• BİLƏVLİLƏR
    • Ümumi məlumat
    • Təbii şərait
    • Biləvlilər keçmiş zamanlarda
    • Biləvlilər SSRİ dövründə
    • Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində
    • Biləvlilər miistəqillik illərində
    • Biləvli ruhanilər, sənətkarlar, ağsaqqallar, ağbir- çəklər və uzunömürlülər
  • XÜSUSİYYƏTLƏR
    • Sadəlik
    • Zəhmətkeşlik
    • Dindarlıq
    • Qonaqpərəstlik
    • Etibarlılıq
    • Ailəcanlılıq
    • Eldarlıq
  • TAYFA-NƏSİL
    • Biləv tayfasınırı məskunlaşması
    • Abdal tayfasının məskunlaşması
    • Şamlı ailələrinirı məskurılaşması və Şamlı nəsillərinin yaranması
    • Xəlfəli ailələrinin məskunlaşması və Xəlfəii nəsillərinin yaranması
    • Gödəkli ailəsinin məskunlaşması və Gödəkli tafasının yaranması
    • Kəngərli ailələrinin (nəsillərinirı) məskurılaşması
    • Seyid ailələrinirı (nəsilərinin) məskunlaşması
    • Yerıi ailələrin və yeni nəsillərin yaranması
    • Biləvdə əhali məskurılaşması tarixinirı ümumi mənzərəsi
    • Köçüb başqa yerlərciə rnəskunlaşmış biləvlilər
    • Biləvlilərin tayfa və nəsillərə görə ümumi təsnifatı
    • Biləv tayfası
    • Abdal tayfası
    • Şamlı tayfası
    • Xəlfəli tayfası
    • Gödəkli tayfası
    • Kəngərli tayfası
    • Seyid nəsiiləri
    • Yeni nəsillər və ailələr
    • Biləv tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Abdal tayfasından törənmiş sonrakı tayfaların və nəsillərin şəcərələri
    • Xəlfəli tayfasından törənmiş sonrakı nəsillərin şəcərələri
    • Şamlı nəsillərinin şəcərələri
    • Gödəkli nəsillərinin şəcərələri
    • Kəngərli nəsillərinin şəcərələri
    • Seyidnəsillərinin şəcərələri
    • Yeni nəsil və ailələrin şəcərələri
    • Kənddən köçmüş Biləvli nəsil və ailələrin şəcərələri
  • TOPONIMIKA
    • Biləv kənd adının - oykoniminin yaranması
    • Abdal dağ adının - etnotoponiminin yaranması
    • Şamlılar tayfa adı - etnonimi
    • Gödəkli tayfa (nəsil) adı - etnonimi
    • Xəlfəli kənd adi - oykonimi
    • Ağacanlı nəsli və eyniadlı kənd
    • Əmirkəndi və Əmirli nəsli
    • Musa kəndi haqqında
  • TARİX
    • Tarixi oçerk
    • Orta əsrlərdə Biləvdən keçən karvarı yolları
    • Babək (Biləv) qalası
    • Gilançay üzərində körpülər
    • Qayalarda və daşlarda rəsmlər
    • Dəyirman, bəzir və zəyərək daşlan
    • Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
    • Nekrapol və qəbiristanlıqlar
    • Məscidlər
    • Qəbirüstü abidələr: daş qoç heykəlləri və sinə daşları
  • QALEREYA
    • Foto Qalereya
    • Video Qalereya
  • info@bilevliler.biz

Biləvlilər Azərbaycan Xaiq Azadlıq Hərəkatı və I Qarabağ müharibəsi illərində

1988-1993-cü illərdə Azərbaycan Xalq Azadlıq Hərəkatı zamanı çoxsaylı biləvlilər bu hərəkata qoşulmuşdu.

