerinə yetirilmişdir. Qadınlar kişilərlə bərabər taxıl biçirdilər, ot biçirdilər, su arxlarının içini belləyib torpaqdan, lildən, qum-çınqıldan təmizləyirdilər, tərəvəz becərirdilər, barama becərirdilər. Yay və payız aylarında uşaqlarını bellərinə bağlayıb bütün günü çöməlmiş halda ağacların dibindən tut, ərik, cəviz və s. meyvə yığırdıiar, qış aylarında xalça-palaz toxuyurdular, yazda dölçülük edirdilər və s.
Uşaqları da kiçik yaşlarından əməyə alışdırardılar, zəhmətkeş böyüdərdilər. Hələ 6-8 yaşiarında ikən ailədəki böyüklər arabir onları özləri ilə bağa, çölə, xırmana, örüşə mal-davarın yaııına aparırdılar. Sonra onlara gücləti çata bilən işlər tapşırardılar. Məsələn 9-12 yaşlı uşaqlara ocağa, təndirə çırpı daşıyıb yığmaq, mali sürüb naxıra qatmaq, davarı sürüb kəndin sürüsünə qatmaq, bağda işləyərı atassna və ya babasına, əmisinə yemək aparmaq, qonşuya gedib filan sözü demək, bağda ağacın dibindən meyvə ərik, cəviz və s. yığmaq, qız uşaqlarına çeşmədən su gətirmək, evdə analarına, nənələrinə kömək etmək və s. işlər tapşırılardı. Sonra oğlanlara xırmanda vəldə, kotanda boyunduruqda oturmağı, öküzləri otarmağı, at minməyi, axşam çağiarı sürünü, naxırı qarşılayaraq öz mallarını ayırıb həyətə gətirməyi, onları yemləməyi, qızlara ev işlərini, meyvə-tərəvəz yığmağı, corab, əlcək toxumağı və s. öyrədərdilər. Yeniyetmə yaşlarında onlar da böyüklərlə bərabər ot, taxıl biçərdilər, tərəvəz becərərdilər, arx çıxarardılar, rneyvəçilikiə, heyvandarlıqla, baramaçılıqla məşğul olardılar.
İndii biləvlilərin, xüsusilə də, qadınların və uşaqiarın əməyi xeyli dərəcədə yüngülləşmiş olsa da, ənənvi olaraq, yuxarıda sadaladığımız işləri onlar yenə gə yerinə yetirirlər.
Şükürlər oisun ki, indi biləvlilərdən fəhlədən nazirədək, əsgərdən generaladək, təiəbədən alimədək, satıcidan şirkət rəhbərinədək hər cür vəzifə və mənsəb sahibləri vardır və onların sayı qədərindən də artıqdır. Onların hamısı yalnız özlərinin çalışqanlığı sayəsində tutduqları mövqeyə nail ola bilmişlər. Biləvlilərin işgüzarlığına dair eşitdiyim bəzi hadisələr yadıma düşdü. XIX əsrin sonlarında - XX əsrin əvvəllərində Tağı Salman oğlu atla taksi fəaliyyəti göstərərək yük daşıyırmış və ən azı yolun bir başmı piyada gedib-gəlirmiş. Beləliklə о hər gün piyada 50 krn-dən artıq yol qət edirmiş. Yenə XIX əsrin sonlarında Taharlı Bayram və Məhərrəm qardaşiarı girdəburun(əl mişarı) ilə tirləri uzunluğu boyunca kəsərək taxta düzəldirmişlər. Başqa söziə desək indiki elektriklə işləyən taxtakəsən sexlərinin işini əllə yerinə yetirimişlər. Həm də bu peşə ilə uzun müddətli məşğul olurmuşlar. Hacı Səftər Heydərov Naxçıvan MR Kommunal Təsərrüfatı naziri işləyəndə bir dəfə axşamdan xeyli keçmiş görür ki, evlərə istilik verilişi dayandı. Nazir yatağından qalxır, tez geyinib qazanxarıaya gəlir. Orada ona deyirlər ki, bəs mazut qurtarıb. Hacı Səftər tənbəllik etməyib işçi paltarı və rezin çəkmə geyinərək mazutlu pilləkənlərlə yuxarı dırmaşır və baxıb görür ki, tiyanda hələ xeyli mazut vardır. Qazanxananı işə saldırıb isti su verilişini bərpa etdirir və ertəsi gün ona yalan danışanları işdən qovur (Belə misallardan çox çəkmək olardı).
- Tarix:2015-05-26