Xəbərlər
Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir”.
Bu gün Əlahiddə Ümumqoşun Ordunun dağ şəraitində və yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılmışdır. Çətin dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər torpaqlarımızı etibarlı qoruyurlar. Güclü maddi-texniki təminat, yüksək xidmət şəraiti və xalq-ordu birliyi hərbi qulluq&c...
Batabat yaylaqlarından səmərəli istifadə olunur
Muxtar respublikada insanlar harada yaşamasından asılı olmayaraq dövlətin qayğısını öz üzərində hiss edir, qurub-yaradır, təsərrüfatla məşğul olurlar. Səfalı yaylaqlarda oba quran kənd adamlarının xoş güzəranı bunu bir daha təsdiq edir. Obalarda təsərrüfatla məşğul olan insanlar təkcə uca dağların deyil, həm də hərtərəfli dövlət qayğısının əhatəsində yaşayırlar. Onlarla mütəmadi görüşlərin keçirilməsi, yaylaqlarda səyyar tibbi və iaşə xidmətlərinin təşkili muxtar respublikada insan amilinə göstərilən diqqətin ifadəsidir.
İyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Batabat yay...
Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir
Naxçıvan qədim tarixə və zəngin mədəniyyətə malikdir. Aparılan araşdırmalar nəticəsində burada tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar olunmuşdur. Xüsusilə, son illər beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyəti Naxçıvan tarixinin açılmamış qatlarını üzə çıxarmış, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə imkan vermişdir. Kültəpə, Oğlanqala, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerləri bəşər sivilizasiyasının ilkin dövrünün yadigarlarıdır. Bu tarixi abidələr beynəlxalq ekspedisiyaların da diqqətini cəlb edir. Muxtar respublika ərazisində aparılan arxeoloji tədqiqatlarda dünyanı...
Muxtar respublikada iməciliklər davam etdirilir
Bu gün muxtar respublikada təbiətə qayğı ilə yanaşılır, onun yaşıl örtüyü qorunur. Kəskin kontinental iqlimin təsirinə baxmayaraq, dağlar, təpələr insan əməyi nəticəsində yaşıllıqlara bürünür. Artıq Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə, yol kənarlarında boy atan ağaclar, barverən min hektarlarla meyvə bağları insanda xoş ovqat yaradır, onu təbiətə bağlayır. Bu səbəbdəndir ki, əkilən tinglərə, bağ və yaşıllıq zolaqlarına ilboyu qulluq göstərilir. Yay aylarında isə bu iş daha intensiv hal alır. Sakinlər çəkdikləri zəhmətin hədər getməməsi üçün iməciliyə çıxır, yaşıllıq sahələrində və bağlarda &cced...
Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir
İyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Bu gün milli mətbuatın yaranmasının 140 illik yubileyini qeyd edirik. 22 iyul – ölkəmizin siyasi həyatında bir də onunla əlamətdardır ki, ümummilli liderimiz Heydər Əliyev 25 il bundan əvvəl – 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana gələrək buradan...
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir
İyulun 21-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
1. 2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası...
“Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Tarixi abidələr baxımından Azərbaycan çox zəngin dövlətdir. Biz bu abidələri qorumalıyıq, bərpa etməliyik və xüsusilə ölkəmizin tarixi yerlərində qədim üsluba üstünlük verməliyik”.
Naxçıvan Muxtar Respublikasında xalqımızın qədim mədəniyyətinin, qəhrəmanlıq və mübarizə tarixinin izlərini özündə yaşadan qala və istehkamların bərpasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasə...
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir
İyulun 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının 2015-ci ilin 6 ayında gördüyü işlər barədə müşavirə keçirilmişdir.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri Azər Zeynalov məruzə etmişdir.
Müzakirə olunan məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Naxçıvan Muxtar Respublikasının milli təhlü...
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir
1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlmişdir. Bu dövrdən etibarən ölkəmizdə iqtisadi və sosial həyatın bütün sahələrində kompleks tədbirlər görülmüş, Azərbaycanın gələcək müstəqilliyinin əsası qoyulmuşdur. Bu yüksəliş və tərəqqi səhiyyə sisteminin də inkişafına səbəb olmuşdur. Ulu öndərin rəhbərliyi ilə həmin dövrdə ölkəmizin bütün şəhər, rayon və kəndlərində yeni xəstəxanalar istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunmasına xidmət edən ardıcıl tədbirlər görülmüşdür. Dahi şəxsiyyət...