1988-1993-cü illərdə Azərbaycan Xalq Azadlıq Hərəkatı zamanı çoxsaylı biləvlilər bu hərəkata qoşulmuşdu. Onlardan Həmid Piri oğlu Aslanlı(Aslanov) bu hərəkatın aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsinirı Bakının Nəsimi (iş yeri üzrə) və Xətai (yaşayış yeri üzrə) rayoniarında fəal üzvü və Cavanşiradlanan böyükbirdayaqdəstəsininyaradıcılarından və rəhbərlərindən biri olmuşdur. О fərdi və kollektiv imzalarla "Pravda","İzvestiya" və s. qəzetlərə, Mərkəzi televiziyaya subyektiv, birtərəfli və Azərbaycana qarşı qərəzli mövqelərinə görə çoxlu etiraz məktubları, teleqramlar,hətta M.S Qorbaçova ağır ittihamlarla dolu "açıq məktub"da göndərmişdir. Azərbaycan informasiya blokadasında olduğu həmin illərdə Orta Asiya respublikalarında geoloji tədqiqatlar aparan H.Aslanlı Azərbaycanda baş verən və Qarabağ münaqişəsinə dair hadisələri obyektiv işıqlarıdıran qəzet, jurnal, kitab və s. materialların Özbəkistan, Qırğı- zıstan, Qazaxıstan və Rusiyanın müxtəlif şəhərlərində və qəsəbələrində çoxsaylı tirajla yayılmasını təşki! etmişdir. Onun о dövürdə Azərbaycan Xalq Azadlıq Hərəkatının aparıcı qüvvəsi olan Xalq cəbhəsi haqqında yazdığı şeir Bakıda mitinqlərdə oxunmuşdur. О şeir belədir Azərbaycan Xalq cəbhəsi Xalqın səsi, haqqın səsi, Rus imperiyasına qarşı Azadlıq mübarizəsi;

Azərbaycan Xalq cəbhəsi Müstəqilliyin müjdəsi, Xalqın xoşbəxtliyi üçün Milli dövlət məsələsi;

Azərbaycan Xalq cəbhəsi Xalqımın qolu, qüvvəsi, Erməni quldurlardan

Vətənin Müdafiyəsi; Azərbaycan Xalq cəbhəsi Xalqın əzmi, iradəsi Amalıdır. ya Azadlıq

Ya da şəhidlik zirvəsi.

Oxucular üçün maraqlı olacağı güman edilərək, 1990-cı il 20 yanvar hadislərəindən sonra Həmid Aslanlının İş yoldaşı alim-geoloq Rafayıl Axundovla birlikdə yazıb M.S.Qorbaçova ünvanladığı "Açıq məktub"un fotosürəti və azərbaycan dilində tərcüməsi kitabda verilir.

Qarbaçova açıq məktubun azərbaycancası

Qarbaçovun üzünə Sən kommunist padşahlığı taxtına çıxan kimi ən əvvəl üç müddəa irəli sürdün: aşkarlıq, yenidənqurma, demokratikləşmə.

Sənin aşkarlığın məcburiyyət üzündən idi. Çünki hələ səndən əvvəl xalq cana doymuşdu. Sən təbii ki, xalqın qəzəbindən qorxub onun səbr kasasını daşmağa qoymadın.

Sənin yenidən qurman sovet iqtisadiyyatının yamaqlı və cırıq tumanından təzə nə isə düzəltmək cəhdi kimi boş çıxdı. Sən xalq təsərrüfatı məhsulları istehsalını azaldıb, əvəzində isə geniş assortimentdə damğalar və yarlıqlar-ekstremist, terrorçu, millətçi, korrupsiya elementləri və s. və i. a. istehsalını artırdın.

Sənin demokratiyan Alma-atada, Tbilisidə və nəhayət Bakıda soncuqlayıb, şıllaqlayıb vurduğun zərbələrdə özünü göstərdi. Ancaq Alma-atada və Tiblisidə sən sürüşüb aradan çıxa bildin. Bakıda isə şəxsi məsuüyyətdən yaxa qurtara bilməyəcəksən.

Sənin «əbədi canlı» ideoloqun da 20-ci ilin əvvəllərirıdə Sikoraya və Orconigidzeyə tapşırmışdı ki, Bakını və Gürcüstanı tutun. Ancaq gürcülərlə rıəzakətlə davranın, deməli azərbaycanlılarla hər cür olar. Sən də elə etdin. Ancaq sən yanılmısan kişi qırığı. Bəlkə də Litvadakı şapalaqdan sonra sənin şok vəziyyətinə düşməyin də öz işini görüb.

Sən öz sələflərindən boşboğazlığın, qəddarlığın və xalqların qanına bulaşmağınla bir az seçilirsən.

Sən Sov. İKP MK-nı Əfqan xalqının qanından yuyub təmizləməmiş öz əllərini Azərbaycan xalqının qanına buladın. Sənin ideologiyan humarıist deyil. О Leninizm sayıqlamasın- dan, stalinizm despotundan, hitlerizmdən, pinoçetlərdərı və iyiənmiş daşnakizm şirəsindən ibarətdir. Sən təcavüzkarsan və başqa təcavüzkan müdafiə edərək bizim xalqirnızın qanını tökmüsən. Sən azacıq millətçiiik közərtisinin nəhəng şovinizm yanğınına çevrilməsinə qəsdən şərait yaratdsn. İki qonşu respubükanın faciəsinə də elə bu səbəb oldu.

Sən rüşvətxorluğu pisləyirsən, ancaq özün ən böyük rüşvətxorsan. Sən rüşvət aldıqiarının qulusan, onlar sonra sənin ağzına rüşvət atıb qışqırdırlar, sən də azadlıq istəyən xalqın üstünə cumursan.

Sən təkəbbürlüklə bizim torpağımızı təcavüzkarlıqda kiçik qardaşın olan qarınqulu gəmiriciyə satırsan.

Sən «bütün xalqların və bütün zamanların böyük rəhbərinin» ölümü ildönümündə Yazovun və onun kimilərinin başçılıq etdiyi tazı köpəklərin əli ilə bizim torpağımızıda qaniı qırğın salmaqla özünü biabır etdin.

Sən lovğalandın ki, damğalı Mixailsən, ancaq sən onun təsadüfi adaşısan və sənıin nişanın qanlı əllərindir. Sən can verməkdə olan rəzil kornmunist imperiyasını saxlaya bilməy- əcəksən. Heç bir imperiya da axıra qədər dözə bilrnəyib.

Sən Azərbaycan xalqınırı rninlərlə oğullarının və qızla- rının ölümündə bilavasitə iştirakçısan. Bu qanlı qırğın sənin günahındır.

Sən ikiüzlüsən. Bir tərəfdən dinc əhaiirıi qırmağa əmr verirsən, о biri tərəfdən də sənin öyrədilmiş köpəklərinin, in- safsız robotlarının əli ilə həlak olmuşlann ailələrinə riyakarlıq- la «səmimi» başsağlığı verirsən.

Sən qabaqcadan ABŞ, İngiltərə, Fransa və başqalarının susacaqları haqda razılığını aiıb, öz qanlı cinayətlərini həya- ta keçirdin... Ancaq onlar səni həriflədilər. Əvvəlcə arxayın etdilər ki, susacaqlar, hadisələr olandan sonra isə söylədilər ki, sən həddən çox böyük qüvvə işiətmisən, indi də bağırırlar ki, kommunizmin əsassız boş bir şey olduğu sübut olundu. Marksizm - ieninizm artıq heç nəyə yaramır. Bax belə.

Sən şərəfsizsən. Hətta duelə çıxanlar belə silah seçməyi rəqiblərinə təklif edirlər. Sən isə əli yalın dinc əhaliyə qarşı avtomat, pulemyot, tank işlətdin.

Sən yalançısan, 5z gəmiricilərini qorumaq hay-küyü sənə pərdələnmək üçün lazım olmuşdur. Əslində sən qorxdun ki, xammal bazası Azərbaycan kimi yağlı tikə əldən çıxa bilər, ona görə də başkəsənləri xalqımızın üstünə göndərdin. Ancaq onu bil ki, biz necə olur olsun azadlığımızı qazanacağıq və onda mehriban qonşuluq etmək üçün sənin üzün olmayacaqdır. Burda da çaş-baş düşmüsən hərif.

Sən qorxaqsan. İki ildir çalışırsan ki, günahsızlar axtarılmasın, tapılmasın. Çünki bilirsən ki, Aqanbekyan, Balayan, Kaputikyan, Starovoytova, Trapeznikov və başqa erməni və ermənipərəst lobbi siyahısında sənin də adın çəkiləcəkdir. Əgər Özbəkistan işinin açılmasını dayandırmasaydın Liqa- çovdan sonra sənin familin gələcəkdi.

Sən uzaqgörən deyilsən. Sən bizim respublikanın impe- riyanın tərkibindən parlament qaydada çıxması prosesinin qarşısını almağı güman edirdin, ancaq bu prosesi daha da sürətləndirmiş oldun,

Sən öz cinayətkar silahlı müdaxilənlə xalqın demokratiyaya olan azacıq inamını da məhv etdin. Sən bizim üstümüzə silahla gəldin, ancaq biz səni silahla yox, nifrətimizlə, qəzəbimizlə öldürəcəyik. Sən bizi tankların tırtılları altında əzmək istəyirdin, ancaq öz qəbrini qazmış oldun. Sən artıq siyasi meyitsən. Sən xaiqımızın və bütün bəşəriyyətin mühakiməsi qarşısında dayanacaqsan. Öz xalqının qatili olan bir kampaniyada qalmağa bizim mənəvi haqqımız yoxdur, sənin isə bizi özünün dağılan kampaniyada saxlamağa heç bir hüququn yoxdur.

Sən lovğalanıb elə bildin ki, şahmatdakı kimi atla gediş etdin, ancaq eşşek gedişi etdin, özü də cins Qarabağ eşşəyi gedişi. Azərbaycanda yaşayan rusların yalnız az və nisbətən avam bir hissəsi sənin əlaltılarının məkrli şaiyələrinə uydular. Ancaq sən tələsib əməliyyatın bütün incəliklərini duymadan birbaşa baltaladın. Şükür ki, bizim respublikada yaşayan rusların əksəriyyəti sənin düşük təbliğatına uyınadılar. Onlar Azərbaycan xalqına məxsus yüksək keyfiyyətləri lazımınca qiymətləndirməyi bacarırlar. Biz inanırıq ki, sənin ucbatından bu gün azərbaycanlılarla rastlaşanda başını aşağı salan bu adamlar yaxın vaxtlarda dik və məğrur dayanacaqlar.

Şahmat mövzusunu davam etdirib sənə demək istəyirik ki, sən seytnot vəziyyətində oyunun davamını (MK plenumu, fövqəladə sesiya ) yubadırsan. Onsuz da vəziyyət ümüdsüzdür və uduzacaqsan. Şərqi Avropada belə hallarda artıq təslim olmuşlar.

20 yanvardan başlayaraq sənin üçün yeni dövr, Azərbaycan xalqının qatı düşməni olmaq dövrü başlanmışdır. Bu cinayətin ağırlığı ömrünün axırına qədər səni sıxacaqdır. Vahiməli yuxular sənə əzab verəcəkdir. О gündən Allah səni lənətləmişdir. Azərbaycan xalqı səni hər an lərıətləyir. Sənin nə hümanizm baxımından nə siyasi, nə də insani haqqın yoxdur ki, dövlət başçısı vəzifəsində qalasan. Əgər səndə bircə qırıq da olsa kişilik varsa özün öz alnına bir güllə çaxsan daha yaxşı olar.

Sənə sən deyə rrıüraciət edirik. Çünki bizim xalqımız hörmət etdiyi adamlara siz deyə müraciət edir. Sən isə bu hörmətə layiq deyilsən. İndən belə sən bizim üçün Qorbau şeskuya çevrilirsən. Fərq yalnız ondadır ki, onun arvadı sionist partiyasının üzvü idi, səninki isə daşnak partiyasının.

Azəri övladları.

H.Aslanlının M.S.Qarbaçova ünvanladığı açıq məktubun fotosürəti.

О dövrdə Bakıda

  1. Məcid Mahmud oğlu Rzayev,
  2. Hacı Yavər Hacı Şıxalı oğlu Şıxəliyev,
  3. Mir Əli Mir İban oğlu Seyidov,
  4. Nazim Eyvaz oğlıı Həsənov,
  5. Məhər Tarverdi oğlu Səfərov,
  6. Aslan Həmid oğiu Asianov,
  7. Babək Həmid oğlu Aslanov,
  8. Fariz Əli oğlu Əmirov,
  9. Baxşı Qasım oğlu Fətəliyev

və başqaları müxtəlif mitinqlərin, yürüşlərin və tətillərin həyata keçirilməsi və effektli olması üçün əllərindən gələni əsirgəmirdilər.

  1. Rəqayıl Əbdüləli oğlu Cəbiyev,
  2. Rafayıl Əbdüləli oğlu Cəbiyev,
  3. Əlabbas Zeynal oğlu Abdullayev,
  4. Qurban Əli oğlu Əmirov,
  5. Məhəmmədəli Abasqulu oğlu Ələsgərov,
  6. Bəhrəm Abazər oğlu Əsgərov,
  7. Mirzə Məmmədrza oğlu Rzayev(Hacı Mirzə),
  8. Həmzə Məmmədrza oğlu Rzayev(Kərbəlayı Hərnzə),
  9. Qəhrəman Hüseyin oğlu Şıxəliyev,
  10. Cahad Məhərrəm oğlu Hüseynov,
  11. Hüseynalı   Kərəm oğlu Əsədov,
  12. Səməd İbrahim oğlu Fətəliyev,
  13. Sənan Əli oğlu Hüseynov,
  14. Məşədi Firidun Abbasəli oğlu Səfərov və başqaları Biləvdə Xalq Azadlıq Hərəkatının fəal iştirakçıları olmuşlar. О zaman Ordubad, Naxçıvan, Culfa şəhərlərində və başqa yerlərdə yaşayan biləvlilərin də bir çoxu Xalq Azadlıq Hərəkatırıa qoşulmuşdular.

Onlardan:

  1. Fərrux Rəqayıl oğlu Cəbiyev
  2. Sərdar Məhərrəm oğlu Şıxəliyev,
  3. Həsən Əsgər oğlu Həsənov,
  4. Elman Səfər oğlu Səfərov,
  5. Ədalət İbrahim oğlu Salmanov,
  6. Eldar Məhərrəm oğlu Şıxəliyev,
  7. İlqar Məhərrəm oğlu Şıxəliyev,
  8. Süleyman Fərhad oğlu Mirzəyev
  9. Telman Əsgər oğlu Həsənov fəallıqla bu Hərəkatda iştirak etmişlər.

Xaiq Cəbhəsinin Biləvdə yaradılan dayaq dəstəsi Ordubad rayonurıda.Naxçıvan Muxtar respublikasında və bütöviükdə Azərbaycanda aparılan Xalq Azadlıq Hərəkatına hər növ dəstək verirdi,

1989-cu ilin dekabr ayının 31-də Azərbaycan Respublikası ilə Güney Azərbaycan arasında sərhədlərin açılması üçün həyatını təhlükəyə ataraq sərhəd məntəqələrini uçurub dağıdan, dirəklərini çıxarıb yandıran, məftülərini kəsib doğrayan on minlərlə azərbaycanlı vətənpərvər oğulların içərisində

  1. Həmid Piri oğlu Aslanlı (Aslanov),
  2. Fərrux Rəqayıl oğlu Cəbiyev,
  3. Həsən Əsgər oğlu Həsənov,
  4. Qurban Əli oğlu Əmirov,
  5. Rafayıl Əbdüləli oğlu Cəbiyev,
  6. Rəqayıl Əbdüləli oğlu Cəbiyev,
  7. Bəhram Abazər oğlu Əsgərov,
  8. Məhəmmədəli Abasqulu oğlu Ələsgərov,
  9. Sərdar Məhərrəm oğlu Şıxəliyev,
  10. Eldar Məhərrəm oğlu Şıxəliyev,
  11. İlqar         Məhərrəm oğlu Şıxaliyev,
  12. Elman Səfər oğlu Səfərov və başqa biləvlilər də vardı.

Sonralar da yuxarıda adları sadalanan biləvlilər xalqımızın bütün vətənpərvər oğulları ilə bərabər azadlıq və müstəqillik uğrunda Sovet inperiyasına qarşı fədəkarlıqla mübarizə aparmışlar.

Qarabaq münaqişəsi başlayanda biləvlilərdə bütün ölkə əhalisi ilə bərabər Vətənirı müdafiəsinə qalxmışlar.1989-cu ilin yazında Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin tələbələrindən ibarət könüllülərin sırasında Aslan Həmid oğlu Aslanov ermənilərin gözlənilən qəfil hücumunu dəf etmək üçün Laçın rayonuna getmiş və 1 aya yaxın orada keşikçi məntəqələrində dayanmışdır. Azad Məşədi Mürvət oğlu Alquluyev, Babək Həmid oğlu Aslanov və başqa biləvli gənclər ali məktəbləri bitirdikdən sonra könüllü olaraq Müdafiyə Nazirliyində xidmətə təyinat almışlar. 1989- 1991-ci illərdə ermənilərin kəndə qəfil basqın edəcəyindən ehtiyatlanan biləvlilər silahlı gözətçi dəstələri yaratmışdılar. Bu dəstələr növbə ilə gecələr kəndə keşik çəkirdilər. Belə dəstə üzvlərindən:

  1. Hüseynalı Molla Kərəm oğlu Əsədov,
  2. Qəhrəman Hüseyn oğlu Şıxəliyev fəallıqları ilə tanınmışdılar.

Qarabağ müharibəsində iştirak edən onlarla biləvli gənc Naxçıvan MR hüdudlarında, Gədəbəy, Ağdərə, Murovdağ, Qubadlı, Tərtər və Füzuli bölgələrində ermənilərə qarşı mərdliklə vuruşmuşlar. Onlardan:

Şahsuvar Muxtar oğlu Muxtarov bir neçə erməni əsgərini məhv edərək komandanlıqdan təşəkkür və qısamüddətli məzuniyyət almışdır;

Valeh İsmayıl oğlu Əliyev çətin döyüşdə ölümcül yaralanmış və həkimlərin səyi nəticəsində sağalmışdır;

Taharlı tayfasının Qeybəliuşağı nəslindən Bacıxanımın oğlu Raqib Baxşı oğlu Baxşıyev minaya düşərək əlil oimuşdur. İndi о Gənzə məktəbində müəllim işləyir;

Nəsimi Məcid oğlu Rzayev 1994-cü ilin 30 aprelində Tərtər uğrundakı döyüşlərdə mərdliklə vuruşaraq həlak olmuşdur. Sonralar onun oxuduğu Bakıxanov qəsəbəsindəki 169 saylı orta məktəbə şəhid Nəsimi Rzayevin adı verilmişdir. Onun yaşadığı evin qabağına və oxuduğu məktəbin girişinə şəhidin xatirə lövhəsi vurulmuşdur. N.Rzayevin məzarı Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanındadır;

Taharlı tayfasının Salmanlı nəslindən olan Hacı Şəfiqə xanımın oğlu Azər Fərrux oğlu Zeynalov 1993-cü ilin oktyabrında Horadiz uğrundakı döyüşlərdə rəşadətlə vuruşaraq şəhid olmuşdur. Qəbri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanındadır;

Biləvli zabitlər

  1. Səxavət İbrahim oğlu Saimanov,
  2. Həsən Əli oğlu Əliyev,
  3. Xanlar Salman oğlu Nəsirov
  4. Qara Hacı oğlu Quliyev

və başqalarının,eləcə də sərhəd qoşunlarında Əməliyyat şöbəsinin zabiti Əhsən Əli oğlu Əliyevin başçılığı ilə uğurlu əməliyyatlar həyata keçirilmişdir.

Biləvli gizirlər

  1. Kirman Əsgər oğlu Həsənov
  2. Səməd İbrahim oğlu Fətəliyev

və başqaları sərhədlərimizin qorunmasında rəşadətlə xidmət etmişlər.

Hələ 1988-ci ildə M.Qorbaçovun uğursuz «yenidənqurma» kompaniyası nəticəsində keçmiş SSRİ də yaranmış hərci-məclikdən və özbaşınalıqdan istifadə edən ermənilər məlum Sumqayıt hadisələrini törədərək düşmənçiliyi daha da qızışdırmışdılar. Həmin ilin yayında heyvandarlar yaylaqda ikən biləvli çoban Qaçay Səfər oğlu Zeynalovun, tivili Şahinin, bistli Sənarıın, nəsirvazlı Maisin və başqa bir nəfərin də atları bir-birinə qoşuiub Zəngəzur dağiarını aşaraq Ermənistan tərəfə keçmişdilər. Ermənilər də bu atları tutub aparıb öz fermalarında işiədirmişlər(Bəlkə də errnənilər həmin atları oğurlayıb aparmışdılar.). Qaçay da atları axtara-axtara Qapıçıq aşırımından keçərək gəlib ermənilərin fermasının yaxmlığına çıxır və burada о Ermənistanın Qafan rayonunun azərbaycanlılar yaşayan Baharlı kəndindən olan 18-19 yaşlı Ədif adlı bir oğlanla rastlaşır, Ədifin atası Sahib həmin kənddə müəllim və məktəb direktoru işləmişdi. Onların ailəsi parçalanmışdı. Ədifin anası da gəlib Sumqayıtda yerləşmişdi. Ədif atası ilə qalmışdı. Sonra Ədifin atası başqa bir qadınia evlənmişdi, 1988-ci ildə ermənilər Qafan rayonunda yaşayan yerii azərbaycaniıları öz ata- baba yurdlarından zorla çıxaranda Ədifin atası kolxozurs fermasında quzu otaran oğluna xəbər göndərə bilməmişdi və qalan ailə üzvləri ilə birlikdə öz başını götürüb qaçmışdı. Ermənilər də əilərinə keçən Ədifi ölümlə hədələyərək zorla, bir qarın quru çörəyə fermada işlədirdilər. Üstündə heç bir sənədi olmayan və doğulduğu Baharlı kəndindən başqa heç bir yeri tanımayan (hətta öz yaşını belə dəqiq bilməyən) Ədif də ermənilərin təhqirlərinə, hədələrinə və ağır əməyə, əziyyətə dözməyə məcbur olmuşdu.

Ədif Qaçaya «fermaya getmə, ermənilərin silahları var, səni öldürərlər» demişdi. Onu da demişdi ki, «ermənilər bizimkilərdən bərk qorxurlar, hərdən öz aralarında danışırlar ki, türklər gəlib bizi qıracaq». Qaçay da Ədifə «sən məni burada gözlə» demiş və ehtiyatla fermaya yaxınlaşmışdı.

Fermada ermənilər Qaçayı əhatəyə almışdılar və sorğu- suala tutmuşdular:

  • Ara türk sən bura ölməyə gəlmisən?
  • Bizim atlarımız itib, mən onları axtarıram.
  • Onları burada niyə axtarırsan? Bura at, filan gəlməyib.
  • Bax, о görünən mənim atımdır.
  • Biz buradan sizə at yox, sənin meyitini verə biiərik, onu da istəsək!
  • Nəyə görə?
  • Ona görə ki, mən Sumqayıtda mühəndis işləyirdim, yaxşı da yaşayırdıq, ancaq indi 5 aydır ki, bir qarın çörəyə burada çobanlıq edirəm, arvad-uşağım da Qacaranda ac- yalavacdır.
  • Mən Sumqayıtda olmamışam, ancaq eşitmişəm ki, orada baş verənləri də sizinkilər törədiblər.
  • Ola da bilər. Mənim qardaşımı qatarın altına atmışdılar. mən qışqırdım «o mənim qardaşımdır, onun heç bir günahı yoxdur», onda azərbaycanhlar onu qatann altından sağ- salamat çıxartdılar. О indi də yaşayır... О işləri kim törətsə də, əziyyətini ki, mən çəkirəm!..

Bir qədər pauzadan sonra Qaçay demişdir:

- Mən bura tək və silahsız gəlməmişəm. Biz böyük, silahlı dəstəyik. Yoldaşlarım yaxınlıqda gözləyirlər. Biz istəmirik ki, 5 ata görə qırğın düşsün, 10-dan da artıq adam ölsün. Ona görə də mən tək və silahsız sizin yanınıza gəlmişəm. İstəyirsiniz öldürün məni!

Bu hərbə-zorbadan sonra ermənilər öz aralarında xısınlaşmışdılar, sonra onlardan biri Qaçaya demişdi: «Ara, axşam düşür, indi gəlib səni gülləyəcəklər, о biri ermənilər gəlməmiş öz atını tut min, tez çıx get buradarı!

Qaçay da atını tutub minmiş və qaian atları da qayıdacağı yola tərəf qovmaq istəmiş, ancaq atlar əks istiqamətə qaçmışdılar. Əlacsız qalan Qaçay öz atı ilə geriyə yola düşmüşdü. Ədifin yanına çatdıqda ona «gəl mənimlə gedək» demişdi. Ədif də sevinərək Qaçaya qoşulmuşdu və yola düzəlmişdilər. Ancaq çox ehtiyatla, tez-tez arxaya, yan- yörəyə baxa-baxa gəlirmişiər. Qaçayın atını da ermənilər о qədər işlətmişdilər ki, atda atlıq qalmamışdı, yamacı çıxa bilmirdi. Gecə ayın işığında Qaçayla Ədif yaxınlıqdakı dərədə bir dəstə atın otladığını görürlər. Bu atı buraxırlar, dərədə otlayan atlardan hər adama birini tutub minib getmək istəyirlər. Ancaq о atları tutmaq asan olmur. İllərlə çobanlıq, çölçüfük etmiş 2 cavan oğlan (o zaman Qaçayın 25 yaşı vardı) bu atları dərələr, yamaclar boyu üzü yuxarı xeyli qovduqdan sonra axır ki, bir münasib yerdə oniardan ikisini tuturlar və hərəsi birinə minərək о biri atları da qabaqlarırıa qatib bizim yaylaqlara gəlib çıxırlar. Itən atların sahibləri də bu hadisəni eşidəndən sonra gəlib bu atlardan hərəsi birini aparır.

Heç bir sənədi olmayan və valideynlərinin, qohumlarımrı harada məskunlaşhğını bilməyən Ədif il yarıma qədər Biləvdə, Qaçaygildə yaşadı və Qaçayla bərabər Biləvin çöllərində çobanlıq etdi. Bu müddətdə Ədifin Bistdə uzaq qohumları və Ordubadda anasının yaxın rəfiqəsi ondan xəbər tutdular və Sumqayıtda yaşayan arıasına da Ədif barəsində xəbər göndərdilər. Sonra anasinın ünvanını dəqiqləşdirib Ədifi biləvli Əhmədov Arzu Qədim oğluna qoşub Sumqayıta, anasının yanına göndərdilər. Ədif Qaçaya elə bağlanmışdı ki, 3 ay göziəyib onun toyundan sorıra anasının yanına getmişdi. Sonralar Ədifdən və orıun anasından Qaçaya neçə-neçə minnətdarlıqla dolu məktublar gəldi. Ancaq başı çobanlığa, çölçüiüyə qarışan Qaçay səhlənkarlıq edərək bu məktublara tək-tək həllarda quru cavablar verdi. Daha sonra məktubiar seyrəldi, səngidi və nəhayət onların arası kəsildi.

Ədif söhbət edirmiş ki, «ermənilər mənə düşmən və əsir kimi baxırdılar. Deyirdilərki, Azərbaycana getsən bizim orada olan adamlarımız səni öldürəcəklər. Təkcə Sumqayıtdan gələn Volod adlı bir erməninirı mənə rəhmi gəiirdi. Bir tərəfdən də Azərbaycana necə gələcəyimi, hara gedəcəyimi, kimin qapısını döyəcəyimi də bilmirdim. Həm də ermənilər məni sərhəddə yaxın yerlərə nəzarətsiz buraxmırdılar. Ya ömrümün axırına qədər məni əsirlikdə qul kirni işlədəcəkdilər, ya da öldürəcəkdilər».

  • Tarix:2015-05-26

Xəbərlər

  • #
    2015-07-31

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

  • #
    2015-07-31

    Batabat yaylaqlarından səmərəli istifadə olunur

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

  • #
    2015-07-31

    Muxtar respublikada iməciliklər davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

  • #
    2015-07-31

    Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir

  • #
    2015-07-31

    “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

  • #
    2015-07-31

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

Elanlar

Video Qalereya

Statistika

© 2015 . Bütün hüquqlar qorunur. Sayt yaradılıb Cəbrayılov Elşad tərəfindən.